Modern.az

Qənirə Paşayeva Heydər Əliyev Fondunun uşaqlarla bağlı işlərindən danışıb

Qənirə Paşayeva Heydər Əliyev Fondunun uşaqlarla bağlı işlərindən danışıb

20 Noyabr 2009, 16:18

“İndiyə qədər Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda 300 məktəb təmir olunub. Nəticədə on minlərlə uşağın təhsil almaq imkanı yaxşılaşıb”. Modern.az-ın məlumatına görə, bu barədə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə bildirib.

Fondun uşaq hüquqlarının müdafiəsi və uşaq problemlərinin həlli istiqamətində görülən işlərdən danışan deputat qeyd edib ki, hazırda Azərbaycanda ən ciddi problem valideyn himayəsindən məhrum olan azyaşlılarla bağlıdır.

Onun sözlərinə görə, Azərbaycanda 20 minə yaxın uşaq valideyn himayəsindən məhrumdur: “Onların bu problemini həll etməkdən ötrü  Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 31 Uşaq evi yaxşı səviyyədə təşkil olunub. Ancaq Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva dəfələrlə bildirib ki, ən yaxşı uşaq evi valideynləri əvəz edə bilməz. Bundan başqa fond 11 uşaq baxçasını təmir etdirib, bu da uşaqlara qayğının nümunəsidir”.

O, qeyd edib ki, fond xəstə,  qüsurlu, diabetli  uşaqların probleminin həlli ilə bağlı da işlər görür: “2004-cü ildən bu günə qədər həmin xəstə uşaqlara həm insulin, həm də şpris verilib. Talassemiyalı xəstələrlə bağlı mərkəz yaradılıb. Amma Mehriban Əliyevanın fikri bu mərkəzdə uşaqların müalicə olunması ilə bitmir, bu xəstəliyin qarşısının alınması üçün işlər görülür”.

Deputat beynəlxalq təşkilatların parlamentdə iştirakından istıfadə edərək Azərbaycanda 10 minlərlə qaçqın və məcburi köçkün uşaqlarla bağlı məsələ qaldırıb və onlarla bağlı həmin təşkilatların reaksiya verməməsini önə çəkib.

Sonda onu da bildirib ki, sadaladıqları məsələlər son illər Heydər Əliyev Fondunun fəaliyyətinin az hissəsidir və Azərbaycanda olan QHT-lərin bundan örnək götürməsini təklif edib.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir