22 iyul 2018, Bazar
Ana Səhifə - ÖLKƏ - Azərbaycan müxalifəti Türkiyənin hansı partiyasını seçdi... - Sədrlərin CAVABI  
Azərbaycan müxalifəti Türkiyənin hansı partiyasını seçdi... - Sədrlərin CAVABI  
05.12.2017, 14:59

Türkiyə Cümhuriyyətində cərəyan edən siyasi proseslər həmişə Azərbaycan ictimaiyyətinin diqqət mərkəzində olub. Son zamanlar Türkiyədə siyasi partiyalar arasında qarşıdurmaların şahidi oluruq. Ölkənin əsas müxalifət təşkilatlarından birinin - Milliyətçi Hərəkət Partiyasının (MHP) hakimiyyətə yaxınlaşması və bəzi məsələlərdə prezident Ərdoğana dəstək verməsi geniş müzakirələrə səbəb olub. MHP-nin bu cür davranış sərgilədiyi bir zamanda hakimiyyətə daha sərt  mövqe nümayiş etdirən Cümhuriyyət Xalq Partiyası (CHP) hazırda Türkiyədə ana müxalifət sayılır.

 

Maraqlıdır, Azərbaycandakı müxalifət partiyalar Türkiyənin hansı müxalifət partiyasının fəaliyyətini təqdir edir? 

 

Modern.az saytı bu sualla siyasi təşkilatlara müraciət edib:


Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı
 bildirib ki, Türkiyə siyasətini dünyada tanıdan, Türkiyə siyasətində müxalifətçilik eləyə  bilən istənilən partiyaya Müsavatın rəğbəti var.

“Bəzən müxalifət partiyaların da mövqeyi üst-üstə düşməyə bilər. Biz Türkiyə dövlətinin inkişaf etməsində maraqlı olan müxalifət qüvvələri ilə münasibətlərimizin yaxşı olmasını istəyirik. Onların fəaliyyətini daha çox bəyənirik”.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədi, deputat Fərəc Quliyev deyib ki, onlar üçün hansısa partiyanın yox, Türkiyənin iradəsi əsasdır.

“Biz təbii ki, sağ təmayüllü partiya olduğumuz üçün milliyətçi təşkilatlara üstünlük veririk. Biz Türkiyədə daha çox Milliyətçi Hərəkət Partiyası ilə münasibət qurmuşuq. Amma digər əsas partiyalar olan Cümhuriyyət Xalq Partiyası (CHP) və Ədalət və İnkişaf Partiyası (AKP) ilə də münasibətlərimiz yaxşdır. Bu o demək deyil ki, biz Türkiyənin daxili işlərinə qarışırıq və hansısa partiyanı dəstəkləyirik. Sadəcə, daha çox prinsiplərimiz MHP üst-üstə düşür”.
 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, Türkiyədəki müxalif partiyaların fəaliyyətini çox da bəyənmir:

“Türkiyədə hakim partiya olan Ədalət və İnkişaf Partiyasının (AKP) gördüyü işləri, siyasətini çox bəyənirəm. Türkiyənin hazırkı inkişafı AKP ilə bağlıdır”.
 

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib ki, partiya olaraq Türkiyədəki partiyaların çoxunun fəaliyyətini bəyənirlər.

“Türkiyədə kifayət qədər demokratik cəmiyyət formalaşıb. Türkiyənin bir çox partiyasının fəaliyyətini müsbət dəyərləndiririk. Ən yaxşı münasibətlərimiz olan partiya Milliyətçi Hərəkət Partiyasıdır (MHP). Yeni yaradılan İYİ Partiyada da tanıdığımız və münasibətimiz olan xeyli insanlar var. İnanmıram ki, İYİ partiya nə vaxtsa MHP-nin yerini tuta bilər. Bu məsələləri biz həll etmirik, Türkiyə cəmiyyəti həll edir”.
 

Azərbaycan Milli İstiqlal Partiyasının(AMİP) Siyasi Şurasının üzvü Əli Orucov qeyd edib ki, Azərbaycan Milli İstiqlal Partiyasının(AMİP) Türkiyədə olan bir çox partiyalarla münasibətləri var.

“Hakim partiya olan Ədalət və İnkişaf Partiyası ilə AMİP Beynəlxalq Demokratik İttifaqı çərçivəsində müəyyən əlaqələr qurub. Ötən il bizim AKP ilə İstanbulda tədbirimiz olub. Təkcə müxalifət partiyaları ilə deyil, hakim partiya ilə də AMİP-in münasibətləri var”.

Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, Türkiyədə bir çox partiyalarla münasibətləri var.

“Türkiyədə siyasi görüşləri, gördükləri işləri bizim partiyamıza uyğun olan Cümhuriyyət Xalq Partiyası (CHP)  ilə münasibətlərimiz çox yaxşı səviyyədədir. Onların siyasi görüşlərini bəyənirik”.

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli deyib ki, Türkiyədə Vəhdət Partiyasına ideal olacaq partiya yoxdur: “Zamanla Türkiyədə bir çox partiya ilə münasibətlərimiz olub. Alparslan Türkeşin Milliyətçi Hərəkət Partiyasına rəhbərlik etdiyi dövrdə o partiyaya rəğbətimiz var idi. Hazırda münasibətlərimiz olsa da, yüksək səviyyədə deyil. Türkiyədəki partiyaların hər birinə müəyyən qədər rəğbətimizlə yanaşı, bəyənmədiyimiz tərəflər də var”.


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli  
bildirib ki,siyasi təşkilat kimi iştirak etdikləri beynəlxalq platformalar var.

“Onlardan Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının üzvüyük. Həmin alyansda Türkiyəni hakim partiya - Ədalət və İnkişaf Partiyası təmsil edir. Türkiyədəki digər partiyalarla da bu təşkilat çərçivəsində əlaqələrimiz var. Digər siyasi təşkilatlardan Milliyətçi Hərəkət Partiyası ilə sıx əlaqələrimiz var”. 

Müasir Müsavat Partiyasının Hafiz Hacıyev deyib ki,  Türkiyədə Milliyətçi Hərəkət Partiyasının fəaliyyəti (MHP) Müasir Müsavat Partiyasının maraqlarına daha uyğundur.

“Ona görə MHP-yə rəğbət duyuruq. MHP müxalifət olsa da lazımi məqamlarda - dövlətin ən ağır günündə onun yanında olur. Müxalifətçilik dövlətə, xalqa qənim kəsilmək deyil. Buna görə də bizim MHP ilə fikirlərimiz üst-üstə düşür. MHP lazım olanda hakimiyyəti tənqid edir, nöqsanları göstərir, çətin anlarda da dövlətin yanında olur. Mən MHP-nin fikirlərini tam bəyənirəm və siyasi kursu da dövlətçiliyə uyğundur. Düşünürəm ki, belə davam etmələri daha məqsədə müvafiq olar”.


Qafar Ağayev
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Yeniyetmə dərmandan zəhərlənib
22.07.2018, 00:58

Yeniyetmə dərmandan zəhərlənib

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi
22.07.2018, 00:33

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi

Şimali Koreya iqtisadiyyatı kəskin dərəcə aşağı düşüb
22.07.2018, 00:21

Şimali Koreya iqtisadiyyatı kəskin dərəcə aşağı düşüb

143 yaşlı Azərbaycan mətbuatı
22.07.2018, 00:01

143 yaşlı Azərbaycan mətbuatı

Bakıda dənizdə batan 4 nəfər xilas edildi
21.07.2018, 23:48

Bakıda dənizdə batan 4 nəfər xilas edildi

İntizamlı əsgər 27 il komandirinin əmrini gözləyib
21.07.2018, 23:32

İntizamlı əsgər 27 il komandirinin əmrini gözləyib

Sumqayıtda üçmərtəbəli mağaza yandı - VİDEO, YENİLƏNİB
21.07.2018, 23:16

Sumqayıtda üçmərtəbəli mağaza yandı - VİDEO, YENİLƏNİB

İstidən 13 nəfər öldü
21.07.2018, 22:59

İstidən 13 nəfər öldü

Xaçmazda meşə yanğını söndürüldü
21.07.2018, 22:19

Xaçmazda meşə yanğını söndürüldü

Su filtiri satan xanıma söz atılması ölümlə sonuclandı
21.07.2018, 22:00

Su filtiri satan xanıma söz atılması ölümlə sonuclandı

Sosial şəbəkələrdə avtoxilqanlıq təbliğ edilir - VİDEO
21.07.2018, 21:42

Sosial şəbəkələrdə avtoxilqanlıq təbliğ edilir - VİDEO

Lənkəranda avtomobil körpüdən aşıb
21.07.2018, 21:19

Lənkəranda avtomobil körpüdən aşıb

“WhatsApp” mesajların yönləndirilməsinə məhdudiyyət tətbiq edir
21.07.2018, 21:08

“WhatsApp” mesajların yönləndirilməsinə məhdudiyyət tətbiq edir

Türkiyədə 8 terrorçu məhv edilib
21.07.2018, 20:54

Türkiyədə 8 terrorçu məhv edilib

Sumqayıtda intihar edən abituriyentin anası özünü öldürdü: TƏFƏRRÜAT- YENİLƏNİB
21.07.2018, 20:35

Sumqayıtda intihar edən abituriyentin anası özünü öldürdü: TƏFƏRRÜAT- YENİLƏNİB

İran daha bir şəhər ayağa qalxdı - Video
21.07.2018, 20:17

İran daha bir şəhər ayağa qalxdı - Video

Acarıstanın yeni hökumət başçısı təsdiqləndi
21.07.2018, 20:04

Acarıstanın yeni hökumət başçısı təsdiqləndi

700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzalı olduğu üçün bağlandı
21.07.2018, 17:26

700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzalı olduğu üçün bağlandı

Bakıda daha bir piyada ÖLÜMÜ
21.07.2018, 17:05

Bakıda daha bir piyada ÖLÜMÜ

Bakı Şəhər Təhsil İdarəsi jurnalistləri təbrik etdi
21.07.2018, 16:45

Bakı Şəhər Təhsil İdarəsi jurnalistləri təbrik etdi

İlham Əliyev misirli həmkarını təbrik etdi
21.07.2018, 16:12

İlham Əliyev misirli həmkarını təbrik etdi

Zakir Həsənov xidməti müşavirə keçirdi - generallara tapşırıq verildi
21.07.2018, 16:00

Zakir Həsənov xidməti müşavirə keçirdi - generallara tapşırıq verildi

Deputatlığa namizəd ailəsi dəstəkləmədiyi üçün intihar etdi
21.07.2018, 15:33

Deputatlığa namizəd ailəsi dəstəkləmədiyi üçün intihar etdi

Azərbaycanın şəhid əsgəri dəfn olundu
21.07.2018, 15:18

Azərbaycanın şəhid əsgəri dəfn olundu

Dağıstandakı yol qəzasında xəsarət alanların hamısı Azərbaycan vətəndaşlarıdır
21.07.2018, 15:14

Dağıstandakı yol qəzasında xəsarət alanların hamısı Azərbaycan vətəndaşlarıdır

Qaradağdakı dəhşətli qəzaya görə sürücü həbs edildi
21.07.2018, 15:11

Qaradağdakı dəhşətli qəzaya görə sürücü həbs edildi

“ASAN Radio” və İctimai TV-nin inzibati binalarına ekskursiya  
21.07.2018, 15:05

“ASAN Radio” və İctimai TV-nin inzibati binalarına ekskursiya  

Merkel Azərbaycana gələcək
21.07.2018, 14:28

Merkel Azərbaycana gələcək

Ordumuz şəhid verdi
21.07.2018, 14:05

Ordumuz şəhid verdi

ABŞ-dan Donbasla bağlı AÇIQLAMA: “Bu, referendum anlamına gəlmir”
21.07.2018, 14:03

ABŞ-dan Donbasla bağlı AÇIQLAMA: “Bu, referendum anlamına gəlmir”

Sabahın havası –  çimərliklərlə bağlı XƏBƏRDARLIQ
21.07.2018, 13:55

Sabahın havası –  çimərliklərlə bağlı XƏBƏRDARLIQ

Gəncədə mütəşəkkil qrupun fəal üzvlərindən biri də məhv edildi - FOTO
21.07.2018, 13:40

Gəncədə mütəşəkkil qrupun fəal üzvlərindən biri də məhv edildi - FOTO

Mənsimovun müavini: “Sanksiyalara görə maaş verə bilmirik...”
21.07.2018, 13:24

Mənsimovun müavini: “Sanksiyalara görə maaş verə bilmirik...”

Riyaziyyat müəllimi olmaq istəyənlərin DİQQƏTİNƏ!
21.07.2018, 13:11

Riyaziyyat müəllimi olmaq istəyənlərin DİQQƏTİNƏ!

65 mexanizatorun sürücülük vəsiqəsi dəyişdirildi
21.07.2018, 13:03

65 mexanizatorun sürücülük vəsiqəsi dəyişdirildi

ARXİV