16 yanvar 2018, Çərşənbə
Ana Səhifə - TƏHSİL - Hamlet İsaxanlı Xəzər Universitetinin tələbələrinə əlçatandırmı...
Hamlet İsaxanlı Xəzər Universitetinin tələbələrinə əlçatandırmı...
07.12.2017, 14:21

Dünya təhsil sistemində universitet rektorları ilə tələbələr arasında olduqca səmimi münasibət mövcuddur. Bu faktı xaricdə, xüsusən də Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələr də təsdiq edirlər. Rektorların tələbələr üçün əlçatan olması isə təhsilin inkişafına təsir edən amillər sırasına daxildir desək, yəqin yanılmarıq.

Görəsən Azərbaycan universitetlərində rektorların tələbələrlə münasibəti necədir? Və onların şikayətləri necə həll olunur? Onlar tələbələr üçün əlçatandırlarmı? Tələbələr öz rektorları ilə görüşə bilirlərmi? 


Modern.az
-ın  “Tələbələr rektor barədə” rubrikasında ayrı-ayrı universitetdə təhsil alan tətləbələrin öz rektorları barədə fikirlərinə yer verilir.
 

Ötən dəfə Sumqayıt Dövlət Universitetinin tələbələri öz rektorları haqda fikir söyləmişdilər. Bu dəfə Azərbaycanda rəsmi olaraq ilk özəl ali məktəb sayılan Xəzər Universitetinin tələbələri arasında sorğu keçirdik.
 

Qeyd edək ki, hazırda Xəzər Universitetinin rektoru vəzifəsini Həsən Niknafs daşıyır. Lakin sorğuda iştirak edən tələbələrin əksəriyyəti Həsən Niknafsı müvəqqəti hesab edir.  Onun barəsində heç bir fikirdə olmadıqlarını və tam olaraq tanımadıqlarını qeyd edib, sualları Hamlet İsaxanlı haqqında cavablandırıblar.

Hamlet İsaxanlı 1991-2010-cu illər ərzində Xəzər Universitetində rektor vəzifəsini icra edib. Hazırda isə Xəzər Universitetində Direktorlar və Qəyyumlar Şurasının sədri kimi fəaliyyət göstərir.
 

Beləliklə, universitetin təsisçisi professor Hamlet İsaxanlıya münasibətdə tələbələrin fikirlərini təqdim edirik: 


Regionşünaslıq fakültəsində təhsil alan Vüsal İsmayılov rektorun  tələbələrlə ünsiyyətinin şahidi omadığını qeyd edib: 

“Ünsiyyətdə olmamışam. Açıq desəm, tələbələrlə də ünsiyyətinin şahidi olmamışam. Lakin qeyd edim ki, mənim ətrafım biraz oxumağa meylli tiplər deyil, bəlkə də onun üçün görməmişəm”. 

Təhsil fakültəsinin tələbəsi Humay Şəbiyeva universitetlərdəki bu vəziyyəti orta məktəblərdə direktor-şagird münasibətləri ilə eyni hesab edir :

“Axırıncı dəfə rektoru tələbələrə məlumatverici tədbirdə görmüşəm. Ümumiyyətlə isə əgər hansısa tələbənin problemi varsa, həmişə onlara dəstək olur. Səhv etməsəm, rektorun qəbulu üçün yazılmağa ehtiyac yoxdur. Rektor hər çıxışında da tələbələrə ehtiyacları olduqları halda mütləq müraciət etməklərini tapşırır.Ancaq əcnəbi ölkələrə gəldikdə isə müəllimlər də,  rektorlar da tələbələrlə çox yaxın münasibət qururlar. Mənim fikrimcə, ele də olmalıdır... Azərbaycanda isə bu şərait mümkün deyil. Qısacası, bizim ölkədə əzəldən belədi. Orta məktəblərdə direktorla vəziyyət necədirsə, universitetlərdə də eynilə. Xaricdə bizim vəzifəli adamlar kimi özlərini “yuxarıdan aparmırlar”, sadə insanlar kimi davranırlar”.
 

Nizami Əliyev, Tərcümə fakültəsi: “Rektora problemim olanda müraciət etmişəm və nəticəsi yaxşı olub”.
 

Toğrul Nəbiyev, İqtisadiyyat və menecment fakültəsi:  

“Bizim universitetin sahibi Hamlet müəllimdir, yəqin ki bilirsiniz. O özü, demək olar ki, hər gün müəyyən saatlarda canteen-də olur. Tələbələrlə söhbətləşir. Hələ ki heç bir problemim olmadığından müraciət etməmişəm. Amma başqa bir qrup yoldaşım öz layihələrini göstərmək üçün müraciət edib. Tam səmimi qarşılanıb”. 


İqtisadiyyat və menecment fakültəsinin tələbəsi Püstə Əliyeva rektorla ünsiyyətdə olmadığını deyib: “Düzünü desəm, rektoru heç tanımıram. O ki qaldı xaricdəki kimi mənimlə çay içsin, problemimi həll etsin...”.


Magistraturada təhsil alan Məhəmməd Mustafayev qeyd edir ki, ona arayış lazım idi, işlədiyini bilib, arayışı kuryerlə əsas binadan magistrin çalışdığı binaya göndərib:

“Bizdə də bu məsələlər xarici təcrübə ilə eyni qaydadadır. Bir neçə həftə öncə rektor tələbələrlə görüşmüşdü, sadəcə işdən vaxtım olmadığı üçün qatıla bilmədim. Növbəti aylarda bizim korpusa yenidən gələcəyi deyilib. Universitet iki binalıdır, mən əsas binada yox, 2 saylıda oxuyuram, amma tanış tələbələrin heç birindən rektor barədə mənfi rəy eşitməmişəm. İdarə baxımdan da tələbənin çətinliyi olsa, anında baxırlar.
Deyilənlərə görə, ildə bir neçə dəfə gəlib tələbələrlə maraqlanır. Hələ ki, ilk semestrimdi, ümid edirəm irəlidə  rekoru görərəm. O insanla qarşılaşmağı çox istərdim, çox maraqlı olardı”.
 

Cəmalə Kazımova, Tərcümə fakültəsi:

“Nə isə bir problemimiz olsa, bunu prorektor və ya rektorun özünə deyə bilərik. Mənim elə bir problemim olmadığına görə, şəxsi ünsiyyətdə olmamışam. Biz əsas binada oxumuruq deyə, rektoru yalnız akt zalında görüşlər keçirildikdə görə bilirik”.

 

İqtisadiyyat və Menecment fakültəsində təhsil alan Fərid Əliyev qeyd edir ki, istədiyi vaxt rektorun qapısını döyüb, içəri keçə bilər:


“Hamlet İsaxanlı günün müəyyən saatında yeməkxanaya düşüb orada tələbələrlə söhbətləşir, onların problemlerini həll edir. Demək olar ki, hətta liftdə belə, Hamlet müəllimlə bir getmək mümkündür. Mənim bir neçə dəfə prorektorla gorüşüm olub. İndi mənim astrofizikada və riyazi analizdə kəşflərim var. Onun üstündə işləyirəm, tam hazır olandan sonra Hamlet İsaxanlı ilə üz – üzə görüşüm olacaq. Rektorun qəbuluna yazılmaq, müraciət etmək də əlçatandır”. 
 

Humanitar və Sosial elmlər fakültəsinin tələbəsi Sahib Hacızadənin sözlərinə görə, Xəzər Universitetində də eynilə xarici universitetlərdə olduğu kimi, səmimi ünsiyyət mövcuddur.

“Ehtiyac olmayıb deyə ünsiyətdə olmamışam. Amma lazım gələndə tələbələrlə görüşür. Bir dəfə keçid ballarının qalxması ilə bağlı görüş olmuşdu. Hamlet müəllimin arada gəlib kitabxanada oturub, bizlə kitab oxuduğu da olur. Rəqs qrupu ilə birgə Türkiyəyə getmişdi. Bizdə hansı tələbədən soruşsanız, rektor kimi, yəqin ki, 90% Hamlet müəllimi deyəcək. Həsən müəllim formal olaraq rektordur”.
 

Tələbələrin prof. Həsən Niknafs haqqında fikirləri:


Aydan Cəfərli, Təhsil fakültəsi:


“Bizim rektor 2 ildir ki dəyişib, yenisi ilə (prof. Həsən Niknafs)  ünsiyyətim heç olmayıb. Gördüklərimdən deyim ki, bir seminarda tələbələrlə mehriban davrandığının şahidi olmuşdum, yəni tələbədi deyib küçümsəmir. Problem olduqda isə otağındadı və vaxtı varsa, yanına keçmək mümkündür”.

Tunar Abdulxaliqov, Humanitar və sosial elmlər fakültəsi: 

“Şəxsi ünsiyyətim olmayıb. Sözün açığı, qane edən və etməyən tərəfləri də var. Qane etməyən tərəfi odur ki, semestr balının hələ də 60-dan 51-ə endirilməməsidir ki, bu məsələ dəfələrlə müzakirə olunsa da, güzəştə getmədi. Şəxsən isə tələbələrlə ünsiyyətinin şahidi olmamışam”. 

 

Nəzrin Cavid


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Britaniyanın Avropa İttifaqında qalmaq şansı hələ var”
16.01.2018, 18:57

“Britaniyanın Avropa İttifaqında qalmaq şansı hələ var”

“Qarabağ” dünyanın ən yaxşı 100 komandası sırasında yer alıb
16.01.2018, 18:45

“Qarabağ” dünyanın ən yaxşı 100 komandası sırasında yer alıb

Avstriyada yeni hökumətə qarşı 20 minlik aksiya keçirildi
16.01.2018, 18:32

Avstriyada yeni hökumətə qarşı 20 minlik aksiya keçirildi

Bu ölkədə 5,9 bal gücündə zəlzələ baş verdi
16.01.2018, 18:26

Bu ölkədə 5,9 bal gücündə zəlzələ baş verdi

Azərbaycan diasporunun üzvünü oğurlayan şəxslər tutulub
16.01.2018, 18:20

Azərbaycan diasporunun üzvünü oğurlayan şəxslər tutulub

Prokurorluq orqanlarına işə qəbul üçün test keçiriləcək
16.01.2018, 18:09

Prokurorluq orqanlarına işə qəbul üçün test keçiriləcək

Komaya düşən deputatın müalicəsi üçün xaricdən həkimlər çağırıldı   
16.01.2018, 17:41

Komaya düşən deputatın müalicəsi üçün xaricdən həkimlər çağırıldı  

Banklarla bağlı Ekspert Qrupu yaradılır
16.01.2018, 17:25

Banklarla bağlı Ekspert Qrupu yaradılır

“Whatsapp”dan daha bir YENİLİK
16.01.2018, 17:16

“Whatsapp”dan daha bir YENİLİK

Köçkünlər yolu bağladılar - “Dövlətqaçqınkom” izahat verdi - FOTO   
16.01.2018, 17:13

Köçkünlər yolu bağladılar - “Dövlətqaçqınkom” izahat verdi - FOTO  

Manat və dolların sabahkı məzənnəsi
16.01.2018, 17:12

Manat və dolların sabahkı məzənnəsi

İlham Əliyev:
16.01.2018, 17:10

İlham Əliyev: "Türkiyə və Azərbaycan 2018-ci ildə də böyük layihələr həyata keçirəcək" - YENİLƏNİB

İstintaq Saakaşvilidən səs nümunələri götürüdü
16.01.2018, 17:04

İstintaq Saakaşvilidən səs nümunələri götürüdü

Xalq artisti reanimasiyaya yerləşdirildi
16.01.2018, 16:59

Xalq artisti reanimasiyaya yerləşdirildi

Məzunlara BDU və Vürçburq Universitetinin diplomları verildi
16.01.2018, 16:59

Məzunlara BDU və Vürçburq Universitetinin diplomları verildi

“Bu dəfə komediya olmayacaq” - Fatma Mahmudova
16.01.2018, 16:57

“Bu dəfə komediya olmayacaq” - Fatma Mahmudova

Məmmədyarov fransız tələbələri Azərbaycana təhsilə çağırdı
16.01.2018, 16:48

Məmmədyarov fransız tələbələri Azərbaycana təhsilə çağırdı

Gənc alimlərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı
16.01.2018, 16:48

Gənc alimlərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı

İsa Qəmbərin qardaşı onu Almaniyada müalicə etdirmək İSTƏYİR
16.01.2018, 16:22

İsa Qəmbərin qardaşı onu Almaniyada müalicə etdirmək İSTƏYİR

Azərbaycanda qanunsuz dini təbliğat aparan 142 nəfər məsuliyyətə cəlb olunub
16.01.2018, 16:09

Azərbaycanda qanunsuz dini təbliğat aparan 142 nəfər məsuliyyətə cəlb olunub

Ərdoğan və baş qərargah rəisi NATO-nu “topa tutdu”
16.01.2018, 16:03

Ərdoğan və baş qərargah rəisi NATO-nu “topa tutdu”

 İsa Qəmbər Elçibəydən sonra yeganə müxalifət lideridir - Sərdar Cəlaloğludan ŞOK iddia 
16.01.2018, 16:02

İsa Qəmbər Elçibəydən sonra yeganə müxalifət lideridir - Sərdar Cəlaloğludan ŞOK iddia 

Kiyevdə polislə etirazçılar arasında toqquşma olub
16.01.2018, 15:59

Kiyevdə polislə etirazçılar arasında toqquşma olub

Milli-mənəvi dəyərlərə zərbə vuranlar - Baş redaktorlar onları QINADILAR
16.01.2018, 15:55

Milli-mənəvi dəyərlərə zərbə vuranlar - Baş redaktorlar onları QINADILAR

Türkiyədə atışma: 2 ölü, 3 yaralı
16.01.2018, 15:38

Türkiyədə atışma: 2 ölü, 3 yaralı

Formula 1 Azərbaycan Qran Prisi beynəlxalq avtoidman sərgisində təmsil olunub
16.01.2018, 15:37

Formula 1 Azərbaycan Qran Prisi beynəlxalq avtoidman sərgisində təmsil olunub

Saakaşvili yenə ifadə verdi
16.01.2018, 15:18

Saakaşvili yenə ifadə verdi

İtkin alpinistləri tapmaq üçün Türkiyədən mütəxəssislər gəldi
16.01.2018, 15:17

İtkin alpinistləri tapmaq üçün Türkiyədən mütəxəssislər gəldi

“Cümhuriyyət ili”ndə Amnistiya aktının təşəbbüskarı KİM OLACAQ...   
16.01.2018, 15:05

“Cümhuriyyət ili”ndə Amnistiya aktının təşəbbüskarı KİM OLACAQ...  

“Orfoqrafiya sözlüyü hər bir azərbaycanlının evində olmalıdır”
16.01.2018, 15:02

“Orfoqrafiya sözlüyü hər bir azərbaycanlının evində olmalıdır”

DİM 10-cu siniflər üçün imtahan keçirdi
16.01.2018, 15:00

DİM 10-cu siniflər üçün imtahan keçirdi

Qulu Məhərrəmli Dilçilik İnstitutunun qərarına qarşı ÇIXDI
16.01.2018, 14:23

Qulu Məhərrəmli Dilçilik İnstitutunun qərarına qarşı ÇIXDI

Xalq artisti Çingiz Sadıxovla vida mərasimi keçirilib - FOTOLAR
16.01.2018, 14:12

Xalq artisti Çingiz Sadıxovla vida mərasimi keçirilib - FOTOLAR

Əsəd ordusu İdlibə hücuma keçdi - Moskva Ankara ilə razılaşmanı pozdu
16.01.2018, 14:11

Əsəd ordusu İdlibə hücuma keçdi - Moskva Ankara ilə razılaşmanı pozdu

Manatın hərracda qiyməti müəyyənləşdi
16.01.2018, 14:00

Manatın hərracda qiyməti müəyyənləşdi

ARXİV
SORĞU
Aylıq məvacibinizi ən çox nəyə xərcləyirsiniz?
- Ərzağa(54.7%)
- Geyimə(3.84%)
- Müalicəyə(5.98%)
- Kommunal xidmət haqlarına(12.3%)
- Təhsilə(2.13%)
- İstirahətə(1.28%)
- Kitaba(0.85%)
- Rüşvətə(4.70%)
- Əyləncəyə(0.42%)
- Digər şeylərə(13.6%)