26 may 2018, Şənbə
Ana Səhifə - CƏMİYYƏT - Atatürkün şəxsi saatını bağışladığı sovet marşalı – Kliment Voroşilov
Atatürkün şəxsi saatını bağışladığı sovet marşalı – Kliment Voroşilov
01.12.2017, 21:58

“Mən öz şəxsi saatımı sizə bağışlayıram. Məxsusi olaraq saatın arxasında döymə ilə iki hərf də yazılıb: “KV”. Siz bu saatı Türkiyədə kimə göstərsəniz bütün qapılar üzünüzə açıq olacaq...”

 

Bu, 1933-cü ildə Türkiyə Cümhuriyyətinin 10 illik yubileyi münasibəti ilə Ankarada keçirilən tədbirdə SSRİ nümayəndə heyətinin rəhbəri Kliment Voroşilova Atatürkün hədiyyə təqdim etdiyi zaman dediyi sözlər idi. Bu görüş haqqında çox-çox sonralar marşalın oğlu da xatirələrini söyləyəcəkdi...

 

Modern.az saytı Kliment Voroşilov haqqında yazını təqdim edir. 

 

SSRİ-də Sovet İttifaqı Marşalı ali hərbi rütbəsi təsis ediləndə, 21 noyabr 1935-ci ildə bu rütbə ilə təltif olunan ilk 5 nəfərdən biri də Kliment Voroşilov olub. Sovet dönəminin tarixində özünəməxsus yeri olan Voroşilov 34 il 5 ay Siyasi Büroda təmsil olunmağı ilə də rekord göstərici əldə edib.

 

Hələ gənc yaşlarından Voroşilov “Volodin” ləqəbi ilə inqilabi hərəkatda fəal iştirak edib. O, 1908-1917-ci illərdə Bakıda və Petroqradda gizli partiya fəaliyyəti ilə məşğul olub. Bu fəaliyyətinə görə bir neçə dəfə həbsxana həyatı da yaşayıb.

 

Stalinin ən etibarlı silahdaşlarından biri sayılan Voroşilov 1925-ci ildən 1940-cı ilə qədər SSRİ-nin hərbi naziri (ayrı-ayrı illərdə bu qurum müxtəlif adlarda olub) vəzifəsini daşıyıb.

 

 

Ancaq o, bu vəzifədə olarkən heç də Stalinin etimadını doğrultmayıb. Fin müharibəsi zamanı onun yarıtmazlığı daha da qabarıq üzə çıxıb. Bəlkə də başqası olsaydı, Stalin onu ən ağır cəzaya məhkum edərdi. Sadəcə rəhbər onun son dərəcə sədaqətli olduğunu nəzərə alaraq bunu etməyib. Çünki Voroşilov heç nəyin fərqinə varmadan Stalinin bütün təşəbbüslərini iki əllə dəstəkləyib.

 

Müharibə başlananda Voroşilov şimali-qərb istiqamətinin komandanı təyin edilib. Elə bu təyinat nəticəsində də Leninqrad mühasirəyə düşüb. Yaratdığı bu ağır vəziyyət Voroşilovun karyerasına çox da zərbə vurmayıb. Əksinə, o, Xalq Komissarları Sovetinin müavini vəzifəsinə təyinat alıb.

 

Stalin repressiyaları zamanı Voroşilov çox vaxt könüllü olaraq illərlə tanıdığı, ailə dostu olduğu insanları çox asanlıqla güdaza verib. Müntəzəm olaraq orduda xidmət edən yüksəkçinli hərbçilərin siyahısını Yejovun “repressiya aparatına” göndərib. Siyahılarda Marşal Rakassovskinin adı da əks olunub. Bu məsələdə onun üçün əsas meyar yalnız Stalinin xoşuna gəlmək, rəhbərin “sevimli kadr”na çevrilmək prinsipi əsas tutulub.

 

Məsələ burasındadır ki, bəxti gətirən marşal xalq arasında da populyarlıq qazanıb. Sanki insanları ovsunlamış kimi, Voroşilov sıravi vətəndaşlar arasında da olduğundan qat-qat çox məşhur bir fiqura çevrilib.

 

Stalinin ölümündən sonra da Voroşilov öz mövqelərinin ustalıqla saxlamağı bacarıb, 1953-1960-cı illərdə SSRİ Ali Soveti Rəyasət heyətinin sədri kürsüsündə əyləşib.

 

Müasirlərinin xatirələrinə görə, Voroşilovun ən böyük səhvi 1957-ci ildə Xruşova qarşı yaradılmış “antipartiya” qrupuna qoşulmağı olub. Amma marşalın bu məsələdə də bəxti gətirib. Belə ki, o, vəzifəsindən kənarlaşdırılmayıb.

 

1933-cü ildə Voroşilov SSRİ nümayəndə heyətinin rəhbəri kimi Türkiyə Cümhuriyyətinin 10 illik yubileyi münasibətilə Ankarada keşirilən paradda və digər tədbirlərdə iştirak edib. Atatürklə yanaşı, tribunada paradı seyr edən Voroşilov hələ 1921-22-ci illərdə də Ourtuluş müharibəsi zamanı Frunze ilə birgə Türkiyədə olub, sovet hökuməti adından Atatürkə dəstək verib.

 

Qeyd edək ki, məhz həmin çətin ərəfədə sovet hökuməti Novorossiysk, Tuapse və Batumi limanları vasitəsi ilə Türkiyəyə 40 min tüfəng, 327 pulemyot, 54 top, 63 milyon patron, 150 min mərmi və digər silah-sursat göndərib.

 

Və 1928-ci ildə Atatürkün təşəbbüsü ilə İstanbulun Taksim meydanında ucaldılan “Cümhuriyyət abidəsi”ndə Atatürkün sol tərəfində duran iki sovet hərbçisinin, Voroşilovun və Frunzenin heykəlləri heç də təsadüfi deyil. Bununla Atatürk Türkiyə Cümhuriyyətinin yaranışında sövet hökumətinə öz minnətdarlığını əks etdirib.

 

 

Voroşilovun oğlu (övladlığa götürdüyü) atasının 1933-cü ildə Türkiyə səfəri ilə bağlı maraqlı açıqlamalar verib:

“Atam bu səfərdən çox məmnun idi. Voroşilovun rəhbərlik etdiyi SSRİ-nin nümayəndə heyətinə Atatürk xüsusi diqqət ayırıb, xüsusilə də təhlükəsizlik baxımından. Məhz paraddan sonra Türkiyə prezidenti ilk ziyafəti SSRİ nümayəndələrinin qaldığı mehmanxanada verib. Bu görüşlərdə maraqlı, yaddaqalan məqamlar çox olub. Orkestr türk rəqslərini ifa edərkən Atatürk SSRİ nümayəndə heyətinin rəqs etməyini xahiş edəndə bizimkilər çaş-baş qalıblar. Yəni bu cür rəqsləri bacarmayıblar. Bu vəziyyətdə atam nümayəndə heyətinin üzvü olan, “hər işi bacaran” marşala, Budyonıya üz tutub. Budyonı “bacardığı qədər” Atatürkün rəqs xahişini yerə salmayıb. Növbəti ziyafətdə olduqca həssas olan Türkiyə prezidenti heç olmasa bir iki rus musiqisini ifa etməyi bacaran türk orkestrini məclisə dəvət edib. Rus musiqisi səslənəndə atam nümayəndə heyətini başına yığaraq əsl marşalsayağı əmr edib: “Hamı rəqsə”. Ənənəyə uyğun olaraq tədbirlərin sonunda nümayəndə heyətinə Türkiyə prezidenti tərəfindən hədiyyələr təqdim olunub. Atatürk öz şəxsi saatını atama hədiyyə edib. Saatın arxasında isə “KV” yazılıb – Kliment Voroşilov...”.

 

Hazırda Voroşilovun doğulduğu Luqanskda (keçmiş Voroşilovqrad, daha keçmiş isə elə Luqansk) tarix muzeyində həmin saat saxlanılır. Muzey işçilərinin dediyinə görə Atatürkün bəxş etdiyi saat işləyir və “zaman”ı da olmasa, vaxtı dəqiq göstərir.

 

1960-cı ildə “politbüro” Voroşilovu konformizmdə (davranışların və mövqelərin böyük əksəriyyətinin xeyrinə olaraq dəyişməsi) günahlandırıb. Marşal ittihamlara qarşı sərt reaksiya verməyib: “Mən sizinlə mübahisə etmək fikrində deyiləm. Çünki mən Kreml divarları qarşısında dəfn olunmaq istəyirəm”. Beləliklə də, Voroşilov öz siyasi karyerasına son qoyub.

 

Kliment Voroşilov 2 dekabr 1969-cu ildə vəfat edib.


İlham Cəmiloğlu
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Dostlarımdan biri vardı, biri yox...” – Xankəndi məzunlarının görüşü
26.05.2018, 15:52

“Dostlarımdan biri vardı, biri yox...” – Xankəndi məzunlarının görüşü

Şimali və Cənubi Koreya liderləri yenidən GÖRÜŞDÜ
26.05.2018, 15:41

Şimali və Cənubi Koreya liderləri yenidən GÖRÜŞDÜ

Kral ailəsi 70 ildən sonra ilk dəfə...
26.05.2018, 15:20

Kral ailəsi 70 ildən sonra ilk dəfə...

Cənubi Koreya azərbaycanlıları “AXC 100”lə bağlı geyim şousu keçirdi
26.05.2018, 15:12

Cənubi Koreya azərbaycanlıları “AXC 100”lə bağlı geyim şousu keçirdi

Gürcüstanda meyiti tapılan tələbə  intihar edibmiş - TƏFƏRRÜAT
26.05.2018, 14:51

Gürcüstanda meyiti tapılan tələbə  intihar edibmiş - TƏFƏRRÜAT

Sabah Bakıya yağış yağacaq
26.05.2018, 14:40

Sabah Bakıya yağış yağacaq

Bu ölkədə ordu çevrilişə cəhd etdi: 28 ölü
26.05.2018, 14:34

Bu ölkədə ordu çevrilişə cəhd etdi: 28 ölü

Rəsulzadə və Şəfi bəy Rüstəmbəylinin düşmənçiliyi  - TARİX
26.05.2018, 14:22

Rəsulzadə və Şəfi bəy Rüstəmbəylinin düşmənçiliyi  - TARİX

Çempionlar Liqasının qalibi bu gün müəyyən olunacaq
26.05.2018, 13:54

Çempionlar Liqasının qalibi bu gün müəyyən olunacaq

Ötən gün ölkədə 107 cinayət törədilib
26.05.2018, 13:38

Ötən gün ölkədə 107 cinayət törədilib

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları artırılacaq
26.05.2018, 13:31

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları artırılacaq

Sosial şəbəkələrdə qadınları şantaj edən şəxs saxlanıldı
26.05.2018, 13:21

Sosial şəbəkələrdə qadınları şantaj edən şəxs saxlanıldı

Marseldə atışma: 2 ölü
26.05.2018, 13:14

Marseldə atışma: 2 ölü

Ərdoğan seçki mitinqlərinə strart verdi
26.05.2018, 13:03

Ərdoğan seçki mitinqlərinə strart verdi

“Qaçqınkom”da YENİLİK: Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq...
26.05.2018, 12:49

“Qaçqınkom”da YENİLİK: Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq...

Qərbi Kaspi Universitetində robotlar yarışıb
26.05.2018, 12:37

Qərbi Kaspi Universitetində robotlar yarışıb

Müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilir
26.05.2018, 12:32

Müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilir

Bakıda gecə klubunun qarşısında kütləvi dava olub
26.05.2018, 12:16

Bakıda gecə klubunun qarşısında kütləvi dava olub

Türkiyə-Rusiya yaxınlaşması güclənəcək - SƏBƏB
26.05.2018, 12:08

Türkiyə-Rusiya yaxınlaşması güclənəcək - SƏBƏB

Astarada polisi silahla hədələyən şəxs tutuldu
26.05.2018, 11:59

Astarada polisi silahla hədələyən şəxs tutuldu

Amerikalılardan etiraf: Yaxın Şərqdə Rusiya, İran  və Çinə təslim olduq
26.05.2018, 11:49

Amerikalılardan etiraf: Yaxın Şərqdə Rusiya, İran  və Çinə təslim olduq

İlan sancmalarının STATİSTİKASI: 138 min ölü, 400 min əlil
26.05.2018, 11:40

İlan sancmalarının STATİSTİKASI: 138 min ölü, 400 min əlil

Neft ucuzlaşıb
26.05.2018, 11:28

Neft ucuzlaşıb

Dondurma alarkən bunlara mütləq DİQQƏT EDİN   
26.05.2018, 11:11

Dondurma alarkən bunlara mütləq DİQQƏT EDİN  

Aya insan göndərilir – 46 il sonra
26.05.2018, 11:04

Aya insan göndərilir – 46 il sonra

Bakıda 2 küçədə hərəkət məhdudlaşdırılır
26.05.2018, 11:00

Bakıda 2 küçədə hərəkət məhdudlaşdırılır

Şopinq Festivalı – ailəvi alış-verişin və əyləncənin ünvanı
26.05.2018, 10:47

Şopinq Festivalı – ailəvi alış-verişin və əyləncənin ünvanı

Gəncədə Xalq Cümhuriyyətinin 100 illiyi geniş qeyd olunur
26.05.2018, 10:41

Gəncədə Xalq Cümhuriyyətinin 100 illiyi geniş qeyd olunur

Gənclik calağı   
26.05.2018, 10:37

Gənclik calağı   

Bu şəhərdə 2 gündə 62 nəfər öldürülüb
26.05.2018, 10:29

Bu şəhərdə 2 gündə 62 nəfər öldürülüb

Baş Prokurorluq işə qəbulla bağlı müsabiqənin vaxtını açıqladı
26.05.2018, 10:23

Baş Prokurorluq işə qəbulla bağlı müsabiqənin vaxtını açıqladı

Azərbaycanın “İnterpol”a verdiyi Burak Bilgili İstanbulda şirkət açıb
26.05.2018, 10:09

Azərbaycanın “İnterpol”a verdiyi Burak Bilgili İstanbulda şirkət açıb

Putin söz verdi
26.05.2018, 09:53

Putin söz verdi

Cəbhədə atışma – Pulemyotlar işə düşdü
26.05.2018, 09:43

Cəbhədə atışma – Pulemyotlar işə düşdü

Qusarda kanalda batan şəxsin axtarışına başlanılıdı
26.05.2018, 09:25

Qusarda kanalda batan şəxsin axtarışına başlanılıdı

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (21.7%)
Meral Akşener (12.8%)
Rəcəb Tayyip Ərdoğan (58.1%)
Selahattin Demirtaş (1.67%)
Temel Karamollaoğlu (0.55%)
Doğu Perinçek (5.02%)