Modern.az

Jurnalist nöqtəni QOYDU: “O məzar Rəsulzadənin xanımınındır” - FOTOLAR

Jurnalist nöqtəni QOYDU: “O məzar Rəsulzadənin xanımınındır” - FOTOLAR

Ədəbi̇yyat

30 Noyabr 2017, 12:39

Türkiyədə yaşayan azərbaycanlı jurnalist Könül Şamilqızı Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Leyla xanımın (Vanda xanım) məzarını tapması barədə məlumatı açıqlaması ictimaiyyət tərəfindən müzakirə olunur.

 

Rəsulzadəşünas alim, tarix elmləri doktoru Nəsiman Yaqublu saytımıza açıqlamasında o məzarın Leyla Rəsulzadəyə məxsus olması faktının həqiqətə uyğun olmadığını deyib.

 

Jurnalist K. Şamilqızı bütün bunlara baxmayaraq, araşdırmaları davam etdirib və məzarın Leyla Rəsulzadəyə məxsus olmasını faktlarla sübut etməyə çalışıb. Jurnalist Modern.az-a açıqlamasında onun araşdırmasına şübhə edənlərə cavab verib:

 

“Günlərdir yatmıram. Leyla Rəsulzadənin məzarının tapılmasına sevinmək əvəzinə, məni yalançı çıxaranlara sübut üçün əlavə materiallar tapmağa çalışırdım. Tapdım da. Ümid edirəm ki, bundan sonra şübhəyə yerləri qalmaz”.

 

K.Şamilqızı bütün sənədlərin “Əsri” qəbiristanlığında olduğunu bildirdi:

 

“Əvvəlki qəbirlər barədə kompüterlərə məlumat köçürülmədiyindən, Leyla xanım barəsində soruşanlara “bizdə məlumat yoxdur” deyilib. Amma bütün sənədlər kötükdə durur. Əsri qəbiristanlığından mənə ölüm sənədləri olan zərfin tapıldığını bildirdilər. Orada iki cür-torpaq və beton qəbirlər var. Həmin vaxt torpaq qəbir yerləri 10 lirəyə, beton qəbirlər isə 460 lirəyə satılırmış.  Torpaq qəbirlədə əsasən pulu-parası olmayanları dəfn ediblər. Leyla xanım beton qəbirdə dəfn edilib.

 

Rəsmi sənədlərə görə, Leyla xanımın atasının adı Jan olub. 21 may 1974-cü ildə mədə qanamasından xəstəxanada ölüb. Eyni zamaanda, katolik və Türkiyə vətəndaşı olub. Onun dəfn işlərini qohumu olduğu güman edilən Tuss Xavier həll edib”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir