Modern.az

Anti-dopinq Komissiyasından Rusiya 15 milyon dollarlıq cəza - Yenilənib

Anti-dopinq Komissiyasından Rusiya 15 milyon dollarlıq cəza - Yenilənib

6 Dekabr 2017, 00:16

Rusiya anti-dopinq qaydalarının pozulması hallarının araşdırılmasına çəkilmiş xərcləri ödəməlidir. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, bunun üçün Rusiya Müstəqil Anti-dopinq Komissiyasına (ITA) 15 milyon dollar ödəməlidir.

 

Qeyd edək ki, müvafiq qərar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsinin Lozannada keçirilən iclasında qəbul edilib. Bundan əvvəl isə  BOK Rusiya yığmasını 2018-ci ildə Cənubi Koreyanın Pxönçan şəhərində  keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakına qadağa qoyub.

 

23:08

 

Rusiya yığması 2018-ci ildə keçiriləcək Yay Olimpiya oyunlarından uzaqlaşdırılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, qan analizlərində dopinq tapılmayan idmançılar isə Cənubi Koreyanın Pxonçxan şəhərində 2018-ci ildə keçiriləcək Yay Olimpiya oyunlarında neytral bayraq altında çıxış edə biləcək.

 

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komtəsinin qərarı ilə Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukovu, sabiq idman naziri Vitaliy Mutkonu və onun müavini Yuri Naqornını həmişəlik beynəlxalq qurumun üzvlüyündən məhrum edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir