Modern.az

Müttəfiqləri də Trampa etiraz etdilər - Qüdsə görə

Müttəfiqləri də Trampa etiraz etdilər - Qüdsə görə

Dünya

7 Dekabr 2017, 11:07

ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması dünya ictimaiyyətinin narazılığına səbəb olub.

 

Modern.az saytının BBC-yə istinadən xəbərinə görə, ABŞ-ın müttəfiqi Səudiyyə Ərəbistanı krallığının rəsmi bəyanatında qeyd olunub ki, Donald Trampın Qüdsü paytaxt kimi tanıması əsassız və məsuliyyətsiz qərardır.

 

Lakin İsrailin baş naziri Benyamin Netanyahu Trampın qərarını “tarixi gün” kimi xarakterizə edib. Və Trampa təşəkkür edib.

 

BMT-nin Təhlükəsizlik Şurasının 15 üzvündən 8-i b həftə sonu Qüdslə bağlı təcili görüşün keçirilməsi çağırışını edib.

 

Malayziyanın baş naziri Nəcib Razak da müsəlman dünyasını bu qərara qarşı birləşməyə, qəti addımlar atmağa çağırıb.

BMT-nin baş katibi Antonio Quterreş isə bildirib ki, Amerikanın qərarı böyük narahatlıq doğuran məqamdır.

 

Böyük Britaniyanın baş naziri Tereza Mey qeyd edib ki, Amerikanın qərarı ilə razı deyil və bu, regionda sülhə heç bir fayda verməyəcək.

 

Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron da bəyan ediblər ki, ölkələri Amerikanın İsraildəki səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsini dəstəkləmirlər.

 

Avropa Birliyi diplomatiyasının rəhbəri Federika Mogerini isə Ağ Evin addımınının ciddi narahatlıq doğurduğunu söyləyib.

 

Qeyd edək ki, Türkiyə, Fələstin, İran da Trampın qərarını pisləyib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir