Modern.az

“Azərbaycan Qarabağ məsələsində lazımi sənədləri təsdiqlətdirə bildi”  

“Azərbaycan Qarabağ məsələsində lazımi sənədləri təsdiqlətdirə bildi”   

2 Dekabr 2017, 11:59

“Yəqin ki, Azərbaycan və Avropa Birliyi arasında imzalanacaq saziş üzərində bir neçə ay ərzində işlər yekunlaşacaq. Biz Avropa ilə əlaqələrimizi daha da gücləndirməliyik”. 

Bu sözləri  politoloq Eldar Namazov  Modern.az saytına açıqlamasında deyib
.

Politoloq bildirib ki, bir neçə gün bundan əvvəl Brüsseldə keçirilən  Şərq Tərəfdaşlığı Sammitində  və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının 50-ci sammitində Azərbaycanın   ərazi bütövlüyünü  dəstəkləyən bəyamnamə qəbul edildi.

“Bu onu göstərir ki, Azərbaycan Ukrayna, Moldova və Gürcüstanla bir blokda çıxış edəndə Avropa qurumları tərəfindən bizim ərazi bütövlüyümüzün dəstəklənməsi məsələsi avtomatik həll olunur.  Ona görə ki, bu ölkələrin ərazi bütövlüyü ilə bağlı da problemləri var. Hər üç ölkənin də arxasında Avropa dövlətləri dayanır. Azərbaycan Qarabağ məsələsində lazımi sənədləri təsdiqlətdirə bilib. Ərazi bütövlüyümzü beynəlxalq təşkilatlar tanıyıb. Biz bu blokdan uzaqlaşıb tək qalanda isə istədiyimiz qərarları çox çətinliklərlə alırıq. Ona görə də bizim diplomatlarımız bunu nəzərə almalıdır. Bu çox ciddi bir siyasi kapitaldır”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi