Modern.az

Rektor Əhməd Vəliyev ad gününü qeyd edir

Rektor Əhməd Vəliyev ad gününü qeyd edir

Aktual

29 Noyabr 2017, 13:34

Bu gün Odlar Yurdu Universitetinin rektoru, sabiq deputat, Əhməd Vəliyevin doğum günüdür.

 

Modern.az-ın məlumatına görə, Əhməd Vəliyev 29 noyabr 1946-cı ildə Qazax rayonunun Alpout kəndində anadan olub. 1964-cü ildə orta məktəbi bitirərək həmin ili Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olub.

 

Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun riyaziyyat kafedrasında laborant, baş laborant, laboratoriya müdri, müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.

 

1995-ci ildə direktoru olduğu Bakı Sənaye-Pedaqoji texnikumunun bazasında Odlar Yurdu Universitetini yaradıb.

 

1997-ci ildən Odlar Yurdu Universitetinin rektorudur. O, Fizika-riyaziyyat elmləri namizədi, Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru (Ph.D), Fizika-riyaziyyat üzrə Elmlər doktoru elmi dərəcələrini və dosent, professor elmi adlarını alıb.

 

Amerika Riyaziyyatçıları Cəmiyyətinin və Nyu-York Elmlər Akademiyasının üzvü, Sosial və pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür. Əhməd Vəliyev yeni təhsil texnologiyalarının tətbiqindəki nailiyyətlərinə görə Fransa İqtisadiyyatına Yardım Assosasiyasının qızıl medalına layiq görülüb. İxtisası üzrə əllidən çox elmi məqalə, bir elmi monoqrafiya, onlarla dərslik və dərs vəsaitinin müəllifidir.

 

Ailəlidir, 2 oğlu, 1 qızı, 8 nəvəsi var. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir