20 yanvar 2018, Şənbə
Ana Səhifə - TƏHSİL - Tələbələrin ən çox yedikləri: makaron, kartof-yumurta soyutması, “qreçka” - “Ət ala bilmirik”
Tələbələrin ən çox yedikləri: makaron, kartof-yumurta soyutması, “qreçka” - “Ət ala bilmirik”
04.12.2017, 08:51

Tələbəlik yaş dövrü enerjili hesab olunsa da, bu dövrdə insan sağlamlıq baxımından ciddi təhlükələrlə qarşı-qarşıya qalır. Müəyyən xəstəliklərdən qorunmaq üçünsə sağlam qidalanma ən vacib şərt hesab olunur. Nəzərə almaq lazımdır ki, tələbələrin əksəriyyəti bölgələrdən paytaxta üz tutmuş gənclərdir. Belə olan halda onlar ya tək qalmalı olur, ya da bir neçə tələbə yığışıb birgə yaşayır.

Dərs ili başladıqda tələbələrin əksəriyyəti orqanizmlərinin öyrəşdiyi qidalanma rejimini dəyişirlər.

Tələbələr nə yeyir, necə qidalanırlar, ürəkləri istədikləri ərzağı ala bilirlərmi? Onların ət almağa gücü çatırmı?

Modern.az olaraq tələbələrin bununla bağlı fikirlərini öyrəndik.


Bakı Mühəndislik Universiteti tələbəsi Tahir Ağazadə yeməklərdən ən çox ləvəngini sevsə də, onu yalnız rayonda-ailəsinin yanında olarkən yeyə bilir.

“Kirayədə  qalıram, ərzaq üçün aylıq təxminən 40-50 manat pul xərcləyirəm. Sevdiyim yeməklərdən özüm çox nadir hallarda ala bilirəm. Evdə ən çox özüm kartof qızardıram. Əsas yediyim yemək isə 1.20 manatlıq toyuq dönərdir. Ət isə ümumiyyətlə ala bilmirəm”.

Bakı Dövlət Universitetinin tələbəsi Aidə İsaq da məsələyə münasibətini bildirib:

“Ümumi əlavə xərclər aylıq 150-200 manat arasında dəyişir ki, bura həm yemək, həm də yolxərci daxildir. Tələbə təqaüdü kartıma yüklənəndə ət və digər sevdiyim şeyləri ala bilirəm. Yemək hazırlamaq mənim üçün çox da problem deyil. Ən çox sevdiyim və bişirdiyim yemək kotletdir. Evdən pul yollayanda meyvə, şirniyyat ala bilirəm, amma o da həmişə olmur”.

Azərbaycan Tibb Universitetində təhsil alan Leyla Süleymanlı deyir ki, o ən çox “Rolton” makaronları adlı hazır yeməklə qidalanır: 

“Evdə bacımla ikimiz qalırıq, ikimiz də tələbəyik. Arada rayondan da ərzaq göndərirlər, ona görə ortalama aylıq yemək xərci 70-80 manat arasında dəyişə bilər. Ümumilikdə kartof, sosiska-kolbasa, toyuq ən çox istifadə etdiyimiz ərzaq növləridir. Sevdiyim yeməklərə əlimiz çatmız, onlardan çox yeyə bilmirəm, çünki ana olmayanda bişirmək çətin olur, dərslərlə vaxt eləmək olmur”.



Bakı Neft və Energetika Kollecində təhsil alan Gülnar Mehdiyeva deyir ki, tələbəlik sağ olsun, o, əməlli-başlı “qreçka”ya bağlanıb.

“Aylıq yemək üçün 30-40 manat xərcim çıxır. Çünki əti özüm almıram, anamgil rayondan yollayırlar. Ən sevdiyim yemək dolmadır, amma təəssüf ki, arada yeyə bilirəm. Ən çox isə “qreçka” və kartof yeyirəm”.


Fidan Mirzəyeva, Azərbaycan Milli Konservatoriyası:

“Biz 4 nəfər qalırıq, ərzaq üçün mən 50 manat xərcləyirəm. Amma əti həmişə burdan almırıq, evdən göndərirlər. Ən çox yediyim isə makarondur”.
 

Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi Hüseyn Qüdrətlinin isti yeməyi sosiska qızartmasıdır.

“Aylıq yemək xərcim hardasa 60 manat təşkil edir. Əsasən yumurta yeyirəm. İsti yemək isə rayondan pul göndərilən vaxt kafelərdə yeyə bilirəm, sonra pulum azalır deyə çatdırmaq üçün dönərlə kifayətlənməli oluram. Normalda sevdiyim yeməkləri bayramdan bayrama evimizə gedəndə yeyə bilirəm. Meyvə yediyim isə yadıma gəlmir. Mənim isti yeməyim sosiska qızartmasıdır”.

Bakı Dövlət Universitetinin tələbəsi Nəzrin Abdullayeva isə yumurtanı səhər yeməyi üçün “yaxşı yemək” hesab etmir:

“Biz evdə 3 nəfər qalırıq. Əti valideynlərimiz rayondan göndərir. Adama 20 manatdan atışırıq, qalan şeyləri alırıq. O da, demək olar ki, bəs etmir, məsələn səhər yeməyinə yaxşı heç nə yeyə bilmirik. Təsəvvür edin, ən yaxşı halda yumurta yeyirik. Camaat, amma nələr yeyir eee...
Sevdiyim yeməklərdən çox da yeyə bilmirəm. Pulumuz az olanda daha çox makaron yeyirik. Hesab edirəm ki, yaxşı qidalanmırıq”.


Jalə Hüseynova, Azərbaycan Dillər Universiteti:

“Aylıq yemək üçün 30-40 manat xərcim çıxır. Anam arada toyuq əti göndərir, ət sevmirəm deyə özüm də almıram. Gündəliyə əksər hallarda makaron, kartof soyutması, yumurta yeyirəm. Amma mənim üçün yemək hazırlamaq problem deyil, özüm hər şeyi bacarıram. Mərci şorbası da tez-tez bişirirəm. Pulumu çatdıra biləndə meyvə və şirniyyat da alıram”.

Xəzər Universiteti tələbəsi Səbuhi Quliyevin sözlərinə görə, o qənaətlə istifadə etdiyi üçün, ərzaqa aylıq 150-200 manat xərci çıxır.  

“Mən kirayədə tək qalıram. Kirayə pulunu ailəm göndərir, amma digər xərclərimi qarşılamaq üçün özüm işləyirəm. Əksər hallarda yeməyi özüm bişirirəm, ailədən kənarda qalmaq məcburiyyəti yemək bişirməyi öyrənməyimə səbəb olub. Buna görə də ən çox sevdiyim yeməkləri özüm bişirə bilirəm. Bəzən dərs saatları çox olduqda fastfood-la qidalanıram”.


Nəzrin Cavid


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Sabah hava necə olacaq? - PROQNOZ   
20.01.2018, 13:04

Sabah hava necə olacaq? - PROQNOZ  

Bakının məşhur qonaqları - Bircə mahnı ilə bütün Azərbaycanda məşhurlaşan kərküklü JURNALİST
20.01.2018, 12:37

Bakının məşhur qonaqları - Bircə mahnı ilə bütün Azərbaycanda məşhurlaşan kərküklü JURNALİST

Atəş açdı - qohumunu yaraladı
20.01.2018, 12:16

Atəş açdı - qohumunu yaraladı

Vahid Əhmədov şikayətləri dinlədi
20.01.2018, 12:09

Vahid Əhmədov şikayətləri dinlədi

Ucarda ata-oğul bıçaqlandı - bir ölü...
20.01.2018, 12:06

Ucarda ata-oğul bıçaqlandı - bir ölü...

Əkbər Qoşalıya ağır itki üz verdi
20.01.2018, 11:59

Əkbər Qoşalıya ağır itki üz verdi

Fevralda Xəzərin statusuna dair işçi qrupunun iclası keçiriləcək
20.01.2018, 11:54

Fevralda Xəzərin statusuna dair işçi qrupunun iclası keçiriləcək

Şamaxıda ərlə arvada qarşı zor işlədib, 12 min manat, 3 min dollar, 100 min rubl oğurladılar      
20.01.2018, 11:49

Şamaxıda ərlə arvada qarşı zor işlədib, 12 min manat, 3 min dollar, 100 min rubl oğurladılar    

Azərbaycan-Rusiya sərhədinin demarkasiyası ilə bağlı növbəti görüşün vaxtı açıqlandı
20.01.2018, 11:37

Azərbaycan-Rusiya sərhədinin demarkasiyası ilə bağlı növbəti görüşün vaxtı açıqlandı

Bakının mərkəzindəki yanğın söndürüldü
20.01.2018, 11:34

Bakının mərkəzindəki yanğın söndürüldü

O günləri xatırladan və yaşadan YAZI
20.01.2018, 11:28

O günləri xatırladan və yaşadan YAZI

Məzahir Pənahov hesabat verməyən partiyalar haqda: “Kəskin mövqe tutmaq tezdir”
20.01.2018, 11:15

Məzahir Pənahov hesabat verməyən partiyalar haqda: “Kəskin mövqe tutmaq tezdir”

MSK prezident seçkiləri ilə bağlı hazırlıqlara başladı
20.01.2018, 11:11

MSK prezident seçkiləri ilə bağlı hazırlıqlara başladı

“Azneft”dəki yaşayış binasında yanğın lokallaşdırıldı
20.01.2018, 10:59

“Azneft”dəki yaşayış binasında yanğın lokallaşdırıldı

Qida Təhlükəsizliyi Agentliyi bir neçə qurumun işini görəcək
20.01.2018, 10:52

Qida Təhlükəsizliyi Agentliyi bir neçə qurumun işini görəcək

Əli Əhmədov: “20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir”
20.01.2018, 10:48

Əli Əhmədov: “20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir”

Bakının mərkəzində yaşayış binası yanır - YENİLƏNİB
20.01.2018, 10:32

Bakının mərkəzində yaşayış binası yanır - YENİLƏNİB

Polisdən əməliyyat: axtarışda olan 16 nəfər saxlanıldı           
20.01.2018, 10:29

Polisdən əməliyyat: axtarışda olan 16 nəfər saxlanıldı          

Prezident və birinci xanım Şəhidlər Xiyabanında - FOTO
20.01.2018, 10:04

Prezident və birinci xanım Şəhidlər Xiyabanında - FOTO

Cəbhəboyu erməni təxribatı: şiddətli atışma oldu
20.01.2018, 09:36

Cəbhəboyu erməni təxribatı: şiddətli atışma oldu

Sərxoş adamın od vurduğu moteldə 5 nəfər öldü
20.01.2018, 09:34

Sərxoş adamın od vurduğu moteldə 5 nəfər öldü

Türkiyədə dəhşətli qəza: 13 ölü, 42 yaralı
20.01.2018, 09:21

Türkiyədə dəhşətli qəza: 13 ölü, 42 yaralı

Şəhriyar Məmmədyarov vahid liderdir
20.01.2018, 00:53

Şəhriyar Məmmədyarov vahid liderdir

Ölkədən 29  980 000 rubl çıxarılmasının qarşısı alınıb
20.01.2018, 00:35

Ölkədən 29  980 000 rubl çıxarılmasının qarşısı alınıb

“Ağlaya-ağlaya zabitə dedim ki, məni atama görə niyə döyürsüz”- Cümhuriyyət generalının oğlu
20.01.2018, 00:20

“Ağlaya-ağlaya zabitə dedim ki, məni atama görə niyə döyürsüz”- Cümhuriyyət generalının oğlu

20 Yanvar şəhidlərinin 28-ci ildönümü anılır
20.01.2018, 00:06

20 Yanvar şəhidlərinin 28-ci ildönümü anılır

Bakıda 52 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi - Video
19.01.2018, 23:54

Bakıda 52 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi - Video

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
19.01.2018, 23:43

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Hər 5 saniyədən bir feysbukda 205 min status paylaşılır - MARAQLI
19.01.2018, 23:26

Hər 5 saniyədən bir feysbukda 205 min status paylaşılır - MARAQLI

Lavrov Rusiya qoşunlarının Afrindən çəkilməsini təkzib edib
19.01.2018, 23:09

Lavrov Rusiya qoşunlarının Afrindən çəkilməsini təkzib edib

Kədərli hadisələrin fəsadlarından qorunmağın yolu – AMERİKALI ALİMLƏRİN QƏNAƏTİ
19.01.2018, 23:04

Kədərli hadisələrin fəsadlarından qorunmağın yolu – AMERİKALI ALİMLƏRİN QƏNAƏTİ

Mahaçqala meri saxlanıldı
19.01.2018, 22:58

Mahaçqala meri saxlanıldı

Moskvada azərbaycanlı jurnalist vəfat edib
19.01.2018, 22:46

Moskvada azərbaycanlı jurnalist vəfat edib

Qəssabdan qaçan öküz yaşlı qadını vurdu
19.01.2018, 22:37

Qəssabdan qaçan öküz yaşlı qadını vurdu

Danimarkada
19.01.2018, 22:20

Danimarkada "Palmali"ya məxsus tanker saxlanıldı  

ARXİV
SORĞU
Hansı şirkətlər sosial layihələrə dəstək verir, xeyriyyəçilik edir?
BP Azərbaycan(39.1%)
SOCAR(17.3%)
Azersun Holding(13.0%)
Azercell(4.34%)
Bakcell(17.3%)
Nar mobile(0%)
Gilan Holdinq(4.34%)
Nurgun Group(0%)
Paşa Holding(4.34%)
Akkord(0%)