Modern.az

Azərbaycanda dərviş həyatı yaşayanlar...  

Azərbaycanda dərviş həyatı yaşayanlar...   

Mədəni̇yyət

6 Dekabr 2017, 09:26

Dər­viş­lik orta əsr­lər­də ya­yıl­ma­ğa baş­la­yıb. Di­yarbadi­yar gə­zən dər­viş­lər əsa­sən Al­la­hın şə­ni­nə, pey­ğəm­bə­ri­miz və onun əh­li-bey­ti­nin şə­rə­fi­nə qə­zəl­lər oxu­yub, mü­qəd­dəs­lə­ri təb­liğ edən mər­si­yə­lər de­yiblər.  Onlar həmişə xarici görkəmlərinə görə seçiliblər. Qılıq və paltarlarına əhəmiyyət verməyən bu adamların üst-başları toz-torpaq içində, paltarları çirkli, saç və saqqalları uzun olub. Onlara görə iç üzlərinin yaxşı olması üçün xarici üzlərinin çirkin görünməsi lazımdır.

Böyük türk şairi Yunus İmrə  “Sən dərviş ola bilməzsən” adlı şeirində dərvişliyin çox çətin bir yol olduğunu vəsf edib. “Bu çətinlik haqqıyla bilinsəydi, dərvişliyi istəyən kimsə olmazdı”-deyə o, yazıb. Azərbaycan İslam dininə ibadət edildiyi bir ölkə olduğundan burada da dərviş zümrələri mövcud olub.

Orta əsr Azərbaycan miniatürlərində dərviş rəqslərini təsvir edən səhifələr var. Vaxtilə İran, Türkiyə, Orta Asiyadan dərvişlər həmişə böyük ürfan alimi Şeyx Yəhya Bakuvinin Şirvanşahlar saray kompleksindəki türbəsini ziyarətə gəlirmişlər. Bəzi araşdırmaçılar tanınmış rəssam Səttar Bəhlulzadəni Azərbaycanda yaşıyab-yaratmış ən məşhur dərviş hesab edirlər. 
Rəvayətə görə, vaxtilə Şeyx Yəhya Bakuvinin Şirvanşahlar saray kompleksindəki türbəsini ziyarətə gələn dərvişlərdən biri burada kiçik yaşlı Səttar Bəhlulzadə ilə rastlaşır və onunla bir müddət söhbət edir. Deyilənə görə, Səttara dərvişliyi təlqin edən həmin şəxs ona dərviş fəlsəfəsini aşılaya bilib.

Maraqlıdır, Azərbaycanda  indi də dərviş həyatı yaşayanlar varmı?


Bununla bağlı sufi-ozan, Folklor İnsitutunun əməkdaşı Fəxrəddin Salim Modern.az-a danışıb. O bildirib ki, hazırda insanların ağlında olan “dərviş” anlayışı tamamilə yanlışdır:


“Əgər Azərbaycanda dərviş həyatı sürən insanların var olub-olmadığını soruşsanız, konkret olaraq “yox” demək olar. Dərviş həyatı yaşamaq üçün hansısa dərviş ordeninə, zümrəsinə mənsub olmaq lazımdır. Dərviş həyatı öz-özünə qurulan fəlsəfə deyil. Bu bir sistemdir, əqidə məsələsidir. Azərbaycanda isə belə bir əqidə sistem halında mövcud deyil. Ölkəmizdə heç bir sufi təriqətin mövcudluğundan söz gedə bilməz. Bunlar hamısı söz-söhbətdir”.

 

F.Salim qeyd edib ki, insanlardan uzaq olmaq mümkün deyil:

“Dərvişlikdə daxildə olan tərkidünyalıqdan söhbət gedir. İnsan beynində, qəlbində dünyanı tərk edir, amma eyni zamanda insanların arasında olur. Bir söz var: xalq ol, xalqdan olma. Dərviş insanların içində ola-ola, həmin duyğularla deyil, başqa fəlsəfə, düşüncə ilə yaşayır. Yoxsa  indiki dövrdə dərvişlik həyatı mümkün olan şey deyil. Dərviş həyatı sürmək ikinci məsələdir. Azərbaycanda dərviş varmı ki, dərviş həyatı sürən də olsun.  Bunu  deyənlər  boş iddiaçılardır”.

 

Müsahibimiz bildirib ki, Azərbaycanda kiminsə dərviş həyatı sürməsi mümkün deyil:

“İnsanlar “dərviş həyatı” nəyə deyir bilmirəm. Miskin, küskün həyatla dərviş həyatını qarışdıranlar çoxdur. Dərviş həyatı əslində çox zəngin, aktiv həyatdır. Dərviş həyatı potensial fəlsəfədir, Allaha yaxın olmaqdır.  Dərviş həyatı içib bir küncdə oturub, insanlardan qaçmaq deyil.

Bu həyat Azərbaycanda necə mümkün ola bilər axı?  Biz 70 il Sovet imperiyası, ondan qabaq da 300 ilə yaxın Çar imperiyası dövründə yaşamışıq. Bu baxımdan Qafqaz türkləri həm türk, həm də müsəlman olaraq Şərq aləmindən qopdu. Məhz bunun nəticəsində sufizm elmi, mistika  bizdən uzaqlaşdı. Bizim Molla Pənah Vaqifdən bu yana irfani şairimiz yoxdur. Bu barədə heç təsəvvürümüz də yoxdur. Bu çox ağır məsələdir. Hanı Azərbaycanda ruhani kitaba bağlı olan? İnsan həyatını bir ordenə, mürşidə həsr etməli, onun dərgahında qul kimi  bir ömür durmalıdır ki, dərviş olsun. Hardadır elə bir insan?”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi