Modern.az

İran Xəzərdəki donanmasına yeni raket gəmisi daxil edib

İran Xəzərdəki donanmasına yeni raket gəmisi daxil edib

5 Dekabr 2017, 21:39

"İran Xəzər dənizindəki donanmasının döyüş tərkibinə ölkədə istehsal olunan “Sipər” yeni raket gəmisi daxil edib".  Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bəndər-Ənzəli limanında keçirilmiş təntənəli təhvil vermə mərasimində İranın müdafiə naziri Əmir Hatəmi iştirak edib. O çıxışında  yeni gəminin bölgədə təhlükəsizliyin və sabitliyin qorunmasına xidmət edəcəyinə ümidvar olduğunu bildirib.   

 

“Sipər” raket gəmisi kommunikasiya təchizatı və silah kompleksi nöqteyi nəzərdən ən müasir gəmilərdən biridir”, - deyə  Şimal Donanmasının komandanı Əhməd Rza Bakeri bildirib. 

 

Onun sözlərinə görə, gəmi 2,5 il ərzində inşa edilib və dünyanın digər müasir gəmiləri rəqabət aparmaq iqtidarındadır. Əhməd Rza Bakeri gəminin  üstünlüklərinə toxunaraq, onun yüksək manevrlik və sürətə malik olduğunu, “yer-yer” tipli raketlərlə və havadan müdafiə vasitələri ilə təchiz olunduğunu qeyd edib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi