Modern.az

Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb  

Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb   

4 Dekabr 2017, 15:54

Tanınmış jurnalist, Azərbaycanın yeganə fransızdilli "Le Carrefour" qəzetinin baş redaktoru Zeynab Kazımova Xalça Muzeyinin mətbuat xidmətinin rəhbəri təyin olunub. 

 

Bu barədə Modern.az-a məlumat verən Z.Kazımova bu gündən iş başında olduğunu bildirib: “İlk fəaliyyətimə başlayanda mətbuata sosial mövzularla gəlmişəm. İctimaiyyətlə əlaqələr sahəsində isə fəaliyyətim əsasən təhsillə bağlı idi. Bununla yanaşı, fəaliyyətim Azərbaycanda xaricidilli medianın inkişafı, ölkəmizin təbliği, beynəlxalq arenada təbliğatı da olub”. 

 

Z.Kazımova bildirib ki, Xalça Muzeyinin də məqsəd və vəzifələrindən biri Azərbaycanın mədəni irsinin qorunub saxlanması, nümayiş etdirilməsi, təbliğ olunması və bu mədəni irsimizi bütün dünyaya çatdırmaqdır:

“Bu baxımdan, bu sahə mənə çox doğma və yaxındır. Xatırladım ki, ilk dəfə Dövlət radiosunda ilk süjetim xalça sexindən olub”.

 

Xatırladaq ki, Zeynab Kazımova bundan əvvəl Bakı Ali Neft Məktəbində və Azərbaycan Dillər Universitetində mətbuat katibi işləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?