Modern.az

“Çevrilişə cəhd” ittihamını qətiyyətlə rədd edirik” - Hikmət Cavadov

“Çevrilişə cəhd” ittihamını qətiyyətlə rədd edirik” - Hikmət Cavadov

Dünya

5 Dekabr 2017, 23:34

"Bu gün Kiyevdə saxlanılan, daha  sonra isə tərəfdarlarının köməyi ilə azad olunan Mixail Saakaşvili daha sonra onu müşayiət edən kütlənin iştirakı ilə Ali Radanın qarşısına gedib". Modern.az xəbər verir ki, bunu "Azadinform"a M.Saakaşvilinin ən yaxın tərəfdarlarından biri, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov verib. 

 

H.Cavadov bildirib ki, M.Saakaşvilini müşayiət edən kütlə dinc etirazlarını bundan sonra da davam etdirəcəklər: “Bu bizim gün ərzində artıq ikinci qələbəmizdir. Biz Ali Radanın qarşısına, insanların çadır qurduğu meydana doğru hərəkət edirik. M.Saakaşviliyə qarşı hakimiyyətin irəli sürdüyü “çevrilişə cəhd” ittihamını qətiyyətlə rədd edirik”. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır