Modern.az

Parlament 2018-ci ilin büdcəsinə “HƏ” dedi

Parlament 2018-ci ilin büdcəsinə “HƏ” dedi

1 Dekabr 2017, 16:15

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib.

 

Modern.az-ın məlumatına görə, iclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi təsdiq edilib.

 

Qanun layihəsinə əsasən, gələn il üçün dövlət büdcəsinin gəlirləri 20,127 milyard manat (o cümlədən mərkəzləşdirilmiş gəlirlər 19,476 milyard manat, yerli gəlirlər 650,671 milyon manat), xərcləri isə 21,047 milyard manat həcmində proqnozlaşdırılır.

Dövlət büdcəsi kəsirinin maksimal həddi 920 milyon manat müəyyənləşdirilib. Büdcə kəsirinin örtülməsi üçün aşağıdakı maliyyələşdirilmə mənbələri müəyyən edilib: daxili və xarici borclanma və 2018-ci il 1 yanvar tarixinə olan vəziyyətə görə vahid xəzinə hesabında qalıq (749,7 milyon manat), Avropa İttifaqının qrantları (29 milyon manat).

 

Dövlət büdcəsinin gəlirləri strukturunda Dövlət Neft Fondundan transfertlər 9,216 milyard manat təşkil edir. ƏDV-dən gəlirlər 4,288 milyard manat həcmində (o cümlədən, ölkəyə idxal olunan məhsullardan ƏDV üzrə 1,705 milyard manat), mənfəət vergisindən – 2,320 milyard manat, fiziki şəxslərin gəlir vergisindən – 1,196 milyard manat, aksiz vergisindən – 726 milyon (o cümlədən idxal olunan məhsullardan – 172 milyon manat), gömrük rüsumlarından – 535 milyon manat, sadələşdirilmiş vergidən – 380 milyon manat, mədən vergisindən – 136 milyon manat, yol vergisindən – 91 milyon manat həcmində proqnozlaşdırılır.

 

Büdcə təşkilatlarının büdcədənkənar gəlirlərindən daxilolmalar 400 milyon manat həcmində proqnozlaşdırılır. Digər gəlirlər 27,991 milyon manat müəyyən edilib.

 

2018-ci il dövlət büdcəsində neftin qiyməti bir barrel üçün 45 dollar həcmində götürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi