Modern.az

Saakaşvili çimmək üçün mehmanxaya gəldi, polislə toqquşma yarandı

Saakaşvili çimmək üçün mehmanxaya gəldi, polislə toqquşma yarandı

7 Dekabr 2017, 15:39

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Kiyevin mərkəzində yerləşən eyniadlı mehmanxanaya daxil olmaq istəyib lakin uğursuz cəhddən sonra yenidən Radanın yanındakı çadıra dönüb.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, tərəfdarları Saakaşvilinin çimmək üçün mehmanxanaya daxil olmaq istədiyini vurğulayıblar.

 

“Bu gün səhər Saakaşvili Kiyev mehmanxanasına daxil olaraq nömrələrdən birində çimmək istəyib lakin cəhdi baş tutmayıb”- deyə Ali Radanın deputatı Anton Geraşenko deyib.

 

Deputatın fikrincə, Saakaşvilinin əsas məqsədi polislə tərəfdarlarının toqquşmasını təşkil etmək və bunun hesabına ölkədaxilindəki situasiyanı sıradan çıxarmaqdır.

 

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir