Modern.az

Həsən bəy Zərdabinin Fəxri Xiyabandakı solğun, çatlamış qəbri... (FOTOLAR)

Həsən bəy Zərdabinin Fəxri Xiyabandakı solğun, çatlamış qəbri... (FOTOLAR)

22 İyul 2011, 09:17

Milli Mətbuatın yaradıcısının qəbrinin təmirinə ehtiyac var

Bu gün Azərbaycan Milli Mətbuatının yaradıcısı olan Həsən bəy Zərdabinin ad günüdür.  “Əkinçi” qəzeti ilə media tarixmizi yaradan Zərdabi bütün şüurlu həyatını soydaşlarının maariflənməsinə həsr edib. Onun yaratdığı və KİV-in ilk qaranquşu olan “Əkinçi” qəzetinin Azərbaycan KİV tarixində ayağı düşərli olub. Təsadüfi deyil ki, XX əsrin əvvəlləri Azərbaycan media tarixşunasılığnıda “qızıl əsr” kimi xatırlanır.

Bizim bu yazını yazmaqda məqsədimiz isə başqadır. Biz onun Fəxri Xiayabandakı qəbri barədə danışmaq istəyirik. Böyük maarifçi jurnalistin Fəxri Xiyabanda olan məzarı baxımsız təsiri bağışlayır. Məzar üstündə beton bir neçə yerdən çatlayıb. Səliqəsiz şəkildə sonradan suvanan qəbir üzərindəki suvaq yeri yamaq kimi görünür. Heykəlin özü isə bozarıb.

Rəngi solmuş heykəlin duruşu isə ibrətamizdir. Bir zamanlar KİV rəhbərləri bura dərdələrini demək üçün yığışar, şikayətlənərdilər. İndi bura heç kim gəlmir: Həsən bəy yalnız 22 iyulda yada düşür. Onun rəngi solmuş məzarı başında deklorativ çıxışlar edilir,  qırmızı qərənfillər düzülür...

Azərbaycanda medianın təməlini qoymuş Həsən bəy Zərdabinin məzarüstü abidəsinin təmirə ehtiyacı var, cənablar! Ölkə başçısının hər il KİV-lərə ayırdığı maliyyə yardımından müəyyən hissəsinin Zərdabinin məzarının təmirinə yönəltmək heç bəd olmazdı... 




Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir