Modern.az

Dünya Çempionatının püşkü atıldı - QRUPLAR

Dünya Çempionatının püşkü atıldı - QRUPLAR

1 Dekabr 2017, 20:02

Rusiya paytaxtında futbol üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib. Modern.az xəbər verir ki, püşkatma nəticəsində dünyanın ən güclü 32 futbol  komandası 8 qrupa bölünüb. Bu komandalardan 14-ü Avropa, 5-i Cənubi Amerika, 5-i Asiya, 4-ü Afrika, 1-i Avstraliya qitəsini təmsil edir.  Bunlar Rusiya (təşkilatçı ölkə), Almaniya (son dünya çempionu), İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç, Danimarka, Cənubi Braziliya, Kolumbiya, Uruqvay, Argentina, Peru, İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Nigeriya, Misir, Seneqal, Mərakeş, Tunis və Avstraliya yığma komandalarıdır. Mindiala KONKAKAF-dan 3 milli - Meksika, Kosta-Rika, Panama yarışa vəsiqə qazanıb.

 

Beləliklə dünya çempionatının qrupları aşağıdakı komandalardan ibarət olub.

 

A qrupu

1. Rusiya

2. Səudiyyə Ərəbistanı

3. Misir

4. Uruqvay

 

B qrupu

1. Portuqaliya

2. İspaniya

3. İran

4. Mərakeş

 

C qrupu

1. Fransa

2. Peru

3. Danimarka

4. Avstraliya

 

D qrupu

1. Argentina

2. Xorvatiya

3. İslandiya

4. Nigeriya

 

E qrupu

1. Braziliya

2. İsveçrə

3. Kosta Rika

4. Serbiya

 

F qrupu

1. Almaniya

2. Meksika

3. İsveç

4. Cənubi Koreya

 

G qrupu

1. Belçika

2. İngiltərə

3. Tunis

4. Panama

 

H qrupu

1. Polşa

2. Kolumbiya

3. Seneqal

4. Yaponiya

 

Qeyd edək ki, tədbirdə Rusiya prezidenti Vladimir Putin və digər dövlət xadimləri də iştirak ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?