Modern.az

SOCAR-da TƏYİNATLAR

SOCAR-da TƏYİNATLAR

5 Dekabr 2017, 17:47

SOCAR-da mətbuatla əlaqələrin qurulması vahid strukturda birləşdirilərək optimallaşdırılıb.

 

Belə ki, qurumun mətbuat katibi Nizaməddin Quliyev vəzifəsindən azad edilərək, SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədovun müşaviri təyin edilib.

 

SOCAR-ın yeni yaradılan İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini təyin olunan İbrahim Əhmədov Modern.az-a faktı təsdiqləyib.

 

O bildirib ki, İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə Rüfət Zamanov gətirilib.

 

R.Zamanov buna qədər SOCAR-ın Protokol idarəsinin rəisi vəzifəsində çalışıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu