Modern.az

Seçki namizədləri üçün pulsuz efir vaxtının ləğvi gündəmə gəldi  

Seçki namizədləri üçün pulsuz efir vaxtının ləğvi gündəmə gəldi   

7 Dekabr 2017, 15:52

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Seçki Məcəlləsinə dəyişikliklər müzakirə edilib.

Modern.az-ın məlumatına görə, iclasda qeydə alınmmış namizədlərin istifadə etdikləri pulsuz efir vaxtının, onlara dövrü nəşrlərdə pulsuz yer ayrılmasının ləğvinə dair fikirlər səsləndirilib.

Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid məsələyə aydınlıq gətirib.

Şöbə müdiri bildirib ki, bununla bağlı Seçki Məcəlləsində nəzərdə tutulmuş pulsuz efir vaxtı, dövrü nəşrlərə pulsuz yerlər olduğu kimi qüvvədə saxlanılır.
 

“Qeydə alınmmış namizədlərin istifadə etdikləri pulsuz efir vaxtının, dövrü nəşrlərdə pulsuz yerin dəyəri dövlət tərəfindən ödəniləcək. Bu Prezident ,bələdiyyə, Milli Məclisə seçkilərin keçirilməsi və referendum üçün təşkilat qurumlarına aid məsələdir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir