Modern.az

Yeni vergilər naziri iqtisadiyyata yad adam deyil - TƏRCÜMEYİ-HAL

Yeni vergilər naziri iqtisadiyyata yad adam deyil - TƏRCÜMEYİ-HAL

5 Dekabr 2017, 22:56

Prezident İlham Əliyevin dekabrın 5-də imzaladığı sərəncamla təhsil naziri vəzifəsindən azad edilən Mikayıl Cabbarov vergilər naziri postina gətirilib.
M.Cabbarovun vergilər naziri təyin olunması bəzilərinə qəribə gəlsə də, əslində onun iqtisadi sahəyə yad adam olmadığını qeyd etmək lazımdır. Bunu yeni vergilər nazirinin tərcümeyi-halı da göstərir.

Modern.az saytının məlumatına görə Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakı şəhərində anadan olub.

1992-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub, 1997-ci ildə fakültəni fərqlənmə diplomu ilə bitirib.


1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Macgeorge hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcələri alıb.


1999-cu ildən ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının (New York Bar) üzvüdür.


Əmək fəaliyyətinə 1995-ci ildən bank sektorunda başlayıb, 1999-2002-ci illərdə hüquq şirkəti və özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib.


2002-2003-cü illərdə iqtisadi inkişaf nazirinin müşaviri, 2003-2004-cü illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb.


Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 20 fevral tarixli sərəncamı ilə iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin edilibr. O, bu vəzifədə 2009-cu ilədək çalışıb.

Həmin vəzifədə işlədiyi dövrdə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq, xarici iqtisadi əlaqələr, xarici investisiya siyasəti, beynəlxalq arbitrajlarda hüquqi məsələləri və korporativ idarəetmə kimi fəaliyyətlərin əlaqələndirilməsini həyata keçirib.


Azərbaycan Prezidentinin 2009-cu il 6 mart tarixli sərəncamı ilə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə təyin edilib.


M.Cabbarov 2013-cü il 19 aprel tarixli sərəncamla Azərbaycan Respublikasının təhsil naziri təyin edilib.

Bu gün - 2017-ci ilin 5 dekabrında isə vergilər naziri postuna təyinat alıb. 


M.Cabbarov ictimai həyatda fəal rol oynayır. 1996-1997-ci illərdə Azərbaycan Gənclər Təşkilatları Forumunun sədr müavini seçilib. "Nə? Harada? Nə vaxt?" və "Breyn-Rinq" oyunlarının fəal üzvü olub.

1994-1997-ci illərdə "Atəşgah" Bakı Bilicilər Klubunun prezidenti olub.


Müxtəlif illərdə MDB və dünya çempionu adını qazanıb. 1997-ci ildə Rusiyanın 1-ci kanalında yayımlanan "Nə? Harada? Nə vaxt?" oyununda Azərbaycandan olan ilk bilici olub.


Evlidir, 2 övladı var.



A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi