Modern.az

Məmmədyarovla Nalbandyanın növbəti görüş vaxtı məlum oldu

Məmmədyarovla Nalbandyanın növbəti görüş vaxtı məlum oldu

7 Dekabr 2017, 08:33

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri  Edvard Nalbandyan arasında növbəti görüş 2018-ci ilin yanvarında keçiriləcək.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

 

H.Hacıyev deyib ki, dekabrın 6-da ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşlər keçiriblər. Sonra həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü təşkil edilib.

 

H.Hacıyev vurğulayıb ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan təkliflərlə bağlı intensiv və konkret müzakirələr aparılıb. İntensiv və substantiv danışıqların davamı kimi 2018-ci ilin yanvar ayının ikinci yarısında xarici işlər nazirləri səviyyəsində növbəti görüş keçirilməsi barədə razılıq əldə olunub.

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşün pozitiv və konstruktiv şəkildə keçdiyini bildirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?