Modern.az

Quba dəhşətləri ilə bağlı PROTOKOL: “Bir erməniyə görə 75 müsəlman qadın zorlandı”  

Quba dəhşətləri ilə bağlı PROTOKOL: “Bir erməniyə görə 75 müsəlman qadın zorlandı”  

Ədəbi̇yyat

30 Noyabr 2017, 16:53

Gələn il Azərbaycan tarixində bir çox şanlı səhifələrin yüzüncü ildönümü ilə yadda qalacaq. Bunun da əsas səbəbi 1918-ci ilin mayında yaranan Azərbaycan Cümhuriyyətidir. Dövlət qurulduqdan sonra bir çox vacib tarixi missiyaları həyata keçirdi ki, onların da əksəriyyəti elə 1918-ci ilə aiddir.

 

Amma 1918-ci il tariximiz üçün təkcə ağ səhifələrlə yadda qalmayıb.  Həmin ilin 31 Mart soyqırımının da yüzillik indönümü gələn il tamam olur.

 

Modern.az saytı mart qırğınları, azərbaycanlıların soyqırımı ilə bağlı silsilə yazılara davam edir. İldönümünə qədər bu tarixlə bağlı bir çox məsələləri oxucuların diqqətinə çatdıracağıq.

Amma bildiyimiz kimi, mart qırğınları təkcə Bakı ilə bitmirdi. Bakıdan əvvəl və sonra bir neçə bölgədə də bu qırğınlar həyata keçirildi. Ermənilər bir neçə bölgəmizdə yerli əhalini qətlə yetirib, onlara olmazın işgəncələr vermişdilər. Bu bölgələrdən biri də Bakıya daha yaxın olan Qubadır. Quba qırğını haqqında bir bu silsilə çərçivəsində bacardığımız qədər yazmağa çalışacağıq. Qubadakı soyqırımı məzarlığı da göstərir ki, orada baş verən qırğın dünya miqyaslı bir faciədir. Ermənilərin azərbaycanlıların başına gətirdiyi bu oyunlar barəsində zatən nə qədər yazılsa, yenə azdır.

Modern.az araşdırmaçı Zaur Əliyevə istinadən, Quba hadisələri ilə bağlı  dindirilmə protokollarından birini təqdim edir:

Dindirmə protokolu 1918-ci il  15 dekabra aiddir:

 

“Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərib: 


Əli Abbas bəy Əlibəyov, Quba şəhər rəisi, 49 yaşlı: 

"Quba həbsxanasında 40 nəfər erməni təcrid edilmişdi, çünki, biz qorxurduq ki, bəzi şübhəli şəxslər onlara qarşı hər hansı bir zorakılıq törədə bilər, bu səbəbdən mühafizə edirdik. Bolşevik Georgi (David) Gelovani hesab etdi ki, bu erməniləri heç bir təhlükə gözləmir və onları həbsxanadan buraxdı. Altı gündən sonra o, 170 nəfərlik bolşevik dəstəsi və pulemyotlarla yenidən Qubaya qayıtdı. Dəstə rus, yəhudi və bizim qoruduğumuz ermənilərdən ibarət idi. Bizim köməyimizə ləzgilər gəldilər. Atışmada mülki əhalidən 70 nəfər həlak oldu. Ləzgilərdən 200 nəfər ölmüşdü. Ermənilərin əsas mərkəzi qərargahı yəhudi qəsəbəsindəki təpədə yerləşirdi. Ermənilərin azğınlıqları davam edirdi: onlar ikinci gün şəhərin 1-ci və 2-ci hissələrində 1012 nəfəri - əksəriyyəti şəhərin kasıb təbəqəsindən və iranlı təbəələrdən ibarət olan kişiləri qətlə yetirdilər. Şəhərdən Nikolay pulları ilə 3 milyona yaxın pul, 6 milyona yaxın məbləğdə bütün qızıl və qadınların qızıl zinyət əşyaları toplanmışdı, öldürülmüş hər bir erməniyə görə 200 müsəlman öldürülmüş, 75 müsəlman qadın və qız zorlanmış, təxminən 90 evə od vurulmuşdu.

Quba hadisələrindən sonra erməni Ayrapetov öz məruzəsini aşağıdakı sözlərlə bitirmişdi: “İş başa çatdırılmışdır, kifayətdir, gedək”.

Hadisədən sonra yəhudilərin 6 min nəfərə qədəri şəhəri tərk etdi və ermənilərlə çıxıb getdi. Bizi sona qədər bolşevik-ermənilərin əlindən ləzgilərlə-türklərin birliyi xilas elədi".
Quba şəhər rəisi Əlibəyov Əli Abbas bəy. İmza. Komissiyanın üzvü: А.Novatski (imza). AR DA, f. 1061, s. 1, i. 96, v. 34-39. Sənəd № 57 Dindirmə protokolu”.


Hazıradı: E.Nihad

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı