Modern.az

Arvadı və 4 qızını öldürən ər saxlanılıb - Dəhşətli qətl barədə RƏSMİ MƏLUMAT

Arvadı və 4 qızını öldürən ər saxlanılıb - Dəhşətli qətl barədə RƏSMİ MƏLUMAT

7 Dekabr 2017, 10:50

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri Salyanda 3 il öncə törədilmiş dəhşətli qətllə bağlı birgə məlumat yayıb.

Modern.az-a verilən birgə məlumatda deyilir:

“Salyan rayon sakini Mehparə Əliyeva və 4 övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə gedərək baxış keçirdikdə insan bədəninin hissələrinin basdırılması aşkar edilib. Hazırda insan bədəninin hissələrinin basdırılmış yerdən çıxarılma prosesləri aparılır.

 

Dərhal fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

 

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulublar.

 

Hazırda iş üzrə daxili işlər orqanları ilə əlaqəli şəkildə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

 
Qeyd edək ki, Fərhad Əliyev arvadı Mehparə Əliyeva və 4 qızı - Ümidə, Rəqibə, Sevda və İradə Əliyevaları qətlə yetirərək həyətyanə ərazidə basdırıb. Hadisənin ailə münaqişəsi zəminində törədildiyi bildirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi