Modern.az

Dünyanın ən hərbiləşmiş ölkələri - Azərbaycan neçəncidir? - SİYAHI

Dünyanın ən hərbiləşmiş ölkələri - Azərbaycan neçəncidir? - SİYAHI

Dünya

5 Dekabr 2017, 12:24

Almaniyanın Bonn şəhərində yerləşən Beynəlxalq Konversiya Mərkəzi 2017-ci ildə hərbiləşmə səviyyəsinə görə dünya ölkələrinin siyahısını tərtib edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, reytinqdə Azərbaycan 11-ci pillədə qərarlaşıb. Beynəlxalq Konversiya Mərkəzi bunun üçün hərbi büdcənin Ümumi Daxili Məhsula qarşı nisbətini, bu sahə ilə məşğul olan insanların sayının ümumi əhaliyə nisbətini və ağır texnikanın sayını əsas götürüb.

Ən hərbiləşmiş ölkələrin ilk onluğuna Sinqapur (1), İsrail (2), Ermənistan (30), Rusiya (4), Cənubi Koreya (5), Küveyt (6), İordaniya (7), Kipr (8), Yunanıstan (9) və Bruney (10) daxildir.

 

Siyahıda İran 22-ci, Türkiyə 25-ci və Gürcüstan 55-cci pillədə qərarlaşıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı