Modern.az

Heydər Əliyev Fondunun cəbhə bölgəsində həyata keçirdiyi layihələr

Heydər Əliyev Fondunun cəbhə bölgəsində həyata keçirdiyi layihələr

Aktual

7 Dekabr 2017, 10:35

Azərbaycanın bütün bölgələrində olduğu kimi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun qayğı və diqqəti bütün sahələrdə hiss edilir. Heydər Əliyev Fondunun son 5 ildə Füzuli rayonunda həyata keçirdiyi layihələrə diqqət etsək bunu bir daha aydın görmüş olarıq. 2012-ci ildə Heydər Əliyev Fondu tərəfindən Horadiz şəhərində 240 şagird yeri olan iki mərtəbəli ən müasir standartlara cavab verən məktəb binası tikilərək istifadəyə verilmişdir. 


Heydər Əliyev Fondunun Füzuli rayonuna diqqət və qayğısı başqa sahələrdə də özünü göstərir. Azərbaycan uşaqlarına diqqət və qayğını fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyən edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva füzulili körpələri də yaddan çıxarmayıb. 2014-cü ildə Heydər Əliyev Fondu tərəfindən Horadiz şəhərində iki mərtəbəli 100 çarpayılıq, 2015-ci ildə Bala Bəhmənli kəndində 60 çarpayılıq körpələr evi-uşaq bağçaları tikilərək istifadəyə verilib. Bağçalarda uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hər cür şərait yaradılıb.


Öz tarixi keçmişləri ilə fəxr edən füzulililər Tarix-Diyarşünaslıq Muzeylərinin  olmamasından uzun illərdir əziyyət çəkirdilər və rayon ərazisində muzey tikilməsi  üçün müxtəlif təşkilatlara müraciət edirdilər. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva füzulililərin bu arzusunu da reallığa çevirib. 2014-cü ildə Heydər Əliyev Fondu tərəfindən Horadiz şəhərində Gənclər Prospektində Tarix-Diyarşünaslıq Muzeyi, 2016-cı ildə isə rəsmlə maraqlanan, bu sahəyə həvəs göstərən füzulili gənclər üçün Horadiz şəhərində iki mərtəbəli ən müasir standartlara cavab verən Rəsm Qalareyası tikilərək istifadəyə verilib. Bunlar Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə son illər işğaldan azad olunmuş ərazidə həyata keçirilən iri layihələrdir. Fond bu illər ərzində işğaldan azad olunmuş ərazilərdə onlarla layihələr həyata keçirmiş, o cümlədən minlərlə məcburi köçkünün sosial-məişət qayğılarının həll olunmasına köməklik edib, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların müalicə və müayinə olunmasını təmin etmiş, yüzlərlə insanı sevindirib. Təsadüfü deyil ki, Heydər Əliyev Fondu tərəfindən Mehriban xanımın təşəbbüsü ilə cəbhə bölgəsində yerləşən Füzuli rayonunda həyata keçirilən layihələrin hər birinin açılışında Prezident İlham Əliyev iştirak edib, görülmüş işləri yüksək qiymətləndirib. Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində Heydər Əliyev Fondunu tərəfindən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr bu gün də davam edir.


Füzulililər Ulu öndərimizin ölməz irsini layiqincə yaşadan, ölkəmizin mədəni irsini, mədəniyyətini, sosial-iqtisadi inkişafını, müxtəlif xalqların və millətlərin birgə yaşam modelini, azərbaycançılıq məfkurəsini bütün dünyada təbliği missiyasını şərəflə yerinə yetirən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini diqqətlə izləyir və yüksək qiymətləndirirlər. Füzulililər inanırlar ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ən böyük layihələr işğal altında olan torpaqlarımız işğaldan azad olunduqdan sonra həyata keçiriləcək. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi