Modern.az

Ehtiyac meyarı 14 manat artırıldı  

Ehtiyac meyarı 14 manat artırıldı   

1 Dekabr 2017, 16:08

Azərbaycanda 2018-ci il üçün ehtiyac meyarının yuxarı həddi müəyyənləşib.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı maliyyə naziri Samir Şərifov məlumat verib.

 

Nazir bildirib ki, "2018-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 130 manat məbləğində müəyyən edilib.

 

Yəni 14 manat artırılıb.

 

Bununla bağlı “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə dəyişikliklər edilib.

 

Qeyd edək ki, 2018-ci il üçün ehtiyac meyarının yuxarı həddi 116 manat müəyyənləşmişdi.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir