Modern.az

Böyük Britaniyanın ticarət naziri Bakıya gəlir

Böyük Britaniyanın ticarət naziri Bakıya gəlir

Aktual

7 Dekabr 2017, 16:36

Böyük Britaniyanın ticarət və ixracın təşviqi dövlət naziri Baronessa Rona Fairhead dekabrın 14-15-də Azərbaycana səfər edəcək.

 

Bu haqda Modern.az-a Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

 

Məlumata görə, səfərin məqsədi Bakıda Azərbaycan hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın ikinci iclasında iştirak etməkdir.

 

Rona Fairhead birgə Hökumətlərarası Komissiyanın Böyük Britaniya tərəfindən həmsədridir.

 

Azərbaycan tərəfindən isə birgə Hökumətlərarası Komissiyaya iqtisadiyyat naziri Şahin Mustafayev həmsədrlik edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür