Modern.az

Saakaşviliyə təslim olmaq üçün 24 saat vaxt verildi

Saakaşviliyə təslim olmaq üçün 24 saat vaxt verildi

5 Dekabr 2017, 21:24

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşviliyə təslim olmaq üçün 24 saat vaxt verilib. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Ukraynanın baş prokuroru Yuri Lutsenko Saakaşviliyə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) müstəntiqinin yanına gəlməsi üçün bir sutka vaxt verildiyini açıqlayıb.

 

Onun sözlərinə görə, 24 saatdan sonra qanun keşikçiləri hər şeyi edəcəklər ki, Saakaşvili şübhələrin təqdim olunması və ev həbsi şəklində ehtiyat tədbirinin seçilməsi üçün müstəntiqin qarşısına çıxsın: "Hesab edirəm ki, sabah saat 9.00-da Saakaşvilinin UTX müstəntiqinin yanına gəlişi ölkəni əlavə sarsıntılardan qurtaracaq. Saakaşvilini öz sözlərinə görə cəsarət və məsuliyyət nümayiş etdirməyə çağırıram".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?