Modern.az

Aprel şəhidlərini tanıdan layihə yekunlaşdı

Aprel şəhidlərini tanıdan layihə yekunlaşdı

Ədəbi̇yyat

25 Noyabr 2017, 16:16

“Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Aprel şəhidlərinin təbliğinə dair təşəbbüslərin dəstəklənməsi” layihəsini yekunlaşdırıb. Layihənin yekunu olaraq Abşeron rayonu Masazır qəsəbəsindəki Kəlbəcər köçkün məktəbində tədbir keçirilib.

Tədbirdə Aprel şəhidlərinin ailə üzvləri, müəllim və şagirdlər, valideynlər, QHT nümayəndələri və media mənsubları iştirak ediblıər.

Layihənin rəhbəri Mövlud İşıkov bildirib ki, tədbir “Əqli Mülkiyyətçilərə Kömək” İB-nin bu təşəbbüsü gənclərin və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsinə dəstək məqsədi daşıyıb, onlar arasında Azərbaycançılıq ideologiyası ilə bağlı informasiya çatışmazlığını aradan qaldırmağa, Aprel şəhidlərinin tanıdılmasına yönəlib.
O, layihə çərçivəsində aprel döyüşü şəhidlərinin ailələri, hərbçi yoldaşları ilə görüşlər keçirildiyini, aparılan söhbətlər əsasında KİV-də yayımlamaq üçün informasiyalarla zəngin 30 müsahibə və reportajın hazırlanaraq, dərc edildiyini, fototəqdimatlar olduğunu bildirib.

Layihənin eksperti Seymur Verdizadə 2016-cı ilin 2-5 aprel aralığında Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin, qəhrəmanlıq göstərən döyüşçülərimizin Azərbaycan gəncləri üçün vətənpərvərlik nümunələri olduğunu vurğulayıb. O, yeniyetmə və gəncləri dövlətin və millətin mənafeyini hər şeydən üstün tutmağa çağırıb.  

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, orta məktəb müəllimləri Rəşid Hüseynov, Sədaqət Ağayeva layihənin əhəmiyyətindən danışıb, onun gələcəkdə davam etdirilməsinin zəruriliyi qeyd ediblər. Qeyd edilib ki,  Aprel şəhidləri və Aprel döyüşündə qəhrəmanlıq göstərmiş hərbçilərimizin mübarizə yolunu cəmiyyətə örnək, gənclərə nümunə göstərmək çox vacibdir.

Tədbir iştirakçılarından İbrahim Bayramov Kəlbəcər məktəblərinin fəal yeniyetmələri arasında Aprel şəhidlərinin xatirisənə həsr olunmuş idman yarışlarının keçirilməsini təklif edib və bu təşəbbüs yekdilliklə dəstək qazanıb.

Layihə çərçivəsində “Aprel şəhidləri”nin barəsində yazılar dərc edilmiş qəzetlər təhsil ocaqlarında pulsuz yayılması da təşkil olunub.

 




Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!