Modern.az

Dünyanı lərzəyə salan “Knyaz Vladimir” - FOTOLAR

Dünyanı lərzəyə salan “Knyaz Vladimir” - FOTOLAR

29 Noyabr 2017, 14:26

Rusiyanın ən müasir sualtı gəmisi olan “Knyaz Vladimir” nüfuzlu Qərb KİV-lərinin müzakirə mövzusuna çevrilib.

 

Modern.az saytının məlumatına görə Böyük Britaniyanın “Daily Mail” nəşri yazıb ki, 20 nüvə döyüş başlığı daşımaq qabiliyyətli “Knyaz Vladimir” 9 min 300 kilometr məsafədən hədəfləri darmadağın etmək gücünə malikdir. Bu sualtı gəmidə 16 ədəd “Bulava” qitələrarası ballistik raketi olacağı bildirilir.  

 

Dünyanın qorxusuna çevrilmiş bu hərbi texnikadakı nüvə döyüş başlıqlarının hər biri 100-150 kiloton gücündədir. Bu isə Xirosimaya atılmış atom bombasından 10 dəfə güclüdür.

 

“Knyaz Vladimir” suyun 400 metr dərinliyinə qədər enə bilir və praktiki olaraq onu aşkar etmək çətindir.

 

Bu gəminin tikintisinə 2012-ci ildə başlanılıb və gözlənilir ki, o, növbəti ildə Rusiyanın Hərbi Dəniz Donanmasının arsenalına veriləcək.

 

 “Knyaz Vladimir”in təməlqoyma mərasimində iştirak edən Rusiya prezidenti Vladimir Putin yeni sualtı qayıqların yaradılmasını Rusiyanın Arktikadakı maraqlarının qorunmasına bağlayıb. O, öz çıxışı zamanı deyib: 

 

“Şübhəsiz ki, Hərbi Dəniz Donanması bizim milli iqtisadi maraqlarımızın qorunması vasitəsidir. Bu yanaşma həmçinin dünyanın ən mühüm bioloji və təbii resurslarının cəmləşdiyi ərazilərdən biri olan Arktik regionuna da aiddir”.

 

“Knyaz Vladimir” istismara veriləndən sonra Rusiyanın və dünyanın ən güclü sualtı gəmisi hesab olunur.

 

“Knyaz Vladimir”in analoqu Amerikanın “Ohayo” sualtı gəmisidir. “Ohayo” 24 ballistik raket daşıya bilir, lakin, “Knyaz Vladimir” kimi güclü deyil.

 

“Ohayo” “Knyaz Vladimir”dən fərqli olaraq analoji dərinliyə enə bilmir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI