18 iyul 2018, Çərşənbə axşamı
Ana Səhifə - MEDİA - Azərbaycanda TV-lərin reytinqi hərbi sirr kimi gizlədilir  
Azərbaycanda TV-lərin reytinqi hərbi sirr kimi gizlədilir  
01.12.2017, 13:51

Digər ölkələrdə tamaşaçılar televiziyaların, verilişlərin reytinqindən agah olur. Müxtəlif monitorinqlərlə televiziyaların reytinqləri müəyyənləşdirilir və nəticələr ictimailəşdirilir. Çox uzağa getməyək, elə qonşu Türkiyədə tamaşaçılar gündəlik reytinqləri izləyir və bu istiqamətdə fikirlərini ifadə edə bilirlər.

Azərbaycanda televiziyaların reytinqi niyə gizli saxlanılır?

Media eksperti Qulu Məhərrəmli Modern.az-a açıqlamasında  bildirib ki, istənilən media qurumu reytinqləri öyrənə bilər:

“Reytinq əsasən televiziyaların populyarlığını, hər hansı verilişin baxımlılığını müəyyənləşdirmək üçün öyrənilir. Bizdə reytinqlər daxili bazar üçün hesablanır. Yəni televiziyalar reytinq şirkətləri ilə müqavilə bağlayır və  onların istəyinə uyğun olaraq həftəlik, günlük reytinq  cədvəli çıxarılır. Reytinqin tamaşaçıya birbaşa o mənada aidiyyatı var ki, tamaşaçı özü reytinqi müəyyənləşdirən mexanizmin əsas elementidir. Ona görə də  reytinq haqqında ümumi məlumat verilə bilər. Azərbaycanda reytinqi öyrənən təxminən iki şirkət var. Onların tətbiq etdiyi mexanizm çox sadədir. Müəyyən adamların evlərində qurğular yerləşdirilir və onun vasitəsilə kimin hansı verilişə baxdığı qeydə alınır. İstənilən media qurumu bu məlumatları reytinq şirkətlərindən ala bilər.

Kriteriyalar nədir? Bu bir az mürəkkəbdir. Kriteriyaları müəyyənləşdirmək artıq sosioloji tədqiqatdır.  Reytinq sosioloji tədqiqat üçün bir baza olur. Məncə Azərbaycan bunun daha populyar formaları var. Əslində Azərbaycanda televiziya proqramlarının baxımlılığını reytinq cədvəli olmadan da müəyyənləşdirmək olur.

Bütün televiziyalara reytinq nəticələri, gündəlik məlumatlar göndərilir. Sadəcə olaraq reytinq niyə mətbuata açıqlanmır, bunu müəyyənləşdirmək lazımdır. Mənə elə gəlir ki, reytinq gizli yox, açıq şəkildə aparılır”.

 

Teletənqidçi Zeynal Məmmədli düşünür ki, reytinqlər reklam fəaliyyətçisi, sahibkarlar üçün daha önəmlidir:

“Bu baxımdan onlar kanalların, verilişlərin reytinqlərini öyrənməkdə maraqlıdırlar. Reklam pullarının bölünməsi birbaşa reytinqlərlə tənzimlənir.  Yəni reytinqlər əsasında sahibkarlar  hansı televiziya ilə işləmək baxımından yekun qərarlarını verirlər. Amma Azərbaycanda reytinqlər sanki hərbi sirr kimi qorunur. Digər tərəfdən, bazarda  monopoliya, inhisar mövcuddur. Bütün bunlar Azərbaycanda sərbəst bazarın olmadığının göstəricisidir. Belə olduğu halda reytinqlər də önəmli rol oynamır.  Reytinqlərin açıqlanmaması, bazarda eyni metodologiya ilə reytinq ölçən şirkətlərin olması, ümumiyyətlə reytinq agentliklərinin olmaması vəziyyəti çox çətinləşdirir. Tamaşaçıların reytinqi bilib-bilməməsi önəm daşımır. Bunu reklam vermək istəyən sahibkarlar  bilməlidir. Bu baxımdan vəziyyət arzuediləndən çox pisdir”.


Ekspert qeyd edib ki, cəmiyyətin yeganə problemi reytinq deyil:


“Həmçinin, bu gün  Azərbaycan universitetlərində jurnalistika sahəsində təhsil alan gənclər televiziya menecmentini, ictimai münasibətləri öyrənirlər. Lakin reytinqlərin məlum olmadığı ölkədə onlar Azərbaycan bazarından necə agah ola bilərlər?  Problem təkcə reytinqlə bağlı deyil. Azərbaycanda ümumiyyətlə açıqlanan sosioloji araşdırmalar da yoxdur. İnsanlar nəyə meyllidirlər, nəyin düzəldilməsini istəyirlər kimi məsələlərdən məlumatsızıq. Halbuki, Azərbaycan cəmiyyəti  xırda cəmiyyətdir.  Televiziyalar vətəndaşların nə istədiklərindən bixəbərdir. Buna görə də ayrı-ayrı rəylər olsa da, bütövlükdə cəmiyyətin rəyi formalaşa bilmir”.


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Elmar Vəliyevin mühafizəçisindən təzə xəbər var   
18.07.2018, 10:53

Elmar Vəliyevin mühafizəçisindən təzə xəbər var  

Azərbaycan və İtaliya prezidentlərinin görüşü olub
18.07.2018, 10:44

Azərbaycan və İtaliya prezidentlərinin görüşü olub

Sərhəddə 17 min “Marlboro” markalı siqaret aşkarlandı
18.07.2018, 10:42

Sərhəddə 17 min “Marlboro” markalı siqaret aşkarlandı

Dövlət Komitəsi Xəzərin sahillərini hasarlayanları şikayət etdi - Dənizə girişi bağlayanlar KİMLƏRDİR?
18.07.2018, 10:37

Dövlət Komitəsi Xəzərin sahillərini hasarlayanları şikayət etdi - Dənizə girişi bağlayanlar KİMLƏRDİR?

BANM-ın 15 məzunu SOCAR-ın Kompleks Qazma Trestində işə başlayıb
18.07.2018, 10:37

BANM-ın 15 məzunu SOCAR-ın Kompleks Qazma Trestində işə başlayıb

Göygöldə Turistik Məlumat İdarəetmə Sisteminin açılışı olub
18.07.2018, 10:33

Göygöldə Turistik Məlumat İdarəetmə Sisteminin açılışı olub

Qənirə Paşayevaya qarşı TƏXRİBAT: “Bunu edən ən əxlaqsız adamdır”   
18.07.2018, 10:29

Qənirə Paşayevaya qarşı TƏXRİBAT: “Bunu edən ən əxlaqsız adamdır”  

İtaliya prezidentinin rəsmi qarşılanma mərasimi olub
18.07.2018, 10:11

İtaliya prezidentinin rəsmi qarşılanma mərasimi olub

Ermənistan atəşkəsi 98 dəfə pozdu   
18.07.2018, 10:06

Ermənistan atəşkəsi 98 dəfə pozdu  

Ətraf mühitin vəziyyətinə dair təlim keçirilir
18.07.2018, 10:01

Ətraf mühitin vəziyyətinə dair təlim keçirilir

Horadizdə pambıqçılığa həsr olunan müşavirə keçirilib
18.07.2018, 09:58

Horadizdə pambıqçılığa həsr olunan müşavirə keçirilib

Axtarışda olan 32 nəfər tutuldu   
18.07.2018, 09:55

Axtarışda olan 32 nəfər tutuldu  

Azərbaycanda ilanların sayı çoxalıb
18.07.2018, 09:53

Azərbaycanda ilanların sayı çoxalıb

Polşalı müəllimlər Qərbi Kaspi Universitetində mühazirə deyəcək
18.07.2018, 09:33

Polşalı müəllimlər Qərbi Kaspi Universitetində mühazirə deyəcək

Prezident Sumqayıta açılışa gedir   
18.07.2018, 09:08

Prezident Sumqayıta açılışa gedir  

“Qarabağ” bu gün cavab oyununa çıxır - Çempionlar Liqasında TƏQVİM   
18.07.2018, 08:38

“Qarabağ” bu gün cavab oyununa çıxır - Çempionlar Liqasında TƏQVİM  

Bu gün I və IV qruplarda qəbul imtahanı keçirilir
18.07.2018, 08:32

Bu gün I və IV qruplarda qəbul imtahanı keçirilir

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
18.07.2018, 08:29

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

ABŞ-da silahlı insident
18.07.2018, 01:03

ABŞ-da silahlı insident

Yarım milyon qızılgüldən piramida ucaldıldı
18.07.2018, 00:49

Yarım milyon qızılgüldən piramida ucaldıldı

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılır - Video
18.07.2018, 00:36

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılır - Video

“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi məlum oldu
18.07.2018, 00:20

“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi məlum oldu

Heydər Əliyev prospektində gənc oğlanı maşın vurdu
18.07.2018, 00:04

Heydər Əliyev prospektində gənc oğlanı maşın vurdu

ABŞ Dünya Ticarət Təşkilatından icazə gözləyir
17.07.2018, 23:48

ABŞ Dünya Ticarət Təşkilatından icazə gözləyir

İran nüvə proqramını davam etdirəcək, əgər ...
17.07.2018, 23:26

İran nüvə proqramını davam etdirəcək, əgər ...

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
17.07.2018, 23:12

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Bakıda zəncirvari qəza - VİDEO
17.07.2018, 22:56

Bakıda zəncirvari qəza - VİDEO

Dənizdə batan 2 nəfər xilas edilib
17.07.2018, 22:41

Dənizdə batan 2 nəfər xilas edilib

İtaliya prezidenti Azərbaycana gəlib - FOTOLAR
17.07.2018, 22:23

İtaliya prezidenti Azərbaycana gəlib - FOTOLAR

Ukrayna dairəsində təmir başa çatır
17.07.2018, 22:11

Ukrayna dairəsində təmir başa çatır

“Qarabağ”a  sürpriz etməyi düşünmürəm” – Rəqib baş məşqçi
17.07.2018, 21:54

“Qarabağ”a  sürpriz etməyi düşünmürəm” – Rəqib baş məşqçi

BMT: Bir milyarddan çox insan risk altındadır
17.07.2018, 21:40

BMT: Bir milyarddan çox insan risk altındadır

Sumqayıt Dövlət Dram Teatrının yeni direktoru kollektivə təqdim edilib
17.07.2018, 21:26

Sumqayıt Dövlət Dram Teatrının yeni direktoru kollektivə təqdim edilib

Xoşqədəm Hidayətqızının tapdığı  uşağı “tok” vurub öldürdü
17.07.2018, 21:26

Xoşqədəm Hidayətqızının tapdığı  uşağı “tok” vurub öldürdü

105 dövlət əmlakı özəlləşdirilir
17.07.2018, 21:19

105 dövlət əmlakı özəlləşdirilir

ARXİV