18 dekabr 2017, Bazar ertəsi
Ana Səhifə - MÜSAHİBƏ - Ceyhun Mollazadə: “Mən Asimin siyasi işinə müdaxilə etmirəm, o da mənim biznesimə qarışmır” - MÜSAHİBƏ
Ceyhun Mollazadə: “Mən Asimin siyasi işinə müdaxilə etmirəm, o da mənim biznesimə qarışmır” - MÜSAHİBƏ
07.12.2017, 15:01

Amerikada yaşayan azərbaycanlı iş adamı, 1992-93-cü illərdə Azərbaycanın ABŞ-da işlər vəkili və səfir müavini olmuş Ceyhun Mollazadə Modern.az saytına müsahibə verib.

- Ceyhun bəy, tez-tezmi Azərbaycanda olursunuz?

- İşlərimlə əlaqədar həm Amerikada oluram, həm də Azərbaycana gəlib-gedirəm. Biznes işimə görə digər ölkələrə də səfərlər təşkil edirəm. Eyni zamanda, Azərbaycanla bağlı diaspor işində neçə illərdir ki, fəaliyyət göstərirəm. Hazırda Amerika Azərbaycanlıları Şəbəkəsini (US Azeris Network) çalışdırırıq. Elektron bəyanatların yayılması sahəsində böyük kampaniya aparırıq. ABŞ prezidentindən tutmuş senatorlara, media mənsublarına qədər elektron məktublar göndəririk. Bir də görürsüz ki, ya Qarabağ ətrafında ya da Cənubi Qafqaz bölgəsində nələrsə baş verir. Ermənilərin işğal siyasətinə qarşı yeganə məlumat göndərən portal almışıq. Onun vasitəsilə Ermənistanın Azərbaycana qarşı işğal siyasəti ilə bağlı  Amerika ictimaiyyətini məlumatlandırmağa çalışırıq.

- Sirr deyil ki, illərdir xarici ölkələrdə fəaliyyət göstərən erməni lobbisindən əziyyət çəkirik. Xarici ölkələrdə lobbi fəaliyyətlərini o dərəcədə güclü qurublar ki, bu da hardasa bizim xeyrimizə deyil. Halbuki, ermənilər tarixən nə zəngin, nə də varlı olublar.


- Amma həmin ölkələrdə ermənilər varlı və peşəkardılar. ABŞ-ın bir çox ştatlarında  illər boyu türklərə qarşı 1915-ci il hadisələrini soyqırımı kimi qələmə verməyə çalışıblar. Artıq 1988-ci ildən sonra həmin təbliğat Azərbaycana qarşıda yönəlməyə başladı. Amma Azərbaycan diasporu olaraq həm türk qardaşlarımızla, həm də yəhudilərlə birgə çalışırıq. İsrailə meylli olan lobbi Amerikada Azərbaycanı dəstəkləyir. Azərbaycan-İsrail arasında olan sıx əməkdaşlıqdan dolayı, Amerikada yaşayan yəhudilərin də Azərbaycana daha çox dəstək verdikləri hiss olunur. Çalışırıq ki, erməni lobbisini üstələyək.

- Uzun illərdir ki, Amerikada həm biznes işinizi, həm də diaspor fəaliyyətinizi davam etdirisiniz. Bu illər ərzində erməni lobbisinin hansı təxribatları ilə üzləşmisiniz?

- Amerikada ermənilər azərbaycanlılara qarşı siyasət yürüdürlər ki, Azərbaycana qarşı sanksiya tətbiq edilsin, Azərbaycanla işbirliyi qurulmasın. Belə bir söz var: dələduz uşaq. Ermənilər illərdir ki, dələduz obrazlarını qoruyub saxlayırlar.


- Bu yaxınlarda Azərbaycan çox möhtəşəm bir layihəni gerçəkləşdirdi. Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildi. Açılış mərasimi vaxtı Amerikada yaşayan ermənilərin qısqanclığını müşahidə edə bildinizmi? Hər halda, bu cür layihədə onlar da təmsil olunmaq istəyərdi.


- Əlbəttə. Bu layihənin baş tutmasına ermənilərin münasibəti çox mənfi idi. Çünki bu strateji xətdən kənarda qalıblar. Azərbaycan bu gün Şərqi Qərblə birləşdirir. Çin-London birləşməsi dəmir yolu ilə nəqliyyat dəhlizi və İpək Yolu bərpa olunur. Ermənistan burda  iştirak etmir. Azərbaycan Pakistanla İran üzərindən Şimali Rusiyanı və Avropanı birləşdirən xətlərin üzərində işləyir. Azərbaycanın qüdrəti ondadır ki, bu gün beynəlxalq maliyyə qurumları  erməni lobbisinə üz çevirib, Azərbaycana kömək edirlər. Azərbaycan öz qüdrəti ilə bu işlərə təkan verir və bunları gerçəkləşdirir. Erməni lobbisi bu işlərdən kənarda qalıb. Bu gün Rusiya Şimal-Cənub dəhlizi məsələsinə görə İranla bağlantısının olmasında maraqlıdır. Artıq  Amerikada və Avropada yaşayan  ermənilər dərk etməyə başlayıblar ki, bu siyasət onları hara çıxaracaq... Ermənistan Rusiyanın təzyiqi altında qalmaqla suverenliyini itirib. İqtisadi inkişaf onsuz da yoxdur. Rusiya Ermənistanı öz təsiri altına alıb. Borclara görə bütün müəssisələri rus şirkətlərinə veriblər. Hərbi baxımdan da yenə Rusiya Ermənistana komandanlıq edir. Mütəxəssislər o qənaətə gəliblər ki, Gürcüstan və Azərbaycan müstəqil ölkə olsa da, Ermənistan öz müstəqilliyini gerçəkləşdirə bilməyib. Ona görə ki, qonşulara qarşı ambisiya siyasəti həyata keçirir.
Ermənistan Türkiyəyə qarşı qondarma soyqırımı iddiasını  gah o ölkənin, gah da bu ölkənin parlamentinə təqdim edir. Erməni lobbi liderlərindən biri deyib ki, “biz səmərəli işləsəydik, bu lobbimiz bölgə üçün nə qədər güclü təsirə malik olardı. Amerika da bu işə pozitiv yanaşardı. Amma biz destruktiv lobbiyik. Ancaq pisliyə doğru gedirik”. Özləri də bunu etiraf edirlər. Amerikalılar iş adamlarıdır, bizneslə məşğul olurlar. Onlar da deyirlər ki, nə oldu axı hamı pis oldu? Yəni Azərbaycan enerji layihələrini gerçəkləşdirir, neft-qaz kəmərini ortalığa çıxarır. Bölgədə müstəqil dövlət kimi tanınır. Əhalisi çoxdur. Get-gedə güclənir, çiçəklənir. Axı nə qədər ermənilər yalan danışa bilər?


- Bildiyiniz kimi, Azərbaycan məlum səbəblərə görə Avrasiya İttifaqının üzvü deyil. Lakin bir neçə gün bundan qabaq Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanı Avrasiya İttifaqında görməkdən məmnun ola biləcəklərini deyib. Azərbaycanın Avrasiya İttifaqına qoşulmamasını  necə qiymətləndirirsiniz?

- Hazırda Azərbaycan işğalçı Ermənistanla belə bir birlikdə olmağı lazım bilmir. Azərbaycan nəinki Avrasiya İttifaqının, heç Avropa Birliyi və NATO-nun  da üzvü deyil. Buna baxmayaraq, Azərbaycan müxtəlif təşkilatlarla sıx əməkdaşlıq edir. Azərbaycanın Rusiya ilə strateji-iqtisadi münasibətləri var. Amma dediyiniz birliyin özü bəlli deyil. Bu gün Qırğızıstanla Qazaxıstan arasında müəyyən problemlər var. Əgər Ermənistan Azərbaycana problem yaradırsa, onunla eyni ittifaqda olmağa dəyməz. Azərbaycan görsə ki, bu məsələdə onun maraqları qorunur, o zaman Avrasiya İttifaqına daxil ola bilər.
Azərbaycan öz milli təhlükəsizliyini, iqtisadi inkişafını, strateji maraqlarını qoruyub saxlamağı üstün tutur. Məsələn, Amerika hökuməti ilə Azərbaycan dövlətinin maraqları üst-üstə düşdüyündən Xəzər bölgəsində neft və qaz yataqları istismar edildi, investitorlar cəlb olundu və məhsul dünya bazarına çıxarıldı. Burada ziddiyyətlər olmadı və maraqlar üst-üstə düşdü. Ona görə də Avropanın aparıcı Statoil, BP, Lukoil kimi şirkətləri gəlib Azərbaycan sərmayə qoydu və bu proseslər çox müvəffəqiyyətlə gerçəkləşdi. İndi Azərbaycan böyük layihələrdə irəli gedir. Necə deyərlər:  “İt hürər karvan keçər”.
Ermənistan Amerikada, Fransada, Misirdə və digər ölkələrdə Azərbaycanın arxasınca danışsa da, dəyişən bir şey yoxdur.


- Amerikada yaşadığınızdan bu sualı vermək maraqlı gəldi: Azərbaycandan kənarda yaşayan həmvətənlərimizin ya biznes, ya da diaspor fəaliyyəti ilə məşğul olması Azərbaycan adına uğurlu addımdır. Çünki hər bir işdə Azərbaycanı təmsil edirlər. Bu yaxınlarda “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovla “Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərov arasında qarşıdurma yaşandı. Siz iki azərbaycanlı milyarderin qalmaqallı şəkildə üz-üzə gəlməsini necə dəyərləndirirsiniz?
 

- Hesab edirəm ki, diaspor işi qazanc yox, ölkəyə, vətənə xidmət etmək deməkdir. Bu cür işlərdə azərbaycanlılar bir-birini qısqanmamalı, bir-birinə dəstək verməli, Azərbaycanın siyasi kursunu, mədəni həyatını, xalqın istəklərini xarici ölkələrdə təbliğ etməlidir. “Lukoil” şirkəti ilə “Palmali” şirkəti arasında hansısa biznes ixtilafı yaranıbsa, bunu açıq şəkildə bəyan etmək doğru olmazdı. Bəlkə yaşadıqları dövlətlərin də bu məsələdə mövqeləri üst-üstə düşməyib və sairə. Əslində biznes dünyasında belə hallar olur. Biznesmenlər problemlərini məhkəmədə həll edirlər. Bu cür işləri diaspor fəaliyyəti ilə əlaqələndirmək doğru deyil. Bu insanların diaspor işlərində nə qədər fəal ya da qeyri-fəal olduğunu deyə bilmərəm. Hər halda, tanınmış azərbaycanlılardır. Amerikada yaşayan azərbaycanlılar kimi istərdik ki, bu cür insanların arasında hər hansı ixtilaf yaransa belə, bunu sülh ya da məhkəmə yolu ilə həll etsinlər. Amma Azərbaycan məsələsində həmişə bir yerdə olsunlar. Hesab edirəm ki, ölkədən kənarda fəaliyyət göstərən hər bir azərbaycanlı arasında birlik olmalıdır. Azərbaycan 40 milyonluq millətdir. Dünyada yaşayan azərbaycanlıların hərəsi bir söz desə, görün, nə böyük iş görmüş olarıq! Dünyada zəngin azərbaycanlılar varsa, niyə görə bir Fond qurmasınlar?! 30, 40, 50, 100 milyonluq Fond olsun. Məsələn, bir türk iş adamı gəlib Amerikada Türk Mədəniyyət Fondunu qurdu. Buna çox qürurlandım. Yenə deyirəm, Azərbaycan diasporu arasında zəngin adanlar var. Dünya Azərbaycanlılarının Fondunu qurmağımız heç də pis olmazdı. Amma xırda intriqalarla heç bir azərbaycanlı qabağa gedə bilməz.

- 2018-cil Azərbaycanda siyasi cəhətdən qaynar il olacaq. Ölkədə prezident seçkiləri keçiriləcək. Azərbaycanda keçiriləcək seçki ili barədə nə deyə bilərsiniz?


- Seçki çox vacib prosesdir. İnsanlar tərəfindən müxtəlif namizədləri, onların proqramlarını dinləyib , səs vermək böyük hadisədir. Hesab edirəm ki, 2018-ci il seçkiləri yenə də Azərbaycanın inkişafına təkan verən proses olacaq. Bu gün Azərbaycan sürətlə inkişaf edir. Prezident İlham Əliyev nəinki regionda, dünyada nüfuzlu liderə çevrilib. O. dünyagörüşü geniş olan insandır. 2018-ci il seçkilərinə əsas namizəd ola bilər. Həm yaşına görə gəncdir, həm də böyük nailiyyətlər əldə edib. İnsanı gördüyü işlərlə qiymətləndirmək lazımdır. Çox adam çox söz deyə bilər. Həm Azərbaycan, həm də Amerika vətəndaşıyam. Təbii ki, Azərbaycan vətəndaşı olaraq səsimi İlham Əliyevə verəcəm.

- Ceyhun bəy, qardaşınız Asim Mollazadə Milli Məclisin deputatıdır. Azərbaycana gələndə rəhbəri olduğu Azərbaycan Demokratik İslahatlar Partiyasına baş çəkirsinizmi? Siyasi fəaliyyəti ilə maraqlanırsınızmı?


- Sözün düzü, Asimin siyasi fəaliyyətinə müdaxilə etmirəm. Necə deyərlər, o da mənim biznes fəaliyyətimə müdaxilə etmir. İki qardaş olaraq tez-tez bir araya gəlib söhbətləşirik. Aramızda böyük mehribanlıq və dostluq  var. Onun və partiyasının dünyagörüşü Azərbaycanın çiçəklənməsi, Avropa Atlantik Alyansı ilə sıx əməkdaşlıq etməsidir. Milli Məclisin üzvü kimi xarici siyasət sahəsində böyük rola malikdir. Onun və kolleqalarının Azərbaycanı Milli Məclisdə təmsil etdiklərinə görə qürurlanıram. Çünki ölkədən kənarda da beynəlxalq görüşlər keçirirlər. Adətən vətənə məhəbbətin nə olduğunu soruşurlar. Ölkənin və millətin maraqlarını  şəxsi maraqlardan üstün tutmaq elə vətənə ən böyük məhəbbətin göstəricisidir.


- Bir az da övladlarınız barədə danışaq. Onlar nə işlə məşğuldur? Amerika mühitində uşaqlara qarşı necə tərbiyə üsulu seçmisiniz?


- İki övladım var. Onlar həm də  çox yaxın dostlarımdır. Çox rahat şəkildə bir-birimizi anlaya bilirik. Çalışqandırlar. Qızımın adı Dəniz, oğlumun adı isə Candır. Qızım “Middle-school”u bitirib. Onlar Amerikada yaşayıb təhsil alsalar da, hər yay Azərbaycanda olurlar. Bəziləri elə bilir ki, onlar Azərbaycan dilini bilmir. Halbuki, onlar doğma dilmizi bilirlər. Çünki onlarla doğma dilimizdə danışırıq. Azərbaycan dilindən başqa bir neçə dili də bilirlər.Uşaqlarım həm də yaradıcı təfəkkürə malikdirlər. Dəniz piano, Can isə saksafonla  maraqlanır. Bayaq yaxşı dost olduğumuzu dedim. Valideyn olaraq onlara qarşı  çox liberal və demokratikəm. Belə olanda uşaqlar ailədə ərköyün böyümürlər.


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Uşaqların evdən qaçma səbəbləri açıqlandı
18.12.2017, 20:14

Uşaqların evdən qaçma səbəbləri açıqlandı

Azərbaycan Tacikistana yeni səfir göndərir
18.12.2017, 20:02

Azərbaycan Tacikistana yeni səfir göndərir

Oqtay Əsədov: “Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın inkişafında maraqlıdır”
18.12.2017, 19:51

Oqtay Əsədov: “Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın inkişafında maraqlıdır”

Gənç vokal ifaçısının daha bir uğuru
18.12.2017, 18:55

Gənç vokal ifaçısının daha bir uğuru

Parlamentə gözyaşardcı qazla hücum oldu
18.12.2017, 18:44

Parlamentə gözyaşardcı qazla hücum oldu

Elmar Məmmədyarov Avropa Parlamentinin deputatı ilə görüşüb
18.12.2017, 18:32

Elmar Məmmədyarov Avropa Parlamentinin deputatı ilə görüşüb

Bankomatdan oğurluq etmək istəyən şəxs saxlanıldı
18.12.2017, 18:26

Bankomatdan oğurluq etmək istəyən şəxs saxlanıldı

Dövlət qulluğuna imtahan verənlərin yaş tərkibi AÇIQLANDI
18.12.2017, 18:17

Dövlət qulluğuna imtahan verənlərin yaş tərkibi AÇIQLANDI

Turizm Şurasının altıncı iclası keçirilib
18.12.2017, 18:05

Turizm Şurasının altıncı iclası keçirilib

Qənirə Paşayevadan onkoloji xəstəliyi olan jurnalistlə bağlı YENİ XƏBƏR
18.12.2017, 18:01

Qənirə Paşayevadan onkoloji xəstəliyi olan jurnalistlə bağlı YENİ XƏBƏR

Anar Məmmədovun federasiyasında İSTEFALAR - külli miqdarda borcu var
18.12.2017, 17:52

Anar Məmmədovun federasiyasında İSTEFALAR - külli miqdarda borcu var

Güləş məşqçisinə prezident təqaüdü verildi
18.12.2017, 17:41

Güləş məşqçisinə prezident təqaüdü verildi

Prezident idmanın inkişafında xidmətləri olan şəxsləri təltif etdi - SİYAHI
18.12.2017, 17:37

Prezident idmanın inkişafında xidmətləri olan şəxsləri təltif etdi - SİYAHI

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
18.12.2017, 17:22

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Bioloji Təbabət Klinikasından jurnalistlərə ENDİRİM - 50 faiz güzəşt
18.12.2017, 17:16

Bioloji Təbabət Klinikasından jurnalistlərə ENDİRİM - 50 faiz güzəşt

Elmar Məmmədyarov Doroxini qəbul etdi
18.12.2017, 17:11

Elmar Məmmədyarov Doroxini qəbul etdi

Almaniyada keçmiş rəqiblər koalision hökumət quracaq
18.12.2017, 17:08

Almaniyada keçmiş rəqiblər koalision hökumət quracaq

Bakıda tikinti şirkətlərinin rəhbərləri həbs edildi
18.12.2017, 17:03

Bakıda tikinti şirkətlərinin rəhbərləri həbs edildi

İlham Əliyev “Euronews”un suallarını cavablandırdı
18.12.2017, 16:58

İlham Əliyev “Euronews”un suallarını cavablandırdı

2017-ci ildə vəfat edən dünya MƏŞHURLARI
18.12.2017, 16:46

2017-ci ildə vəfat edən dünya MƏŞHURLARI

Sudan KİV-ləri AZƏRTAC ilə əməkdaşlığa can atır
18.12.2017, 16:36

Sudan KİV-ləri AZƏRTAC ilə əməkdaşlığa can atır

Rusiyadan ABŞ-a tələb: “Avropadan nüvə başlıqlarını çıxardın”
18.12.2017, 16:17

Rusiyadan ABŞ-a tələb: “Avropadan nüvə başlıqlarını çıxardın”

Prezident Zabit Səmədova mənzil verdi
18.12.2017, 16:03

Prezident Zabit Səmədova mənzil verdi

Azercell-lə “Karyerada ilk addım”
18.12.2017, 15:47

Azercell-lə “Karyerada ilk addım”

Universitetlərdə rektor seçkisi keçirilsə, nə baş verər...   
18.12.2017, 15:41

Universitetlərdə rektor seçkisi keçirilsə, nə baş verər...  

Ermənistanda hərbi xidmətdən imtina edən gənclər aclığa başladılar
18.12.2017, 15:40

Ermənistanda hərbi xidmətdən imtina edən gənclər aclığa başladılar

Quba və Xaçmazda “ağ ölüm” əleyhinə maarifləndirici tədbirlər keçirilib
18.12.2017, 15:28

Quba və Xaçmazda “ağ ölüm” əleyhinə maarifləndirici tədbirlər keçirilib

Mətbuat Şurası “qara siyahı”dakı KİV-lərin ümumi sayını açıqladı
18.12.2017, 15:18

Mətbuat Şurası “qara siyahı”dakı KİV-lərin ümumi sayını açıqladı

Tərtərin 11 kəndinə içməli su verildi
18.12.2017, 15:15

Tərtərin 11 kəndinə içməli su verildi

Rusiya Yaxın Şərqdə güclənəcək, ABŞ qıcıqlanacaq - HESABAT
18.12.2017, 15:14

Rusiya Yaxın Şərqdə güclənəcək, ABŞ qıcıqlanacaq - HESABAT

Səudiyyə Ərəbistanının müharibə videosuna İrandan QARŞILIQ - VİDEO
18.12.2017, 14:58

Səudiyyə Ərəbistanının müharibə videosuna İrandan QARŞILIQ - VİDEO

İlham Əliyev “Qarabağ”ın oyunlarından DANIŞDI  
18.12.2017, 14:49

İlham Əliyev “Qarabağ”ın oyunlarından DANIŞDI  

Dünyanın ən ucqar qəsəbəsi  - FOTOLAR
18.12.2017, 14:35

Dünyanın ən ucqar qəsəbəsi  - FOTOLAR

Azərbaycanlı jurnalistlər Türkiyədən qayıdıblar - Səfər TƏƏSÜRATLARI   
18.12.2017, 14:22

Azərbaycanlı jurnalistlər Türkiyədən qayıdıblar - Səfər TƏƏSÜRATLARI  

Türkiyə, Azərbaycan və İran xarici işlər nazirləri müzakirə aparacaq
18.12.2017, 14:05

Türkiyə, Azərbaycan və İran xarici işlər nazirləri müzakirə aparacaq

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.15%)
Araz Ağalarov (11.7%)
Mübariz Mənsimov (19.4%)
Fərhad Əhmədov(12.0%)
Füzuli Məmmədov(53.2%)
Telman İsmayılov (0.11%)
İsgəndər Xəlilov(0.07%)
Vaqif Məmişov(0.07%)
Heç biri(2.03%)
Digərləri(1.01%)