Modern.az

Ərdoğan: “Bu baş versə, İsraillə münasibətlərimizi kəsə bilərik”

Ərdoğan: “Bu baş versə, İsraillə münasibətlərimizi kəsə bilərik”

Dünya

5 Dekabr 2017, 14:37

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İsraillə diplomatik münasibətlərin kəsilə biləcəyindən danışıb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, o bu hadisənin ABŞ-ın Qüdsü İsrailin paytaxtı tanıyacağı halda, atacağını deyib.

 

“Qüds müsəlmanlar üçün qırmızı xətdir. Bu addım bütün bəşəriyyət üçün ağır nəticələr doğuracaq. Bunun belə qoymayacayıq. Bəyəm ABŞ-ın başqa problemi yoxdur, bir bu qalıb? Sona qədər mübarizə aparacayıq. İsraillə diplomatik münasibətləri kəsməyə qədər gedə bilərik. Bir daha ABŞ-a xəbərdarlıq edirəm ki, regionu daha dərin böhrana sala biləcək addımlar atmasınlar”.

 

O, Qüdsün İsrail paytaxtı tanınacağı halda, İslam Əməkdaşlıq Təşkilatının təcili toplantı həyata keçirərək müsəlman dünyasını hərəkətə gətirəcəyini vurğulayıb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir