Modern.az

“Alternativ xidmət haqqında” qanunun qəbulu Qarabağ münaqişəsinin həllindən asılıdır

“Alternativ xidmət haqqında” qanunun qəbulu Qarabağ münaqişəsinin həllindən asılıdır

20 Noyabr 2009, 15:37

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib ki, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü yalnız bir öhdəliyi yerinə yetirməyib ki, bu da “Alternativ xidmət haqqında” qanunun qəbul olunmamasıdır. Onun sözlərinə görə, hazırda “Alternativ xidmət haqqında” qanun layihəsi ilə bağlı Avropa Şurasının ekspertləri ilə birgə müzakirələr aparılır: “Biz layihəni Avropa Şurasına göndərmişdik. Onlar baxıb geri qaytardılar. İndi layihə üzərində iş gedir. Biz istəyirik ki, yeni ildən sonra qanun layihəsinin işlənməsi üzrə İşçi Qrupunu yenidən toplayaq və sənədi bir daha müzakirə edək”. Layihənin parlamentin müzakirəsinə çıxarılıb-çıxarılmayacağı məsələsinə toxunan S.Mirzəyev deyib ki, bu, Qarabağ problemi ilə bağlı aparılan danışıqlardan asılıdır: “Əgər Qarabağ problemi ilə bağlı danışıqlarda müsbət irəliləyişlər əldə olunarsa, münaqişənin hərbi yolla həlli məsələsi arxa plana keçəcəksə, o zaman sözsüz ki, “Alternativ xidmət haqqında” qanun layihəsi parlamentin müzakirəsinə çıxarılacaq”. Modern.az-ın məlumatına görə, S.Mirzəyev deyib ki, müharibə aparan dövlətdə belə bir qanunun qəbulu tezdir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu