Modern.az

Toponomiya Komissiyası toplanır: Adları sovet ideologiyasına bağlı yaşayış mətəqələrinə yeni adlar veriləcək - RƏSMİ

Toponomiya Komissiyası toplanır: Adları sovet ideologiyasına bağlı yaşayış mətəqələrinə yeni adlar veriləcək - RƏSMİ

2 Dekabr 2017, 13:37

Milli Məclisin Toponomiya Komissiyasının növbəti iclasının vaxtı müəyyənləşib.

Milli Məclisin Toponomiya Komissiyasının sədri İsa Həbibbəylinin Modern.az saytına verdiyi məlumata görə, iclas gələn həftə dekabrın 4-də keçiriləcək.

Bildirilib ki, iclasda sovet ideologiyası ilə bağlı olan müxtəlif regionlardakı yaşayış mətəqələrinin adı ilə bağlı məsələlər müzakirə ediləcək. Yeni adlar müəyyənləşdirilərkən həmin kəndlərin tarixi mənbələrdəki əsl adı axtarılaraq, bərpa ediləcək.


Həmçinin, axtarış zamanı tarixi mənbələrdə həmin yerin adı olmasa, o yaşayış məntəqəsinin yerləşdiyi toponominin adı həmin kəndin adı kimi tövsiyyə olunacaq. “Bu da Azərbaycanın milli və dövlətçilik maraqlarına uyğundur”,-deyə Komissiyadan bildirilib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir