Modern.az

Oqtay Əsədov Emin Milli və Adnan Hacızadənin məsələsinə münasibət bildirib

Oqtay Əsədov Emin Milli və Adnan Hacızadənin məsələsinə münasibət bildirib

20 Noyabr 2009, 14:16

Modern.az xəbər verir ki, Milli Məclisin spikeri Oqtay Əsədov Səbail rayon Məhkəməsinin qərarı ilə azadlıqdan məhruim edilən gənc fəallar Emin Milli və Adnan Hacızadənun məsələsinə münasibət bildirb. Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin noyabrın 11-də gənc fəallar Emin Milli və Adnan Hacızadə barəsində çıxardığı qərar bir sıra beynəlxalq qurumlar tərəfindən pislənilib. O.Əsədov deyib ki, beynəlxalq təşkilatların məsələnin məğzini bilmədən ona münasibət bildirməsi  düzgün yanaşma deyil. Spiker xarici qurumların bu addımını Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirib. Səbail Rayon Məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin 2 il müddətində azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Xatırladaq ki, gənc bloqçular Emin Milli və Adnan Hacızadə bu il iyulun 8-də “Livan” restoranında baş verən münaqişədən sonra tutulmuşdular. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar. Gənclər ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir