Modern.az

Goranboydakı yeni köçkün qəsəbənin açılışı olub

Goranboydakı yeni  köçkün qəsəbənin açılışı olub

20 Noyabr 2009, 16:09

Noyabrın 20-də Goranboy rayonunun Veyisli kəndi yaxınlığında məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin açılış mərasimi olub. Mərasimdə Prezident İlham Əliyev də iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, yeni qəsəbədə Kəlbəcər rayonundan olan 596 məcburi köçkün ailəsi yerləşdiriləcək. 120 hektar ərazidə salınan qəsəbədə 89-u bir, 275 iki, 200 üç, 32 dördotaqlı olan evlər tikilib. Qəsəbədə bütün zəruri infrastruktur yaradılıb. Bura uşaq bağçası, ambulatoriya, klub-icma mərkəzi, poçt binası və digər inzibati binalar daxildir. Qəsəbədə müstəqil elektrik stansiyası tikilib, bütün evlər təbii qazla təchiz olunub.

Dövlət başçısı qəsəbədə inşa olunan 360 yerlik orta ümumtəhsil məktəbinin açılışına da qatılıb.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi