21 oktyabr 2018, Bazar
Ana Səhifə - CƏMİYYƏT - Psixoloq: “Boşanmaların əksəriyyəti ata-ananın günahı üzündən baş verir” – MÜSAHİBƏ
Psixoloq: “Boşanmaların əksəriyyəti ata-ananın günahı üzündən baş verir” – MÜSAHİBƏ
04.12.2017, 13:08

Xanım Niftəliyeva: “Tanınmış iş adamı evində uşaqlarına əziyyət verib”

 

“Dəyanət Rzayevin məsləhətlərinə hələ də ehtiyacımız var”

 

Son statistika göstərir ki, boşanmaların sayı durmadan artır. Bütün bunların kökündə nə durur? Sosiallaşma, madiyyat, yoxsa ailədaxili şiddət?

 

 Psixoloq-psixoterapevt Xanım Niftəliyeva Modern.az saytının suallarını cavablandırıb.  

 

- Bu gün ölkədə ən çox yaranan problemlərdən biri də boşanmaların sayının artmasıdır. Bunun psixoloji kökləri nədən, hansı problemlərdən ibarətdir?  Əksəriyyət maddiyatın əsas olduğunu deyir,  bəs psixoloji baxımdan nələr baş verir?

 

- Doğrudan da, günümüzün ən qlobal problemlərindən biri də boşanmaların sayının artmasıdır. Statistik hesablamalara əsasən, orta hesabla Azərbaycanda bir gündə 4-5 boşanma hadisəsi qeydə alınır. Bunu ailədə şiddətin olması ilə, bir-birinə güzəşt edilməməsi ilə əlaqələndirirlər, xüsusilə də maddiyyatı əsas götürürlər. Amma keçmişə - nənə, babalarımıza nəzər salsaq görərik ki, o vaxt da elə bir güclü maddiyyat tələb edən nələrsə olmayıb. Bu gün boşanmalara səbəb insanların yanlış düşüncələrdə olmasıdır. Bu da ən çox efirlərdən, televiziya proqramlarından, hansısa seriallardan qaynaqlanma ilə bağlıdır.  Yəni-yeni qurulmuş bir ailədə xanım hansısa seriala baxaraq deyir ki,  ordakı kimi yaşamaq, davranmaq, onun yerində olmaq istəyirəm. O, serialda olan sevgi macəralarını həyatda reallaşdırmaq istəyir. Bu da alınmayanda ailədə söz-sohbətə, problemlərə səbəb olur.

 

Bizim ən böyük problemimiz, çətinliyimiz nədən ibarətdir?

 

- Biz övladımızı dünyaya gətirəndə onun yeməyini vaxtında veririk, paltarlarını vaxtında dəyişirik, peyvəndini vaxtında edirik, amma  psixoloji yetişdirmirik. Psixoloji olaraq güclü insan yetişdirmək lazımdır. Hər bir çətinliyə dözə biləcək bir övlad dünyaya gətirmək istəyirik. Mən ayrı-seçkilik etmək istəmirəm. Çünki bütün münasibətlər qarşılıqlı olduğu kimi, münasibətlərdə yaranan problemlər də qarşılıqlıdır. Birtərəfli heç nə yoxdur.

 

Düzdür, qızlarımıza səbrli olmağı, ailədə olan münaqişəni davam etdirməməyi, problemi böyütməməyi məsləhət görürük. Amma biz burada ən çox valideynlərə, analara müraciət edirik. Biz övladlarımızı  düzgün yetişdirsək, boşanmaların sayı artmaz.

 

Psixoloji köklərdən biri də budur ki, ailənin beş təməl bağı var və bu bağların bərpası, möhkəm olması, qopmaması üçün övladlarımızı uşaqlıqdan psixoloji olaraq güclü yetişdirməli, təlimləndirməliyik. Onların şüuraltına ailənin müqəddəsliyi, qorunması, möhkəm olması barədə mesajlar verməliyik. Bu gün boşanmaların əksəriyyəti cütlüklərdən çox ata-ananın günahı üzündən baş verir. Çünki valideynlər bir balaca problem olanda qızına “qayıt gəl, mən sənə baxacam, ölməmişəm”, “mənim uşağıma kimsə söz deyə bilməz”, “mənim uşağım çətinlik görməyib, niyə orda çətinlik görür” deyir. Bu da boşanmalara səbəb olur. Çox təəssüflər olsun ki, boşanmaların sayı ölkəmizdə artmaqdadır.

Boşanmaların sayının artması ilə bağlı onu da qeyd edim ki, burda qısqanclıq da mühüm rol oynayır, boşanma qısqanclıq zəminində yaranır. Bu da bir tərəfdən internetə, texnologiyaya bağlanır, məsələn , qadın kişinin kiminləsə mesajlaşdığını, hansısa sosial şəbəkədə yazışdığını, kiməsə video göndərdiyini deyir. Qısqanclıq zəminində xanımlarımızda bu hiss yaranır və axırda boşanmaya səbəb olur. Bu da bizim insanlarımıza texnoloji imkanlardan istifadənin ziyan gətirməsinin bir göstəricisi kimi nümunə sayıla bilər.

 

Problemin kökündə dediyimiz kimi bəzən maddiyyatı da səbəb gətirirlər, bəzən də bəzi olmazları – şiddəti görürük. Mən deyərdim ki, bu problemin kökündə sosiallaşma durur. “Çox sosiallaşmanın özü də bir antisosiallaşmadır” deyirlər. Mən bu fikirlə tam razıyam. Çünki sosiallaşmaq dedikdə bizim insanlar yanlış istiqamətdə düşünürlər. Bunu maariflənmək, oxumaq, bilik əldə etmək sahəsində düşünmürlər. Əgər bu gün mən müasir bir geyimdəyəmsə, bu gün mənim müasir şəraitim varsa, yaxud da bu gün tanınmış iş adamıyamsa, bu mənim sosiallaşmağım deməkdir.

 

Boşanan ailələrdə, sözsüz ki, travma birinci uşağa dəyir. Uşaqlıqda alınan travma ilə böyüyən bir uşaq, böyüyəndə xalq üçün, millət üçün heç bir fayda vermir. Burada fiziki travma alan insandan söhbət getmir. O qədər ayağı, qolu, yaxud da görmə əngəlli, nitqi qüsurlu insanlar var ki, onlar başqa işlərdə uğur qazanır. Məsələn, əli olmayan, amma ayağı ilə gözəl rəsm əsərləri yaradan, musiqi bəstələyən, musiqi ifa edən insanlar var.

Amma ruhi, psixi cəhətdən əngəlli olan insanlar gələcəkdə şəxsiyyət kimi yetişə bilmir. Bu gün evdə uşaq ata-ana davasını eşidir, zorakılığın şahidi olursa,  sonra da ailənin boşanması nəticəsində ata-ana seçimi qarşısında qalırsa, o gələcəkdə ailənin təməlini sağlam şəkildə qoya bilməyəcək. Çünki ailə bağları qopur və bu onun gələcəyində özünü qabarıq şəkildə biruzə verir. Bütün qatillər, cibgirlər, yəni pis əməlləri törədən insanların bir çoxu uşaqlıqdan aldığı travmadan sonra böyüdükdə özünü tamamlaya bilməyib. Onda davranış pozuntuları qeydə alınıb. Həbsxanalarda olan insanların 30 faizi təsadüf, yaxud hansısa bir hadisə nəticəsində ora düşürsə, 70 faizi uşaqlıqda aldığı travma nəticəsində pis əməl törədib. O insanlar həyatda öz möhürünü vura bilməyib. Ya qatilə, ya oğruya çevrilib. Yəni bir insan şiddətlə böyüyəndə, o da şiddət göstərir. Mənim belə bir pasientim olub.

 

O, tanınmış bir adamdır. İki oğlu var. İşdən çıxanda evinə zəng edirmiş ki, mən evə gəlirəm. Oğlanlarım hər ikisi ayaq üstə dayansın. Bəzən də onları qapının ağzında bir ayağı üstə saxlayırdı. Biz onunla ailə terapiyasına başladıq və sistematik şəkilə üstünlük verdik. Aşkar etdik ki, həmin şəxsin atası da ona bu cür rəftar edib. Onu günlərlə ağaca bağlayırmış, ayağının altına qaynar od tökürmüş. Ağaca bağlayıb onu ac-susuz saxlayırmış. Ananı övladının gözü qarşısında şiddətlə döyürmüş. Düzdür, bu gün həmin adam tanınmış iş adamı olub, mənəvi baxımından zəngin biri olub. Amma ailə üzərində hegemonluq edəndə özünü tamamlanmış hiss edirdi. Düşünürdü ki, bu cür davranmasa övladları, yoldaşı ona hörmət etməyəcək.

 

- Psixoloqa kim getməlidir? Ümumiyyətlə, psixoloqun insanlara dəstəyi nədən ibarət olur?

 

- İndi elə bir cəmiyyətdə, elə bir dövrdə yaşayırıq ki, psixoloqa hər bir insan müraciət edə, ondan məsləhət ala bilər. Və psixoloq da bu insanlara düzgün istiqamət verib, onlara yardım etməlidir. Bu, mənim subyektiv fikrimdir. Psixoloq insanlara ünsiyyətin, özgüvənin bərpası, karyera, şəxsi inkişafla və digər məsələlərlə bağlı faydalı ola bilər. Onlar davranış qaydalarını tənzimləyir, yanlış, irrosianal düşüncələri rasionala çevirirlər. Psixoloqa artıq hər yaşda insanlar müraciət edir. Buna görə də ailə psixoloqu, uşaq psixoloqu, klinik psixoloq - hamısı ayrı olmalıdır. Çox təəssüf hissi ilə bunu deyim ki, bəzən bir nəfər oturub psixologiyanın bütün sahələri ilə məşğul olur və deyir ki, hamısını bacarıram. Bu, düzgün deyil. Psixologiyanın hər sahəsinin, hər qolunun öz psixoloqu olmalıdır. Hansı ki, onlar kurslardan keçib bunlarla məşğul olmalıdır. Yeniyetməlik dövründə bir çox problemlər üzə çıxır və həmin dövrdə düzgün məşğul olmadıqda isə ziddiyət pozuntusuna, bu da öz növbəsində bipolyar pozuntuya gətirib çıxara bilir.

 

Sizcə, niyə Azərbaycan cəmiyyətində psixoloqa gedənlərə bir qədər ciddi yanaşılmır? Hətta kimsə psixoloqa gedəndə bunu gizlədir. Kimsə depressiyaya düşən övladını psixoloqa aparan zaman xahiş edir ki, bunu başqaları bilməsin.

 

- Bəli, bu gün Azərbaycanda psixoloqa getmək və ya psixoloqa müraciət etmək bir az normal qəbul olunmur. Bunun da əsas səbəblərindən biri hardasa, bəlkə də, psixoloqa olan inamsızlıqdan və mental düşüncədən  irəli gəlir. Özünü “psixoloq” adlandıran insanlar çoxdur və müraciət edən insanların nəinki problemini həll edir, hətta onlarda əlavə problemlər də yaradırlar. İnsanlar bəzən düşünür ki, mən psixoloqa müraciət edirəmsə, mənim çevrəm mənim haqqımda yaxşı düşünməz. Elə bilərlər ki, mən dəliyəm, mənim ruhi sağlamlığım yerində deyil, yaxud məndə əqli gerilik var. Amma bu belə deyil. Ruhi problemi, əqli geriliyi olan, ruhi sağlamlığı ilə bağlı ciddi problemləri olan insanları psixoloqlar həmişə psixiatrlara yönəldirlər. Yəni psixoloqa getmək, özgüvəni bərpa etmək, bir problemin düzgün həllinə yol tapmaq – bu, pis hal deyil. Amma bu gün bizim cəmiyyətimiz bunu normal qarşılamır. Bunun səbəbi də odur ki, ətrafdakı insanlar onu qınayırlar. Bu da psixoloqlar haqqında düzgün fikrin formalaşdırılmamasından irəli gəlir. Mən psixoloqa getdimsə zəif insanam, gücsüz insanam, yaxud da ruhi vəziyyətimlə bağlı ciddi problemlərim var – belə düşünürlər. 10-15 il bundan əvvəl Türkiyədə də bu hallar yaşanırdı. Amma bu gün orada bir çox ailələrin şəxsi ailə psixoloqları var.

 

Mən düşünürəm ki, 5-10 il sonra bizim cəmiyyətimizdə də bu normal qarşılanacaq. Heç kim gizlətmədən, çəkinmədən normal şəkildə psixoloqa müraciət edəcək.

 

- Bugünkü cəmiyyətdə daha çox psixoloji problemi olan kimlərdir? Qadınlar, kişilər, yoxsa uşaqlar? Onlar sizə daha çox hansı problemlərlə üz tutur, nədən gileylənir?

 

- Psixoloqa ən çox müraciət edənlər ailələrdir. Ailələr arasında münaqişələr, ailələr arasında anlaşımazlıqlar, yaxud da ailədaxili şiddətlər olur.  Biz belə ailələri sistemli şəkildə ailə terapiyasına cəlb edirik. Bu gün təəssüf hissi ilə qeyd edirəm ki, psixoloqa daha çox müraciət edənlər ailələr və yetkinlik yaşında olan yeniyetmələrdir. Yeniyetmələri valideynlər evdə qeydə alınan davranış pozuntusuna görə bizə yönəldirlər.  Hazırda mənim indi ailə terapiyası ilə məşğul olduğum cütlüklər var.

 

- Heç siyasətlə məşğul olan, ciddi iş adamları, ölkənin tanınmış adamları sizə müraciət edibmi?

 

- Bəli. Əvvəllər ölkəmizdə iş adamları, tanınmış simalar, siyasətçilər ən çox psixoloqa müraciət edəndə qardaş ölkə Türkiyəyə daha çox üz tuturdular, oradakı psixoloqlardan, mütəxəssislərdən dəstək alırdılar. Amma zaman keçdikdən sonra biz Azərbaycanda öz sözümüzü deyib, öz möhürümüzü qoyduqdan sonra müraciət edənlər var. Biz o insanların və müraciət edən hər kəsin məxfiliyini qoruyub saxlayırıq. Həm işimiz bizdən bunu tələb edir, həm də qarşıdakı insanın rahatlığı üçün biz bunu edirik. Tanınmış simalar, siyasətçilər və iş adamlarından bizə müraciət edənlər var. Bəzən onların aldqları travmadan özgüvənləri aşağı düşür. Qarşılaşdıqları  hər hansı bir hadisə ilə bağlı sarsıntılar keçirirlər.

 

- Sizin dəstəyiniz nədən ibarət olur? Onlara təskinlik vermək, yoxsa daha nələr? Hansısa bir metadologiya mövcuddurmu?

 

 

- Bu yanlış fikirdir ki, psixoloqun işi təskinlik verməkdən ibarətdir. Psixoloqun missiyası təskinlik vermək deyil. Hər kəs o təskinliyi öz valideynindən, anasından, bacısından, öz ətrafından, dostundan, rəfiqəsindən ala bilər. Bir problemi olanda ona danışıb, ondan ağıllı məsləhət ala bilər. Bizim vəzifə borcumuz qarşımızda duran insanın dalğasına düşmək, özümüzü onun yerinə qoymaq, məsələyə emosional deyil, soyuqqanlı yanaşaraq düzgün qərar verməkdir. Qarşımızdakı insanın düzgün və yanlış düşüncələrini bir daha nəzərdən keçirmək və onlarda olan irrasional düşüncəni rasionala çevirməkdir. Psixoloqun birinci vəzifəsi müraciət edən şəxsin hansı bir məsələ ilə bağlı ona müraciət etdiyini araşdırmaqdır. Olaya nəzər salırıq və burdan bizdə yaranan düşüncələri kəşf edirik.  Çünki biz nələr duyuruqsa, ona da uyğun düşüncələrimizi formalaşdırırıq. Bu düşüncələrimizdən bizim davranışlarımız yaranmağa başlayır. Yanlış davranışlar isə bizdə özgüvəni aşağı salır, cəmiyyətdə özümümzü tapa bilmirik, depressiyaya düşürük, yaxud da başqa psixoloji problemlər yaşayırıq.  

 

- Bəzən belə fikir səslənir ki, insan özü güclü olmalıdır, başqası ona mənəvi dayaq olmamalıdır, ona yol göstərməməlidir. Psixoloqa gedəni də zəif iradəli insan kimi xarakterizə edirlər.

 

- Mən bununla razılaşmazdım. O demək deyil ki, zəif insanlar psixoloqa ehtiyac duyurlar. Xeyr. Mənəviyyatca bir az həssas olan insanlar, duyğusal, uşaqlıq travmaları olan, yaxud da fobiyaları olan insanlar var ki, onlar vaxtında və zamanında psixoloqa müraciət etməsələr başqa fəsadlar üzə çıxa bilər. Hətta özünü bəzən hansısa sahədə tapa bilməyən, doğrulda bilməyən insanlar var ki, onlar psixoloqun yardımı ilə yanlış fikirlərini dəyişib, özünə aid sahəyə yiyələnə bilirlər. Burada çevrənin, ailənin ona verdiyi məsləhətlə deyil, sırf öz istəyi üzərində, psixoloqun yardımı ilə öz sevib-seçdiyi sahə ilə məşğul ola bilər. Onun psixoloqa müraciət etməsi zəif olduğu anlamına gəlməz. Onlar mütləq psixoloqa müraciət edib bu vəziyyətdən çıxış yolunu tapmalıdırlar. 

 

- Psixoloqlar əgər bu qədər insan psixologiyasını mükəmməl bilirlərsə, niyə o zaman intihara əl atırlar?  Mən  psixoloq Dəyanət Rzayevin intiharı əsasında bunu sizdən soruşuram.

 

- Bəli, bəzən psixoloq da intihar edir. Bəzən cəmiyyətimizdə psixoloqa inamsızlıq yaranır. “Yaxşı psixoloq olsa özü intihar etməz”, və ya “o mənə hansı yardımı edəcək, hansı psixoloji dəstək verəcək?” kimi fikirlər səslənir. Amma bəzən unuduruq ki, psixoloq da bir insandır, canlıdır. Onun da hissləri, duyğuları var, o da yaralana bilər, travma ala bilər, sarsıntı keçirə bilər. Bu cəmiyyətdə düzgün mövqe deyil ki, psixoloq möhkəm olmalıdır, sarsıntı keçirə bilməz. Mən elə anlarla qarşılaşıram, elə pasientlərim olur ki, bəzən onlar getdikdən sonra mən kabineti bağlayıb içəridə 10-15 dəqiqə ağlayıram. Bu mənim zəifliyim deyil, əksinə insan olduğumun göstəricisidir.

 

Dəyanət Rzayev də gözəl insan idi, gözəl şəxs idi. Mən deyərdim ki, Azərbaycanda psixologiyanın möhürünü  vurub, imzasını atmışdı.

 

O hamımızın müəllimi olub, hamımız ondan məsləhət almış, onun biliyindən, savadından faydalanmışıq. Hər an onun məsləhətinə ehtiyacımız olub, indi o həyatda olmasa da yenə onun məsləhətinə ehtiyacımız var. O da bir insan idi, duyğuları, həssas tərəfləri var idi.

 

Elə düşünməsinlər ki, o, psixoloqdursa bir qaya parçasıdır. Əksinə, psixoloqlar cəmiyyətdə ən həssas insanlar olurlar. Çünki hamının problemini, dərdini dinləyirlər. Özünüz düşünün, pasient heç kimə - nə anaya, bacıya, rəfiqəyə, xalaya, nə də qonşuya deyə bilmədiyi fikrini psixoloqa deyir. Bu gərginlik arasında necə həssas olmamaq olar ki?  Məsələn, 17 yaşında bir qız gəlir, zorlandığını və bunu heç kimə açıb deyə bilmədiyini bildirir. Psixoloq nə dərəcədə güclü, möhkəm olmalıdır ki, buna həssas yanaşmasın? Düzdür, pasientin qarşısında biz bu məsələyə soyuq yanaşırıq. Amma bu o demək deyil ki, bizim özümüz də soyuqqanlıyıq.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Krım kollecində baş vermiş atışmanın görüntüləri yayıldı – VİDEO
21.10.2018, 22:27

Krım kollecində baş vermiş atışmanın görüntüləri yayıldı – VİDEO

Fərid Şahbazlının müsahibəsi Qazaxıstan və Ukrayna mediasında
21.10.2018, 22:14

Fərid Şahbazlının müsahibəsi Qazaxıstan və Ukrayna mediasında

İki siyasətçi  namizədliyini geri götürdü
21.10.2018, 21:53

İki siyasətçi  namizədliyini geri götürdü

Jurnalistin itkin düşdüyü Konsulluq binasına şübhəli yük gətirildi - FOTO
21.10.2018, 21:34

Jurnalistin itkin düşdüyü Konsulluq binasına şübhəli yük gətirildi - FOTO

Arıçılıq məhsulları festivalı yekunlaşdı
21.10.2018, 21:14

Arıçılıq məhsulları festivalı yekunlaşdı

Gürcüstanda seçki bülletenləri Azərbaycan dilində çap ediləcək
21.10.2018, 21:07

Gürcüstanda seçki bülletenləri Azərbaycan dilində çap ediləcək

Türkiyə rekordu yeniləndi
21.10.2018, 20:54

Türkiyə rekordu yeniləndi

“iPad Pro”ya rəqib “Galaxy Book2”
21.10.2018, 20:33

“iPad Pro”ya rəqib “Galaxy Book2”

Gənc qadın jurnalistin meyiti tapıldı
21.10.2018, 20:18

Gənc qadın jurnalistin meyiti tapıldı

Qatar qəzasında ölənlərin sayı 22 nəfərə çatdı: 171 yaralı
21.10.2018, 20:01

Qatar qəzasında ölənlərin sayı 22 nəfərə çatdı: 171 yaralı

Qərargah: Sürüşmənin sol hissəsində yeni çatlar qeydə alınıb
21.10.2018, 18:50

Qərargah: Sürüşmənin sol hissəsində yeni çatlar qeydə alınıb

Çində gəmi batdı: 11 nəfər itkin düşüb
21.10.2018, 17:43

Çində gəmi batdı: 11 nəfər itkin düşüb

Əfqanıstanda partlayış: 11 nəfər öldü
21.10.2018, 17:01

Əfqanıstanda partlayış: 11 nəfər öldü

İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul etdi
21.10.2018, 16:31

İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul etdi

Uşaqlarımız repititor yanına gedirsə, orta məktəb nə üçündür?!
21.10.2018, 16:01

Uşaqlarımız repititor yanına gedirsə, orta məktəb nə üçündür?!

Sürüşmə zonası ilə bağlı yeni XƏBƏR: Uçqun-töküntu prosesi davam edir
21.10.2018, 15:40

Sürüşmə zonası ilə bağlı yeni XƏBƏR: Uçqun-töküntu prosesi davam edir

Tayvanda sərnişin qatarı relsdən çıxıb: ən azı 17 nəfər ölüb 
21.10.2018, 15:13

Tayvanda sərnişin qatarı relsdən çıxıb: ən azı 17 nəfər ölüb 

Astarada qəza: maşın yandı, üç nəfər xəsarət aldı
21.10.2018, 14:49

Astarada qəza: maşın yandı, üç nəfər xəsarət aldı

Sabahın HAVASI: Yağış yağacaq, külək əsəcək
21.10.2018, 14:26

Sabahın HAVASI: Yağış yağacaq, külək əsəcək

Kürdə suyun səviyyəsində artım var
21.10.2018, 14:07

Kürdə suyun səviyyəsində artım var

Rusiyadan Trampın sözlərinə REAKSİYA: Çox təhlükəlidir
21.10.2018, 13:57

Rusiyadan Trampın sözlərinə REAKSİYA: Çox təhlükəlidir

5 aylıq embrion skeletinin saxlanıldığı muzey - FOTOLAR
21.10.2018, 13:34

5 aylıq embrion skeletinin saxlanıldığı muzey - FOTOLAR

Badamdarda sürüşmə zonasında gərginlik davam edir
21.10.2018, 12:56

Badamdarda sürüşmə zonasında gərginlik davam edir

İsrail Qəzza zolağı ilə sərhədi açdı
21.10.2018, 12:19

İsrail Qəzza zolağı ilə sərhədi açdı

Özünüməşğulluğun təmin edilməsi ilə bağlı iclas keçirildi
21.10.2018, 12:06

Özünüməşğulluğun təmin edilməsi ilə bağlı iclas keçirildi

Messi qolu qırıldığı üçün
21.10.2018, 11:53

Messi qolu qırıldığı üçün "Real" və "İnter"lə oyunları buraxacaq

Zaqatalada bir ailənin 7 üzvü qidadan zəhərlənib
21.10.2018, 11:12

Zaqatalada bir ailənin 7 üzvü qidadan zəhərlənib

Bu il övladlığa verilən və övladlığı ləğv edilən uşaqlar - OĞLANLAR DAHA ÇOXDUR
21.10.2018, 10:44

Bu il övladlığa verilən və övladlığı ləğv edilən uşaqlar - OĞLANLAR DAHA ÇOXDUR

Daha bir dəb içimizdə dolaşır
21.10.2018, 10:33

Daha bir dəb içimizdə dolaşır

Deputat aqrar işçilərlə görüşə getdi - FOTO
21.10.2018, 10:19

Deputat aqrar işçilərlə görüşə getdi - FOTO

İmişlidə meyiti tapılan kişi meşə sahəsinin rəisi olub - YENİLƏNİB
21.10.2018, 10:17

İmişlidə meyiti tapılan kişi meşə sahəsinin rəisi olub - YENİLƏNİB

Nazirlik: Sürüşmə zonasında çatlarda genişlənmə müşahidə edilib
21.10.2018, 10:09

Nazirlik: Sürüşmə zonasında çatlarda genişlənmə müşahidə edilib

Ermənilər atəşkəsi 27 dəfə pozdu
21.10.2018, 09:51

Ermənilər atəşkəsi 27 dəfə pozdu

Gəncədə ev yandı
21.10.2018, 09:40

Gəncədə ev yandı

Sosial mənzil sahibi olanlar bu tarixdə evlərinə KÖÇƏCƏK
21.10.2018, 09:34

Sosial mənzil sahibi olanlar bu tarixdə evlərinə KÖÇƏCƏK

Nyu-Yorkda təyyarə avtomobil yoluna endi
21.10.2018, 09:15

Nyu-Yorkda təyyarə avtomobil yoluna endi

ABŞ iki yeni raketli sualtı atom qayığını suya buraxıb
21.10.2018, 08:58

ABŞ iki yeni raketli sualtı atom qayığını suya buraxıb

Messi ağır zədə aldı - FOTO
21.10.2018, 00:23

Messi ağır zədə aldı - FOTO

Balakən xəstəxanasının gənc işçisi küçədə öldü
21.10.2018, 00:16

Balakən xəstəxanasının gənc işçisi küçədə öldü

“Liverpul”dan növbəti qələbə
21.10.2018, 00:01

“Liverpul”dan növbəti qələbə

Deputat Tehranda “Azərbaycan”ı səsləndirdi – Video
20.10.2018, 23:43

Deputat Tehranda “Azərbaycan”ı səsləndirdi – Video

Hərbi helikopter qəzaya uğradı
20.10.2018, 23:24

Hərbi helikopter qəzaya uğradı

Almaniya Camal Qaşıqçı ilə bağlı şəffaflıq tələb edir
20.10.2018, 23:09

Almaniya Camal Qaşıqçı ilə bağlı şəffaflıq tələb edir

Gürcüstanda prezidentliyə namizədin “marixuana festivalı” baş tutmayıb
20.10.2018, 22:53

Gürcüstanda prezidentliyə namizədin “marixuana festivalı” baş tutmayıb

Serbiyada azərbaycanlı şairin kitabı təqdim edildi
20.10.2018, 22:29

Serbiyada azərbaycanlı şairin kitabı təqdim edildi

“Ən böyük səhv özümüzdədir”- Qurban Qurbanov
20.10.2018, 22:08

“Ən böyük səhv özümüzdədir”- Qurban Qurbanov

Londonda 500 min insan “Brexit”in əleyhinə çıxdı
20.10.2018, 21:54

Londonda 500 min insan “Brexit”in əleyhinə çıxdı

“Qarabağ”a texniki məğlubiyyət verilə bilər
20.10.2018, 21:38

“Qarabağ”a texniki məğlubiyyət verilə bilər

Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır.
20.10.2018, 21:19

Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır.

“Total” İrandakı layihələrini “CNPC”yə təhvil verdi
20.10.2018, 21:07

“Total” İrandakı layihələrini “CNPC”yə təhvil verdi

ARXİV