Modern.az

Bakıda Mercedes yük maşınına çırpıldı - Bir ailənin 5 üzvü öldü - YENİLƏNİB

Bakıda “Mercedes” yük maşınına çırpıldı - Bir ailənin 5 üzvü öldü - YENİLƏNİB

Ölkə

5 Dekabr 2017, 22:01

Daxili İşlər Nazirliyinin məlumatına görə, dekabrın 5-də saat 18 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bərdə rayon sakini Heydər Quliyevin idarə etdiyi “Mercedes” (yük) və Laçın rayon sakini Sakit Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə S.Hüseynov və sərnişinləri - arvadı Telnaz, qızı Samirə, gəlini Selcan və nəvəsi Cənnət hadisə yerində ölüblər. 
Qaradağ RPİ tərəfindən araşdırma aparılır. 


***


Bakının Qaradağ rayonunda, Lökbatan-Xocasən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində baş verən ağır qəza ilə bağlı rəsmi məlumat yayılıb.


Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda “Mercedes“ markalı yük avtomobili və “Mercedes“ markalı minik avtomobili toqquşub.

 

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.  Əməliyyat nəticəsində minik avtomobilinin sürücüsü Hüseynov Sakit Nuru oğlu və sərnişinlər Hüseynova Telnaz Şiraslan qızı, Hüseynova Samirə Sakit qızı və Hüseynova Selcan Vüqar qızının meyitləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Məlumata görə, qəzaya düşən ailə Ağcabədi rayonundan yas mərasimindən Bakıya qayıdırmış.

 

Faktla bağlı araşdırma aparılır. 

 

19:51

 

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Modern.az xəbər verir ki, hadisə hadisə Lökbatan-Xocasən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində baş verib.

Belə ki, "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yük maşınının arxa hissəsinə çırpılıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.

 

Hazırda minik avtomobilində sıxışıb qalan 3 nəfərin meyiti çıxarılıb, daha 1 nəfərin də meyitinin çıxarılması istiqamətində işlər aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?