Modern.az

Universitetlərdə yıxılıb əzilən tələbə qızlardan xəbər var

Universitetlərdə yıxılıb əzilən tələbə qızlardan xəbər var

29 Noyabr 2017, 15:26

Bakının iki ali təhsil müəssisəsində bədbəxt hadisə baş verib. Hadisələrdən biri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU), digəri isə Azərbaycan Dillər Universitetində (ADU) qeydə alınıb.

Belə ki, universitet tələbələri – 1998-ci il təvəllüdlü Sadıqova Nabat Tahir qızı (AMİU) və 1998-ci il təvəllüdlü Bayramova Umxanım Elxan qızı (ADU) ehtiyatsızlıqdan pilləkənlərdən yerə yıxılıblar. Onlardan birincisi bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri, digəri isə onurğa nahiyəsindən ağır xəsarət alıb. Yaralıların hər ikisi 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib.

Modern.az saytı tələbələrin vəziyyəti ilə əlaqədar qeyd edilən universitetlərlə əlaqə saxlayıb.

Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat katibi Ağa Cəfərli  saytımıza bildirib ki, hazırda Bayramova Umxanım Elxan qızı evindədir:

“Tələbənin səhhəti pis deyil. 1 saylı Kliniki Tibbi Mərkəzin müayinə olunub və evə buraxılıb”.


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) mətbuat katibi Nəcibə Mirzəyeva
qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib:


“Həmin tələbə su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin 2-ci kurs tələbəsidir. Hadisə dünən ehtiyatsızlıqdan, daha doğrusu, təzyiqinin aşağı düşməsi və başının gicəllənməsi səbəbindən olub. Ailəsi ilə əlaqə saxlamışıq, hazırda vəziyyəti normaldır və evindədir.  Mətbuatda qeyd edildiyi kimi, onurğası yox, qolu sınıb”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?