18 dekabr 2017, Bazar ertəsi
Ana Səhifə - GÜNDƏM - Yaralı əsgər əlillik dərəcəsi ala bilmir - Ermənistanda  
Yaralı əsgər əlillik dərəcəsi ala bilmir - Ermənistanda  
07.12.2017, 16:25

2 iyun 2017-ci ildə Qarabağdakı separatçı rejimin Madagiz yaşayış məntəqəsində yerləşən hərbi hissədə 10 ay xidmət etdikdən sonra çavuş Levon Qazaryan qoşunların təmas xəttinin Talış istiqamətində döyüş növbətçiliyini dəyişərkən yaralanıb.

 

Modern.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, o, səslər eşitdiyini və posta diversiya həyata keçirildiyini, hücum edildiyini düşünərək, bunun qarşısını almaq istədiyini bildirib:

 

“Həmişə ön xətt mövqelərində səslər gəlirdi, ancaq hadisə günü eşidilən səs bir az daha fərqli və yaxın səs idi. Silahların doldurulması və ayaq səsləri kimi səslər eşitdim. Müşahidə aparmaq üçün görünməmək şərti ilə qismən qalxdım, dönən məqamda atəş açdılar. Məni əsgər yoldaşlarım 800 metrədək daş və torpaq arasından əlləri ilə sürüyərək aşağı endiriblər ”

 “Düşmən” snayperinin açdığı 2 atəşdən biri erməni əsgəri Levonun sağ ağciyər və qaraciyərinə xəsarət yetirib.

Onun sözlərinə görə, yaralandıqdan sonra avtomobil yolu olmadığına görə əsgər yoldaşları onu 800 metrədək məsafədə daş və torpaq arasından əlləri ilə sürüyərək aşağı endiriblər. Oradan maşınla Ağdərədəki hərbi hospitala aparılıb. Atası Aleksan Qazaryanın dediyinə görə, oğlunu Ağdərədə əməliyyat edərək, ağciyər və qaraciyərinin yaralarını tikiblər.

Yaralı erməni əsgəri Levon Qazaryanın əməliyyatı 5 saat davam edib. Əməliyyat zamanı 2 dəfə ürəyi dayanıb. Onun ağciyərinin bir hissəsi çıxarılıb, müxtəlif nahiyyələrində qırıqları olub. Vəziyyəti ağır olduğundan süni nəfəsalmaya qoşularaq hava nəqliyyatı ilə İrəvana təxliyə edilib. İrəvan hospitalının reanimasiya şöbəsində 2 ay müalicə olunub. Onun yaralanması haqqında ailəsinə hərbi komissarlıq məlumat verib.

 İndi sağlamlığının bərpa mərhələsindədir. 1 il xidmət müddətindən sonra hərbi xidmətə yararlı olmadığına görə təxris edilib.


Əlillik dərəcəsi almaq üçün Eçmiədzin şəhər sosial təminat şöbəsinə müraciət edib. Komissiya müayinə etdikdən sonra ona əlillik dərəcəsinin verilməsi müraciətini rədd edib. Komissiya heyəti izah edib ki, bundan öncəki qanunla əlillik dərəcəsi verilə bilərdi, ancaq qanunda baş vermiş son dəyişikliyə görə əlillik dərəcəsi düşmür. Həkimlər onun valideynlərinə deyib ki, şükür et ki, övladın əlil olmayıb. Ancaq valideynlər deyir ki, “sağlam vermişəm, sağlam qaytarın, onun döş qəfəsində 50-dək tikiş var və ağciyərinin yarısı yoxdur”.

Yaralı erməni əsgərin valideynləri sakit olsalar da, onların qohumları yaranmış vəziyyətə narazılıq bildirir. Onların izahat tələb edir ki, bəs hər ay maaşlarından hərbi qulluqçulara sığorta adı ilə tutulan 1000 dram vəsaiti kimə verirlər, yaralı Levon Qazaryana heç bir sığorta vəsaiti verilməyib.


Atası banklardan məcburən kredit götürməklə müalicə xərclərini ödəyir.


Yaralı erməni əsgərin atası bildirib ki, nə Müdafiə Nazirliyindən, nə də qulluq etdiyi Ağdərədəki hərbi hissəsindən heç kim maraqlanmayıb. Heç bir dövlət yardımı edilməyib.

 


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycan Tacikistana yeni səfir göndərir
18.12.2017, 20:02

Azərbaycan Tacikistana yeni səfir göndərir

Oqtay Əsədov: “Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın inkişafında maraqlıdır”
18.12.2017, 19:51

Oqtay Əsədov: “Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın inkişafında maraqlıdır”

Gənç vokal ifaçısının daha bir uğuru
18.12.2017, 18:55

Gənç vokal ifaçısının daha bir uğuru

Parlamentə gözyaşardcı qazla hücum oldu
18.12.2017, 18:44

Parlamentə gözyaşardcı qazla hücum oldu

Elmar Məmmədyarov Avropa Parlamentinin deputatı ilə görüşüb
18.12.2017, 18:32

Elmar Məmmədyarov Avropa Parlamentinin deputatı ilə görüşüb

Bankomatdan oğurluq etmək istəyən şəxs saxlanıldı
18.12.2017, 18:26

Bankomatdan oğurluq etmək istəyən şəxs saxlanıldı

Dövlət qulluğuna imtahan verənlərin yaş tərkibi AÇIQLANDI
18.12.2017, 18:17

Dövlət qulluğuna imtahan verənlərin yaş tərkibi AÇIQLANDI

Turizm Şurasının altıncı iclası keçirilib
18.12.2017, 18:05

Turizm Şurasının altıncı iclası keçirilib

Qənirə Paşayevadan onkoloji xəstəliyi olan jurnalistlə bağlı YENİ XƏBƏR
18.12.2017, 18:01

Qənirə Paşayevadan onkoloji xəstəliyi olan jurnalistlə bağlı YENİ XƏBƏR

Anar Məmmədovun federasiyasında İSTEFALAR - külli miqdarda borcu var
18.12.2017, 17:52

Anar Məmmədovun federasiyasında İSTEFALAR - külli miqdarda borcu var

Güləş məşqçisinə prezident təqaüdü verildi
18.12.2017, 17:41

Güləş məşqçisinə prezident təqaüdü verildi

Prezident idmanın inkişafında xidmətləri olan şəxsləri təltif etdi - SİYAHI
18.12.2017, 17:37

Prezident idmanın inkişafında xidmətləri olan şəxsləri təltif etdi - SİYAHI

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
18.12.2017, 17:22

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Bioloji Təbabət Klinikasından jurnalistlərə ENDİRİM - 50 faiz güzəşt
18.12.2017, 17:16

Bioloji Təbabət Klinikasından jurnalistlərə ENDİRİM - 50 faiz güzəşt

Elmar Məmmədyarov Doroxini qəbul etdi
18.12.2017, 17:11

Elmar Məmmədyarov Doroxini qəbul etdi

Almaniyada keçmiş rəqiblər koalision hökumət quracaq
18.12.2017, 17:08

Almaniyada keçmiş rəqiblər koalision hökumət quracaq

Bakıda tikinti şirkətlərinin rəhbərləri həbs edildi
18.12.2017, 17:03

Bakıda tikinti şirkətlərinin rəhbərləri həbs edildi

İlham Əliyev “Euronews”un suallarını cavablandırdı
18.12.2017, 16:58

İlham Əliyev “Euronews”un suallarını cavablandırdı

2017-ci ildə vəfat edən dünya MƏŞHURLARI
18.12.2017, 16:46

2017-ci ildə vəfat edən dünya MƏŞHURLARI

Sudan KİV-ləri AZƏRTAC ilə əməkdaşlığa can atır
18.12.2017, 16:36

Sudan KİV-ləri AZƏRTAC ilə əməkdaşlığa can atır

Rusiyadan ABŞ-a tələb: “Avropadan nüvə başlıqlarını çıxardın”
18.12.2017, 16:17

Rusiyadan ABŞ-a tələb: “Avropadan nüvə başlıqlarını çıxardın”

Prezident Zabit Səmədova mənzil verdi
18.12.2017, 16:03

Prezident Zabit Səmədova mənzil verdi

Azercell-lə “Karyerada ilk addım”
18.12.2017, 15:47

Azercell-lə “Karyerada ilk addım”

Universitetlərdə rektor seçkisi keçirilsə, nə baş verər...   
18.12.2017, 15:41

Universitetlərdə rektor seçkisi keçirilsə, nə baş verər...  

Ermənistanda hərbi xidmətdən imtina edən gənclər aclığa başladılar
18.12.2017, 15:40

Ermənistanda hərbi xidmətdən imtina edən gənclər aclığa başladılar

Quba və Xaçmazda “ağ ölüm” əleyhinə maarifləndirici tədbirlər keçirilib
18.12.2017, 15:28

Quba və Xaçmazda “ağ ölüm” əleyhinə maarifləndirici tədbirlər keçirilib

Mətbuat Şurası “qara siyahı”dakı KİV-lərin ümumi sayını açıqladı
18.12.2017, 15:18

Mətbuat Şurası “qara siyahı”dakı KİV-lərin ümumi sayını açıqladı

Tərtərin 11 kəndinə içməli su verildi
18.12.2017, 15:15

Tərtərin 11 kəndinə içməli su verildi

Rusiya Yaxın Şərqdə güclənəcək, ABŞ qıcıqlanacaq - HESABAT
18.12.2017, 15:14

Rusiya Yaxın Şərqdə güclənəcək, ABŞ qıcıqlanacaq - HESABAT

Səudiyyə Ərəbistanının müharibə videosuna İrandan QARŞILIQ - VİDEO
18.12.2017, 14:58

Səudiyyə Ərəbistanının müharibə videosuna İrandan QARŞILIQ - VİDEO

İlham Əliyev “Qarabağ”ın oyunlarından DANIŞDI  
18.12.2017, 14:49

İlham Əliyev “Qarabağ”ın oyunlarından DANIŞDI  

Dünyanın ən ucqar qəsəbəsi  - FOTOLAR
18.12.2017, 14:35

Dünyanın ən ucqar qəsəbəsi  - FOTOLAR

Azərbaycanlı jurnalistlər Türkiyədən qayıdıblar - Səfər TƏƏSÜRATLARI   
18.12.2017, 14:22

Azərbaycanlı jurnalistlər Türkiyədən qayıdıblar - Səfər TƏƏSÜRATLARI  

Türkiyə, Azərbaycan və İran xarici işlər nazirləri müzakirə aparacaq
18.12.2017, 14:05

Türkiyə, Azərbaycan və İran xarici işlər nazirləri müzakirə aparacaq

Şou-biznes nümayəndələrindən kimlər xeyriyyəçilik edir? - ADLAR   
18.12.2017, 14:02

Şou-biznes nümayəndələrindən kimlər xeyriyyəçilik edir? - ADLAR  

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.15%)
Araz Ağalarov (11.7%)
Mübariz Mənsimov (19.4%)
Fərhad Əhmədov(12.0%)
Füzuli Məmmədov(53.2%)
Telman İsmayılov (0.11%)
İsgəndər Xəlilov(0.07%)
Vaqif Məmişov(0.07%)
Heç biri(2.03%)
Digərləri(1.01%)