Modern.az

Qüdrət Həsənquliyevdən AzTV və İTV-yə ittiham: “Heç bir üstünlükləri yoxdur”

Qüdrət Həsənquliyevdən AzTV və İTV-yə ittiham: “Heç bir üstünlükləri yoxdur”

Media

1 Dekabr 2017, 14:53

“Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bizim ingilis dilində dilində telekanal açmağımız lazımdır”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisdəki çıxışında deputat Qüdrət Həsənquliyev bildirib.

 

O bildirib ki, Ukrayna, Qazaxıstan nümunəsində belə telekanallar var. Deputat digər kanallara ayrılan vəsaitləri də xatırladıb.

 

“Biz 32 miyon AzTV-yə, 12 milyon da İTV-yə vəsait ayırırıq. Ancaq bu kanalların digər özəl kanallarından heç bir üstünlüyü yoxdur.

 

Olmazmı ki, biz bu vəsaiti ingilis dilində yayımlanan kanalların açılmasına yönəldək? Prezidentin sərəncamını oxuduğuna görə AzTV-ni saxlayıb, ora 32 milyon ayırmağa heç bir ehtiyac yoxdur.

 

Onsuz da digər televiziyalar da böyük həvəslə prezidentin sərəncamlarını oxuyurlar, səfərlərini işıqlandırırlar”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır