Modern.az

7000-dən çox eksponatı qoruyan Şamaxı muzeyi - FOTOLAR  

7000-dən çox eksponatı qoruyan Şamaxı muzeyi - FOTOLAR   

2 Dekabr 2017, 15:13

“Gənc Jurnalistlər” Klubunun üzvlərinin Şamaxıya səfəri barədə məlumat vermişdik. Onlar bu səfər çərçivəsində  Tarix-Diyarşünaslıq muzeyini də ziyarət ediblər.

S.Ə.Şirvani adına Tarix – Diyarşünaslıq Muzeyi 1945-ci ildə Şamaxı Ölkəşünaslıq Muzeyi adı ilə yaradılıb. Muzeyin ilk rəhbəri filoloq – alim Bilal İbrahimov olub. Həmin vaxtı mədəniyyət ocağına xeyli sayda eksponatlar toplanılıb, 1948- ci ildə ekspozisiya tərtib edilib. Sonralar muzeyə eksponotların cəlb edilməsində bütün Şamaxı ziyalıları yaxından iştirak edib.


1950-2000- ci illərdə Şamaxıda arxeoloji tədqiqat aparan arxeloqlar- Cabbar Xəlilov, Hüseyn Ciddi, Aləm Nuriyev, Şirzad Əhmədov xeyli arxeoloji materialı muzeyə təhvil veriblər. Hazırda, burda 7000-dən çox eksponat mühafizə olunur. Maddi-mədəniyyət ocağının foyesində Şamaxı kəndləri və onun tanınmış insanları haqqında məlumat bazası yaradılıb. Zəngin flora-fauna, Astofizika Rəsədxanası, palçıq vulkanları haqqında məlumat və eksponatlar muzeyin Diyarşünaslıq zalında nümayiş etdirilir.


Otra əsr Şamaxı şəhərinin avropalı səyyah- rəssamları tərəfindən çəkilmiş rəsmlərinin reproduksiyası ekspozisiyanın ən maraqlı yerlərindədir. Muzeyin “Şamaxı qədim dövrdə”, “Şamaxı Şirvanşahlar dövlətinin mərkəzi”, Şirvan çar Rusiyası dövründə”, “Şirvan Xalq Cümhuriyyəti dövründə”, “Şamaxı sovet dövründə”, “Şamaxı müstəqillik dövründə” adlı bölmələrində də zəngin eksponatlar yerləşdirilib.


Muzey 2009-cu ilin noyabr ayında əsaslı təmir edilib. Mədəniyyət ocağının açılış mərasimində Azərbaycan Prezidenti  İlham Əliyev iştirak edib. 

Tələbələri Muzeyin direktoru Məleykə Kamilova qarşılayaraq onlara bölgənin tarixi, mədəniyyəti haqqında danışıb və muzeydə yerləşən eksponatlarla tanış edib.


Modern.az muzeydən fotoları təqdim edir:

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi