Modern.az

Avropa Gimnastika İttifaqının prezidenti AZƏRBAYCANLI seçildi

Avropa Gimnastika İttifaqının prezidenti AZƏRBAYCANLI seçildi

Mədəni̇yyət

2 Dekabr 2017, 13:10

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib.

Modern.az xəbər verir ki, dekabrın 2-də Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci konqresi çərçivəsində qurum rəhbərliyinə seçki keçirilib. Fərid Qayıbov prezidenti seçkilərində daha çox səs yığa bilib.


F.Qayıbov 28 səs toplamaqla əsas rəqibi, sloveniyalı rəqibi Edvar Koları geridə qoyub. E.Kolar 20 səs toplayıb. 

Xatırladaq ki, Avropa Gimnastika İttifaqına 2009-cu ildən bəri fransız Jorj Gelzek rəhbərlik edirdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!