Modern.az

Əhəd Abıyev - Seymur Verdizadə qarşıdurmasında deputat jurnalisti MÜDAFİƏ ETDİ

Əhəd Abıyev - Seymur Verdizadə qarşıdurmasında deputat jurnalisti MÜDAFİƏ ETDİ

29 Noyabr 2017, 17:24

“Jurnaslistin yazısına görə onu təhdid etmək, ona və ailə üzvlərinə qarşı nəlayiq ifadələr işlətmək yolverilməzdir. Biz huquqi dövlətdə yaşayırıq və qanunlarımız bunu  qadağan edir”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə jurnalist Seymur Verdizadənin Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyevin müavini tərəfindən təhqir və təhdid olunmasına münasibət bildirərkən deyib.

Ç.Qənizadə jurnalist Seymur Verdizadənin məlum yazısını oxuduğunu və həmin yazıda qanunazidd heç bir sözə rast gəlmədiyini bildirib.

 “Yazıda heç tənqid də belə yox idi. Jurnalist sadəcə öz fikirlərini şərh etmişdi. Hətta tənqid olmuş olsa belə, məmur dözümlü olmalıdır”.
 

Xatırladaq ki, tanınmış jurnalist, köşə yazarı Seymur Verdizadə bir neçə gün əvvəl “Qafqazinfo”da yayımlanan “Əsa ila gəzən icra başcısı, işsiz gənclər” başlıqlı yazısına görə təhqir olunub.  Məlumat üçün bildirək ki, həmin yazıda yaşlı nəslin gənclərin qarşısında maneə olması, onlara yol açmaması tənqid olunub.

S.Verdizadə Modern.az-a deyib ki, yazı dərc olunandan sonra Daşkəsən rayonunun icra başçı Əhəd Abıyevin yaxınları və müavinləri tərəfindən təhqir edilib, ailə üzvləri təhdid olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir