Modern.az

Azərbaycan rusların ən etibar etdiyi ölkələr sırasında – SORĞU

Azərbaycan rusların ən etibar etdiyi ölkələr sırasında – SORĞU

5 Dekabr 2017, 14:23

Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi Rusiya vətəndaşlarının ən etibar etdiyi MDB ölkələrinin siyahısını dərc edib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, sorğuya əsasən, Azərbaycan 14% səslə rusların ən etibar etdiyi 4-cü MDB ölkəsidir. İlk pillələrdə Belarus (60%), Qazaxıstan (41%), Ermənistan (16%) qərarlaşıb.

 

Azərbaycanın ardınca, Gürcüstan (10%), Özbəkistan (7%), Türkmənistan (7%), Qırğızıstan (5%), Moldova (4%), Tacikistan (3%) və Ukrayna (1%) yer alıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır