Modern.az

Azərbaycanın “Tyrion Lannister”i bu teatrdadır - REPORTAJ

Azərbaycanın “Tyrion Lannister”i bu teatrdadır - REPORTAJ

2 Dekabr 2017, 10:28

Əsa teatrı 3 sentyabr 2016-ci ildə fəaliyyətə başlayıb. Teatrın komandasında 12-13 nəfər çalışır ki, onlardan 8-i fiziki məhdudiyyəti olan şəxslərdir. Teatrın ideyası hal-hazırda bədii rəhbər  Nihat Qulamzadəyə məxsusdur. “Əsa” adının teatra verilməsinin səbəbkarı isə teatrın baş meneceri Nicat Qulamzadədir.

Dekabrın ortalarında teatrda Con Steynberkin “Adamlar və siçanlar” pyesi tamaşaya qoyulacaq. Teatr və aktoyları daha yaxından tanımaq üçün həmin teatra üz tutduq. Artıq tamaşa üçün məşqlər bir müddət əvvəldən start götürüb. Elə teatra gəldiyimiz vaxtda da  tamaşanın məşqi keçirilirdi. Fasilə vaxtı aktyorların bəziləri ilə söhbət etdik.


Teatr yaranandan aktyor kimi burada çalışan Elvin Mirzəyev Modern.az-a bugünə qədər səhnələşdirilmiş tamaşalar barədə danışdı.


“Teatr fəaliyyətə başlamazdan əvvəl artıq bu haqda ideyalar var idi. İlk tamaşamız 2016-cı il noyabrın 20-də baş tutdu. Psixodram janrında idi. İkincisi Şekspirin “Yay gecəsində yuxu” məsəlindən hazırlanmış romantik komediya janrında “Yuxum” tamaşası idi. Hal-hazırda  “Adamlar və siçanlar” əsərinin üzərində işləyirik”.
 

Teatr özəl olaraq fəaliyyət göstərir, dövlət tərəfindən maliyyələşmir. Birinci tamaşanın xərclərini Nicat Qulamzadə qarşılayıb. İkinci tamaşanı isə Britaniyanın Azərbaycandakı Səfirliyi maliyyələşdirib. Dekabrın ortalarında nəzərdə tutulan 3-cü tamaşaya sponsorluğu isə Amerikanın Azərbaycandakı Səfirliyi edəcək.


“Mənim uşaqlıqdan aktyorluğa həvəsim olub. Bədii yaradıcılıq üzrə kolleci bitirmişəm. Ancaq incəsənət aləminə daxil ola bilmədim. Universitetə isə ümumiyyətlə sənəd verməmişəm. Nə qədər müraciət etsəm də, aktyor kimi çalışa bilmədim. Bu da məndə ruh düşkünlüyü yaratdı. Başqa bir işdə çalışmağa məcbur oldum. İşdən çıxandan sonra teatrın keçmiş direktoru Murad Məmmədovla daha yaxından tanış oldum. Murad məndən soruşanda, aktyor olaraq işləmək istədiyimi dedim. O da mənə dedi ki, belə bir ideya var. Əvvəlcədən Nihatı qiyabi olaraq tanısam da, belə bir ideyasının olduğunu bilmirdim”, - Elvin Mərzəyev dedi.
 


Tamaşaya insanları cəlb etmək üçün teatrın sosial şəbəkələrdə səhifələri fəaliyyət göstərir, eyni zamanda KİV-lə də mütəmadi olaraq çalışırlar.

“İlk tamaşanın premiyerasını ayaq üstə izləyənlər olub. Yer tutumu yadımda deyil, ancaq bütün yerlər dolmaqla yanaşı, hətta tamaşaçıların sayı limiti aşmışdı. İkinci tamaşada 70 nəfərlik zala 400 nəfər gəlmişdi. Bizim teatra maraq böyükdür. Tamaşaçılarımızın arasında hər yaş təbəqəsinin nümayəndəsi olur”.

Elvin Mirzəyev oynadığı hər iki tamaşadan böyük zövq aldığını vurğuladı.

“Sadəcə olaraq psixodram janrında olan tamaşada depresssiyada olan insanı oynayırdım. İkinci tamaşada isə iki personajı canlandırırdım. Biri real personaj, digəri isə mifik. Hərəsinin ayrı-ayrı gözəlliyi var idi”.

Əsa teatrının əsas məqsədi əlilliyi olan insanlarla olmayan insanların bir səhnədə heç bir əngəl olmadan incəsənət göstərə bilməsini nümayiş etdirməkdir. Teatr fiziki məhdudiyyəti olan şəxsləri də tamaşaçı qismində unutmur. İkinci tamaşada eşitmə və danışma əngəlli insanlar üçün jest dilinin tərcüməsi həyata keçirilib.


“Sevdiyim iki obraz var. Biri Şerlok Holms, digəri isə “Paris Notr-Dam kilsəsi” əsərindəki Kvazimodo obrazıdır. Gələcəkdə Kvazimodonu səhnələşdirməyi planlaşdırırıq”.


Aktyor deyir ki, tənqidlərlə  də üzləşirlər və bunu normal qarşılayırlar. Teatrdan gələn gəlir aktyorlar arasında bölüşdürülür.

“Bu teatrdan əvvəl də səhnə təcrübəm olub. Ancaq onlar peşəkar təcrübə sayıla bilməz. Əsa teatrındakı ilk səhnəmdə isə digər çıxışlarıma baxanda məsuliyyət hissi böyük idi. Bundan əvvəlki obrazlarım şən, pozitiv obrazlar olub. Əsa teatrında ilk canlandırdığım obraz isə travma alan obraz idi, hal-ovqat məsələsi var idi. O cəhətdən həyəcanlıydım. Tamaşını qoymaqla biz ilkə imza atdıq. Teatrın yaranmasının özü belə bir tarix idi. Hər şeyi, bütün kütləni ilk tamaşa ilə qazandıq”.

Teatrda səhnəyə hansı tamaşaların qoyulacağı bədii rəhbər tərəfindən seçilir. Hansılar daha rahat və uyğundursa, qərar verib onun üzərində işləməyə başlayırlar.

“Birinci tamaşada 4 nəfər 1 insanı canlandırırdıq. İkinci tamaşada isə rolumu özüm seçmiş sayılıram. Əvvəlcədən də mənə həmin rolu vermək istəyirdilər. Mən özüm  pyesi oxuduqdan sonra bədii rəhbər mənə sual verdi: “Sənə hansı obraz daha yaxın gəlir?”.  Mən də “Pek” obrazını dedim. O da: “Biz də sənə elə o obrazı vermək istəyirdik”- dedi.

Hər hansı birini obrazı canlandırmaq üçün öncə mən onun xarekteristikasını bilməliyəm. Adam var bizneslə məşğuldur, adam var incəsənətlə. Adam var həddindən artıq pozitivdir, adam da var depressiyadadır. Obraza haqq qazandıra bilsəm, istənilən bir rolu oyanaya bilərəm”.


Teatrda Azərbaycan Mədəniyyyət və İncəsənət Universitetinin məzunu, “İkinci Pərdə” filmində  yer alan Elşən Əsgərov həm rejissor, həm də aktyor kimi çalışır.

Dünyaca məşhur “Game of Thrones” serialının sevilən və 7 sezon sağ qalmağı bacaran personajı Tyrion Lannisterin oxşarı Əsa teatrının aktyorudur. Riyad Sultanov bu oxşarlığın həyatında xüsusi yer oynadığını qeyd etdi.


“Bu, elə bir sənətdir ki, sən orda hər rolu oynamağı bacarmalısan. Qəddarı da, qatili də. Bəzən elə tamaşalar olur ki, klon belə olursan.

AzərbaycandaTyrion Lannister  rolunda dəfələrlə oynamışam. Xaricdən təklif gəlsə, beynalxalq səhnələrdə də bu rolu oynamaq istəyərəm. Bu Azərbbaycan üçün fəxrdir”.

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı