Modern.az

“Prezidentin sərəncamı ali məktəblərin qarşısında yeni vəzifələr qoyur” - Komitə sədri 

“Prezidentin sərəncamı ali məktəblərin qarşısında yeni vəzifələr qoyur” - Komitə sədri 

Aktual

7 Dekabr 2017, 17:08

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycanın ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur:

 

“İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində islam ölkələri ilə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Azərbaycan ali təhsil müəssisələrində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarının təhsilinə dəstək verilməsi məqsədilə 2018-ci ildən başlayaraq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı proqramı təsis edilsin”.

 

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Modern.az saytına açıqlamasında prezidentin sərəncamını şərh edib.

 

“Cənab prezidentin imzaladığı sərəncam ölkəmizdə uğurla həyata keçirilməkdə davam edən “İslam Həmrəyliyi ili”nin  yeni layihələrlə, yeni proqramlarla zənginləşməsinə və konkret bu sahədə uğurlu addımların atılmasına kömək edir. Bu sərəncam Azərbaycanın təhsil sisteminin islam aləmindəki elm və təhsil qurumları ilə inteqrasiyası üçün geniş imkanlar açır.

 

Xüsusi qeyd etmək lazımdır ki, bu Azərbaycan ali təhsilinin islam dünyasında yeni bir səviyyəyə qalxdığını və qəbul olunduğunu göstərən faktlardan biridir. Azərbaycan sözün əsl mənasında elm və ali təhsil mərkəzinə çevrilib. Ona görə də üzv ölkələrdən Azərbaycana gəlib yeni nəsillərin burada təhsil alması Azərbaycanda təhsilin səviyyəsinin inkişaf etdiyini göstərir.

 

Həm də məzunlar vasitəsilə Azərbaycanın islam ölkələri ilə tamamilə yeni müstəvidə əməkdaşlıq qurmaq və həmrəyliyi daha da möhkəmləndirməsinə imkan yaradan proqramdır. Bütün bunlar çox böyük əhəmiyyətə malikdir.

 

“İslam Həmrəyliyi ili”nin ən böyük hadisələrindən biridir. Azərbaycan ali məktəbi qarşısında yeni vəzifələr qoyur. Azərbaycan və   dünya gəncliyinə inteqrasiya baxımından yeni üfüqlər açır. Bu sərəncam xüsusi əhəmiyyətə malikdir”

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür