Modern.az

Gürcüstandan Qüds məsələsində Trampa dəstək

Gürcüstandan Qüds məsələsində Trampa dəstək

Aktual

7 Dekabr 2017, 18:43

Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının deputatı Şota Şalelaşvili ölkə hökumətinə açıq məktub ünvanlayaraq, Qüdsü İsrailin paytaxtı kimi tanımasını xahiş edib.

 

Bu barədə Gürcüstan KİV-i xəbər yayıb.

“Gürcüstanın başlıca strateji əməkdaşı ABŞ prezidenti Donald Tramp və onun administrasiyası Qüdsü İsrailin paytaxtı kimi tanımaqla ölkə hökumətinə böyük siyasi dayaq nümayiş etdirdi. Bu məsələnin müzakirəsini ən qısa zamanda Gürcüstan hökumətində də qaldırmağınızı xahiş edirəm”, - deyə deputat məktubunda bildirib.

 

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili deputatın açıq məktubuna cavabında bildirib ki, hakim partiyanın nümayəndəsinin hökumətə bu cür müraciət forması qəbuledilməzdir. Məsələnin özü isə olduqca həssasdır və ciddi müzakirə tələb edir.

“Bu, çox həssas məsələdir. Biz bu məsələni müzakirə edəcəyik və Gürcüstan ölkənin marağından irəli gələrək, öz mövqeyini bildirəcək”, - deyə baş nazir vurğulayıb.(oxu.az)

Xatırladaq ki, dekabrın 6-da  ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi